Mövzu 6. Uzunmüddətli maddi aktivlərin uçotu
6.1.Uzunmüddətli maddi aktivlərin tərifləri və təsnifatı
Hesabat verən təşkilatın aktivləri, o cümlədən maddi aktivləri iki qrupa bölünür: uzunmüddətli və qısamüddətli. Uzunmüddətli maddi aktivlərə aşağıdakı aktivlər aid edilir:
Torpaq, tikili və avadanlıqlar;
İnvestisiyalı daşınmaz əmlak;
Bioloji aktivlər;
Mineral resursların kəşfiyatı və qiymətləndirilməsi üzrə aktivlər.
Uzunmüddətli maddi aktivlərin uçotu və hesabatı məsələləri MHBS (İAS) 16 “Torpaq, tikili və avadanlıqlar”, MHBS (İAS) 40“İnvestisiyalı daşınmaz əmlak”, MHBS (İAS) 41”Kənd təsərrüfatı”,MHBS (İFRS) 6 “Mineral resursların kəşfiyyatı və qiymətləndirilməsi” əsaında tənzimlənir. Həmin standartların məqsədi – təşkilatın torpaq, tikili və avadanlıqlara (TTA),İinvestisiyalı daşınmaz əmlaka,kənd təsərrüfatına,mineral resursların kəşfiyatı və qiymətləndirilməsinə investisiyaları və həmin investisiyalardakı dəyişikliklər barədə informasiyaalmaq üçün onların mahiyyətini açıqlamaq, tanınması kriteriyalarını,təsnifatını, ilkin və sonrakı qiymətləndirilməsi modellərini, amortizasiyası, tanınmasının dayandırılması qaydalarını müəyyən etməkdir.
Nəzərdən keçirilən uzunmüddətli maddi aktivlərin Maliyyə Hesabatının Beynəlxalq Standartlar (İAS və İFRS) əsasında uçotunun aparılması məsələləri isə AR Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017 –ci idə təsdiq olunmuş“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qydalar”ı ilə tənzimlənir.
Dostları ilə paylaş: |