Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Orfoqrafik qayda və normalar



Yüklə 302,66 Kb.
səhifə60/71
tarix22.04.2023
ölçüsü302,66 Kb.
#101636
1   ...   56   57   58   59   60   61   62   63   ...   71
M?vzu m?asir t?lim formalar?,i? ?sullar? v? texnikalar? plan 1

3. Orfoqrafik qayda və normalar
Ədəbi dilin qayda və normalarından biri də orfoqrafik qayda və normalardır. Orfoqrafiya qaydaları sadə, aydın, ümumi tələffüzə uyğun, sabit olmalı, dilin qrafik sistemini əhatə etməlidir. Yazıda qəbul olunmuş və qaydalardan kənara çıxmağa icazə verilmir. Düzgün yazı qaydalarının tərkib hissəsinə daxil olan orfoqrfiya dövlət tərəfindən təsdiq olunur.
Mövcud orfoqrafiya qaydaları və orfoqrafiya lüğətimiz uzun müddətli gərgin əməyin məhsuludur. «Azərbaycan dili orfoqrafiyasının yaradılması uğrunda mübarizəni üç mərhələyə bölmək olar:
1. Ərəb əlifbası dövrü, 2. Latın əlifbası dövrü, 3. Rus əlifbası dövrü».
Doğma Azərbaycan dilimizin orfoqrafiya qaydaları ayrı-ayrı illərdə dəfələrlə müzakirə edilərək təkmilləşdirilmiş, həmişə vahid yazı normalarına doğru inkişaf etdirilmişdir. Təkcə 1936-cı ildən 1958-ci ilədək Azərbaycan dilinin orfoqrafiya qaydaları 6 dəfə dəyişdirilərək təkmilləşdirilmiş və rəsmi şəkildə qəbul olunmuşdur.
R.Rüstəmov və Z.Budaqovanın hazırladıqları «Azərbaycan dilinin orfoqrafiya qaydaları» 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 24 iyun tarixli 497 saylı qərarı ilə təsdiq edilir və 1959-cu il 6 aprel tarixli 268 saylı qərarı ilə 8-ci paraqrafı dəqiqləşdirilir5. 1960-cı ildə R.Rüstəmovun redaktəsi ilə Azərbaycan dilinin 41 min sözü əhatə edən «Orfoqrafiya lüğəti» çap olunur. Sonralar istifadə olan «Orfoqrafiya lüğəti» 1975-ci ildə Ə.Orucovun redaktəsi ilə çap olunan, 58 min sözü əhatə edir və 1958-1959-cu illərdə hazırlanmış orfoqrafiya qaydalarına əsaslanır.
Orfoqrafiya qaydaları sadə, aydın, ümumi tələffüzə uyğun, sabit olmalı, dilin qrafik sistemini əhatə etməlidir.
Qəbul olunmuş orfoqrafik qayda və normalardan kənara çıxmağa icazə verilmir. Düzgün yazı qaydalarının tərkib hissəsinə daxil olan orfoqrafiya dövlət tərəfindən qorunur.
Müasir «Azərbaycan dilinin orfoqrafiya qaydaları» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiqedilmişdir. (Azərbaycan dilinin orfoqrafiya lüğəti – «Lider» nəşriyyatı - 2004-cü il səh. 2).
Yazı da orfoqrafiya qaydalarına riayət etmək hamı üçün məcburidir və buna ictimaiyyətin əməl etməsinə xüsusi diqqət yetirilir.
Müasir «Azərbaycan dilinin orfoqrafiya lüğəti» Azərbaycan Milli Elmlər Akademiyası – Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmışdır.
«Azərbaycan dilinin orfoqrafiya lüğəti» Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 №-li fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir.6
Latın qrafikası ilə nəşr olunan bu yeni orfoqrafiya lüğətində 80 minə yaxın sözün düzgün yazılışı verilmişdir.


Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin