Mövzu Milli aviaşirkətlər və onların turizm sənayesində rolu Plan



Yüklə 30,25 Kb.
səhifə2/2
tarix15.11.2022
ölçüsü30,25 Kb.
#69264
1   2
Mühazirə 03

Azərbaycan

Bakı

2


Gəncə

1


Lənkəran

1


Sumqayıt

1


Naxçıvan

1


Çin

Pekin

1


Çex Respublikası

Praqa

1


Fransa

Paris

1


Gürcüstan

Tbilisi

1


Almaniya

Frankfurt

1


İran İslam Respublikası

Tehran

1


İtaliya

Milan

1


Qazaxıstan

Almatı

1


Rusiya

Kazan

1


Rusiya



Mineralniye Vodi

1


Sankt-Peterburq

1


Moskva

1


İsrail

Tel-Əviv

1


Türkiyə



Ankara

1


Antalya

1


İstanbul

1


BƏƏ

Dubay

1


Böyük Britaniya

London

1


Ukrayna

Kiyev

1


ABŞ

New York

1


Azərbaycan Hava Yollarının əsas məqsədi Azərbaycan Respublikasında mülki aviasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsindən, Azərbaycan Respublikası əhalisinin və ölkə iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə və mülki aviasiya sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən ibarətdir və fəaliyyət istiqamətləri:


  • daxili və beynəlxalq hava xətlərində bütün növ hava daşımalarının təşkili və yerinə yetirilməsi, yeni hava xətlərinin və istismar marşrutlarının açılması barədə təkliflərin verilməsi, hava daşımalarının satışının həyata keçirilməsi;



  • mülki hava gəmilərinin uçuş təhlükəsizliyinin, hava limanlarının fəaliyyətinin və hava hərəkətinin idarə edilməsinin təmin olunması, hava nəqliyyatının fəaliyyətində yüksək texniki-iqtisadi göstəricilərə nail olunması, hava gəmiləri parkının, maddi-texniki bazanın, strateji mülki aviasiya obyektlərinin təkmilləşdirilməsi və səmərəli istifadə olunması;



  • mülki aviasiya sahəsində qanunvericiliyə, mülki aviasiyanın inkişafına və investisiya proqramlarına dair təkliflərin verilməsi;

- müvafiq dövlət planları və proqramları ilə nəzərdə tutulan dövlət müdafiə vəzifələrinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi;


- müqavilə əsasında və dövlət sifarişinə əsasən iqtisadiyyatın müxtəlif sahələrində aviasiya işlərinin yerinə yetirilməsi;
Azərbaycan hava yollarının donanmasında mövcud əsas təyyarə tipləri:
-Boeing 757-200
-Boeing 767-300 ER
- Boeing 787-8 Dreamliner
- Airbus A319-100
- Airbus A320-200
- Airbus A340-500
Azərbaycana gələn xarici vətəndaşlar və turistlər ölkələr arasında vizasız gediş-gəliş icazəsi olmadığı halda asanvisa.gov.az saytı vasitəsilə ölkəmizə gəlmək üçün elektron viza əldə edə bilərlər.
Elektron vizanın əldə olunması 3 addım üzrindən reallaşdırılır. İlkin olaraq ərizə forması ilə müraciət edilir.Burada müraciətçi vətəndaşlıq məlumatlarını, ölkəyə gəliş tarixini, şəxsi məlumatlarını, elektron poçtunu, məlumatlarına nəzarət etmə və son ölaraq mövcud rüsumu (25 USD) ödəməklə elektron vizanı endirə bilər. Qeyd edək ki, giriş vizasının keçərlilik müddəti 30 gündür və uçuş tarixindən miminum 3 gün öncə əldə edilməlidir.

Azal-Miles proqramı- “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə tez-tez uçan sərnişinlər üçün yaradılmış proqramdır. AZAL-Miles tez-tez uçan sərnişin proqramı olaraq, iştirakçılarını səyahət və status balları ilə mükafatlandırır. "Azərbaycan Hava Yolları" aviaşirkətinin müntəzəm reysləri ilə uçuşlara görə və proqramın əməkdaş şirkətlərinin xidmətlərindən istifadə edildiyi zaman hesaba səyahət balları əlavə edilir. Hesaba əlavə edilən səyahət ballarının sayı (tarifə rüsumlar, hava limanı yığımları və əlavə xərclər istisna olmaqla) ödənilmiş əsas tarifin hər bir avrosuna görə əlavə edilir. Səyahət balları “Azərbaycan Hava Yolları” QSC-nin müntəzəm uçuşlarında mükafatlandırmalara dəyişdirilə bilər. Yerinə yetirilən hər uçuşa görə sərnişin müəyyən miqdarda status balları toplayır. Həmin status ballarının miqdarı uçuş istiqamətindən və xidmət sinfindən asılıdır.

Lazımi miqdarda status ballarını toplayan iştirakçıların statusu aşağıdakı qaydada yüksəldiləcəkdir:



  • Bir iştirak ili ərzində topladığı 8000 Status balı ilə Classic statusundan Gold  statusunadək yüksəldiləcəkdir

  • Bir iştirak ili ərzində topladığı 20000 Status balı ilə Gold statusundan Platinum statusunadək yüksəldiləcəkdir

Classic status - iştirakçılığın başlanğıc statusudur.

  • Classic statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 1 səyahət balı toplayırlar.

  • 8000 status balı toplandıqda iştirakçı statusu növbəti iştirak ili ərzində Gold statusunadək yüksəldiləcəkdir.

Gold status



  • Gold statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 2 səyahət balı toplayırlar.

  • İştirakçılara daha çox güzəştlər əldə etməyə imkan verən Gold statuslu fərdi kart təqdim olunur. Gold statusunu saxlamaq və ya növbəti statusadək yüksəlmək üçün iştirakçılar bir iştirak ili ərzində lazımi miqdarda bal toplamalıdırlar.

  • Kifayət qədər status balı toplayan iştirakçıların statusu avtomatik olaraq Platinum statusunadək yüksəldiləcəkdir.

  • Bir iştirak ili ərzində Gold statusunun saxlanılması üçün kifayət qədər status balı toplamayan Gold statuslu iştirakçılar Classic statusunadək endiriləcəkdir.

Platinum status

  • Platinum statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 3 səyahət balı toplayır.

  • İştirakçılara daha çox güzəştlər əldə etməyə imkan verən Platinum statuslu fərdi kart təqdim olunur.

  • Bir iştirak ili ərzində Platinum statusunun saxlanılması üçün kifayət qədər status balı toplamayan Platinum statuslu iştirakçılar Gold statusunadək endiriləcəkdir.

  • Sərnişin proqramda qeydiyyatdan keçdiyi andan yaradılan fərdi hesab vasitəsilə bütün iştirakçılar öz iştirakçılıq fəaliyyətinə nəzarət edə bilərlər.

Azərbaycan hava yollarının sərnişinlərə xidmət üçün 4 fərqli xidmət sinfi məlumdur:

  • VİP klub

  • Komfort sinfi

  • Biznes

  • Ekonom

VİP klubun əsas xüsusiyyətləri aşağıdakılardır:

  • VİP klubunun başlıca xüsusiyyətlərindən biri tamamilə açılan çarpayıların təqdim edilməsidir. Burada noutbuk və digər elektron avadanlıq üçün enerji bloku quraşdırılıb

  • Hava limanında növbəsiz qeydiyyat və hava gəmisinə növbəsiz minik

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda gediş zamanı prosedurlardan “sürətli keçid” xidməti və fərdi kömək-Hava limanlarında Biznes sinfə məxsus gözləmə zallarına buraxılış (business lunch)

  • Daha çox pulsuz daşınan baqaj norması

Qeyd: VİP klub biletlərinə hər biri 32 kiloqrama qədər çəkidə 3 yer baqaj və 10 kiloqrama qədər çəkidə 2 yer əl yükü daxildir.
“Buta Airways” - "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir.
“Buta Airways”in 2016-cı ilin dekabrında əsası qoyulmuşdur və 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstana beynəlxalq reyslər yerinə yetirir.
Artıq fəaliyyətə başladığı vaxtdan “Buta Airways” aviaşirkətinə həm Azərbaycan vətəndaşları arasında, həm də başqa ölkələrdə böyük tələbat var. Uçuşlarda sərnişin yüklənməsi əksər istiqamətlər üzrə ən azı 85 faiz təşkil edir.
“Buta Airways” aviadaşıyıcısının donanmasına müasir və komfortlu “Embraer E190” təyyarələri daxildir. Bu yeni və etibarlı təyyarələr rahat oturacaqlar, ayaqlar üçün geniş sahə, eləcə də əl yükü üçün böyük rəflərlə təchiz edilmişdir. Yeni istiqamətlərin sayının artması ilə aviaşirkət hava gəmiləri parkını genişləndirməyi planlaşdırır.
Yüklə 30,25 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin