Mövzu: «Mədən su analizlərinin kimyəvi təhlil nəticələri»



Yüklə 1,93 Mb.
səhifə1/3
tarix17.04.2023
ölçüsü1,93 Mb.
#99146
  1   2   3
Mədən su analizləri

Mövzu: «Mədən su analizlərinin kimyəvi təhlil nəticələri»

Plan:

1.Yeraltı sular nədir?

2.Süni və təbii sular

3.Əsas prinsipləri

4.Təsnifatı

5.Çirklənmə mənbələri və növləri

Yeraltı sular ümumi su ehtiyatının əsas hissəsini təşkil edir və əlverişli geoloji-struktur şəraitdə toplanır ki, belə sahələri „yeraltı su yatağı” adlandırmaq məqsədəuyğun hesab olunur. Ümumiyyətlə, yeraltı su yatağı (YSY) – təbii və süni amillərin təsiri altında yeraltı suların toplandığı, miqdar və keyfiyyət baxımından xalq təsərrüfatında istifadəsinin iqtisadi cəhətdən səmərəliliyini təmin edən sahələrdir.

Yeraltı su yatağı, yuxarıda qeyd edildiyi kimi, təbii və süni amillərin təsiri nəticəsində əmələ gəlir. Yeraltı suların süni yatağı əlverişli geoloji - struktur və litoloji şəraitlərdə yerləşdikdə yerüstü suların süni surətdə yer altına köçürülməsi və ya su təchizatı sistemindən itki, habelə kanallardan, su anbarlarından süzülmə nəticəsində suların toplanması yolu ilə əmələ gəlir. Yeraltı suların təbii şəraitdə yerləşərək, istismar olunduqca ehtiyatını yenidən bərpa etməsi xüsusiyyəti onları digər faydalı qazıntılardan (filiz və qeyri-filiz, neft, qaz) fərqləndirir.

Müxtəlif tip yeraltı su yataqlarnın öyrənilməsinin əsas prinsipləri aşağıdakılardır: 1) Hər bir obyektdə hidrogeoloji axtarış və kəşfiyyat işlərinin təşkilinin hidrogeoloji əsaslandırılması və iqtisadi səmərəlilik prinsipi. 2) Yeraltı su yataqlarının öyrənilməsinin mərhələlik prinsipi. 3) Yatağın tədqiqatının tamlıq, dolğunluq prinsipi. 4)Yeraltı suların istismarı zamanı ətraf (geoloji) mühitin qorunması, o cümlədən onların (yeraltı suların) çirklənmədən mühafizəsi prinsipi. 5) Yeraltı su yataqlarının kəşfiyyatı zamanı minimum əmək, vaxt və vəsait sərfi prinsipi

L.S.Yazvin N.İ.Plotnikovun yeraltı su yataqlarının sənaye tiplərinin təsnifatını təkmilləşdirərək, onların aşağıdakı tiplərini ayırmışdır: 1) çay dərələrinin; 2) platforma tipli artezian hövzələrinin; 3) dağətəyi şleyflərin və dağarası çökəkliklərin gətirmə konuslarının; 4) çat və çat-karst süxurları massivlərinin və tektonik pozulma zonalarının yeraltı su yataqları.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin