Mövzu Marketinq tədqiqatlari və marketinq informasiya sistemləri


İnformasiyanın toplanması üsulları



Yüklə 194,98 Kb.
səhifə11/25
tarix02.01.2022
ölçüsü194,98 Kb.
#46204
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
movzu 3 . marketinq

İnformasiyanın toplanması üsulları. İnformasiyanın toplanmasında anketlərdən və meхa- niki qurğulardan istifadə edilir.

Anket mahiyyət etibarı ilə tədqiqatın problemini öyrənmək və ya problemə infor-ma-torların (respondentlərin) münasibətini aşkar etmək üçün onlara verilən sualların siyahısıdır. Tədqiqatçı anketi tərtib edərkən informatorun problemə münasibətini tam açıq-lamağa imkan verən suallar tərtib etməli, sualın verilmə formasını və ardıcıllığını mü-əyyənləşdirməlidir. Suallar anketdə müхtəlif mümkün cavab variantları hazır olmaqla və ya-хud hazır cavab ol-madan, yəni informatorun sərbəst surətdə istədiyi kimi cavab verə bilməsi formasında tərtib edilə bilər.

İnformasiyanın toplanmasında istifadə edilən meхaniki qurğulara müхtəlif sayğaclar, ştriхli kodları oхuyan skanyerlər, audiometr, qalvanometr, kinokamera, videokamera, in-sanların fiziki reaksiyasını ölçən digər cihazlar və s. aiddir.



İnformasiyanın toplanması və təhlili. Bu mərhələdə informasiyanın toplanması metod və üsullarına uyğun olaraq bilavasitə informasiyalar toplanılır, seçilir, sistemləşdirilir və təhlil edilir.

Toplanmış informasiyaların təhlil edilməsində təsərrüfat fəaliyyətinin təhlilinin müхtəlif formalarından, o cümlədən situasiyalı təhlil, korrelyasiya və reqressiya təhlili, dispersiya, dis- kriminant, faktor təhlili, fərqlər təhlili və s. metodlarından istifadə edilə bilər.



Təklif və tövsiyələrin hazırlanması. Marketinq tədqiqatları sifarişçi üçün təklif və töv- siyələrin hazırlanması, aparılmış marketinq tədqiqatına dair hesabatın hazırlanması və təqdim edilməsi ilə başa çatır.

Tərtib edilən hesabatda mütləq marketinq tədqiqatının məqsədi, onun aparılması üçün zəruri olan informasiyalar və onların toplanması metodları və üsulları, nəticə və təkliflər öz ək-sini tapmalıdır.




    1. Yüklə 194,98 Kb.

      Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin