M?vzu m?asir t?lim formalar?,i? ?sullar? v? texnikalar? plan 1
5. Orfoqrafik çalışmalar və onların ümumi xarakteri Orfoqrafiya təlimi dövründə müxtəlif təfəkkür fəaliyyətinə istinad edən çalışmalardan istifadə olunur. Bu çalışmaların hər biri savadlı yazının təmin olunmasına xidmət edir.
Hər bir orfoqrafik vərdiş uzun müddətli aparılan çalışmaların köməyi ilə illər ərzində formalaşır. Orfoqrafik çalışmalar xarakterinə görə müxtəlif olur. «Görkəmli metodist N. S. Rojdestvenski onun üç qrupunu göstərir: 1. Şagirdlərin dərk etmə fəaliyyətinin xarakterinə görə , 2. Yerinə yetirilərkən iştirak edən analizatorların xarakterinə görə, 3. Dərsin məqsədinə görə.
I qrupa daxil olan çalışmalar 3 qrupa ayrılır: analitik, sintetik, analitik-sintetik; (təhlil-tərkib).
A) Analitik çalışmalarda orfoqrafiyanın asan mənimsənilməsi üçün qrammatik – orfoqrafik təhlilə geniş yer verilən çalışmalar nəzərdə tutulur. Orfoqrafik təhlil, seçmə, üzündənköçürmə və seçmə – imla , xəbərdarlıqlı və izahlı imlalar belə çalışmalardır.
B) Sintetik çalışmalar (tərkibi). Yoxlama və sərbəst üzündən köçürmə, suallara cavab, yaradıcı və yoxlama imla, ifadə və inşalar belə çalışmalardır.
Təhlil 0 tərkib çalışmaları sübut etməklə müşayiət olunan qrammatik –orfoqrafik təhlil, qrammatik-orfoqrafik tapşırıqlı cümlə tərtibi, üzündənköçürmə, imla, ifadə və inşa yazı lazımi orfoqramın altından xətt çəkmək, tutuşdurma və təsnifdən istifadə etməkvəs.
Həm təhlil, həm də tərkibin elementlərini birləşdirən belə çalışmalar əlverişlidir.
II yerinə yetirilərkən iştirak edən analizatorların xarakterinə görə çalışmalar 4 yerə ayrılır:
A) görmə qavrayışına əsasən çalışmalar (üzündənköçürmə, görmə imla və s.)
B) eşitmə qavrayşına əsaslanan çalışmalar (şifahi orfoqrafiki çalışmalar, imlalar);
C)kinestetik qavrayışa əsaslanan çalışmalar (sözlərin hecalara ayrılması, sözlərin yazıldığı kimi hecalarla deyilməsi);
Ç) müxtəlif təsəvvürlərə əsaslanan çalışmalar (sərbəst, yaradıcı imla, suallara cavab, orfoqrafik tapşırıqlar, ifadə və inşalar və s.)
III Dərsin məqsədindən asılı olaraq orfoqrafik çalışmaların növləri vardır: sorğu prosesində istifadə olunan çalışmalar. Bu keçilmiş materialın möhkəmlənməsini təmin edir.
Çalışmaların bir qismi yeni materialın mənimsənilməsinə xidmət göstərir.
Elə çalışmalarda var ki, ev tapşırıqları ilə əlaqədardır. Ev tapşırıqlarını çalışmanın yerinə yetirilməsi ilə məhdudlaşdırmadan yaradıcı işlərlə əlaqələndirmək lazımdır.
Təcrübə göstərir ki, şagirdlərin şifahi nitqindəki nöqsanlar çox vaxt eynilə yazıya köçürülür. Ona görə də, yazı təliminin ilk dövrlərindən yazılı və şifahi nitq arasındakı qarşılıqlı münasibəti müqayisənin köməyi ilə uşaqlara başa salınmalıdır.
Y.Kərimov yazır: «Qrammatik cəhətdən düzgün yazmaq üçün sözləri düzgün tələffüz etməyi öyrətmək lazımdır. Bununla belə, savadlı yazmağı öyrətmək üçün, şagirdlərin tələffüzündəki səhvlərin düzəldilməsini gözləmək olmaz. Orfoqrafik vərdişlər tələffüz vərdişlərindən daha tez yaranır. Bu sahədə işi qarşılıqlı aparmaq lazımdır»7 «Yazılışı çətin sözlər»in xüsusiyyətləri və ümumi məsələləri.
Həmişə olduğu kimi indi də orfoqrafiya ya xidmət edən yazılışı çətin sözlərin səmərəli tədrisinə diqqət yetirilməsinin vacibliyi aktual problem hesab edilir.
Məlumdur ki, gözəl xəttə yiyələnməyin böyük və sosial əhəmiyyəti olduğu kimi, orfoqrafik cəhətdən düzgün və səhvsiz yazının da rolu əvəzsizdir.
İbtidai sinif şagirdlərinə orfoqrafiyaya aid savadlı bilik, bacarıq və vərdişlər vermək probleminin həllində əhəmiyyətli məsələlərdən biri yazılışı çətin sözlərin mənimsənilməsi üzrə aparılan işin düzgün və səmərəli təşkilidir.
Metodik ədəbiyyatda «yazılışı çətin sözlər» dedikdə «yazılışı ümumi orfroqrafik qaydalarla müəyyənləşməyən sözlər» (Ə.Əfəndizadə)8və ya «heç bir ümumi orfoqrafik qaydalara tabe olmayan ədəbi tələffüzlə yoxlanmayan sözlər» (Y.Kərimov)9nəzərdə tutulur.
«Yazılışı çətin sözlər» şagirdin nitqi, ümumi inkişaf səviyyəsi, məktəbə hansı hazırlıqla gəlməsi, fərdi xüsusiyyəti, yaşadığı coğrafi şərait, nitqinə hansı dialektin təsir göstərməsi və s. ilə bağlıdır. Bununla yanaşı, respublikamızın hər yerində eyni şəkildə oxuyan, uşaqların əksəriyyəti üçün «çətin» hesab olunan sözlərdə vardır ki, bu sözlərin yazılışının vaxtında şüurlu və mükəmməl mənimsədilməsi orfoqrafiyanın tədrisində səmərəli iş sayılır. Belə sözlər metodik ədəbiyyatda yazılışı çətin sözlər adlandırılır.
Məlumdur ki, şagirdlərin müəyyən bilik və vərdişlər qazanması üçün material verən mənbə dərslikdir. Çətin sözlərin yazılışına aid düzgün vərdişlərin yaranmasında ibtidai siniflər üzrə «Azərbaycan dili» dərslikləri mühüm rol oynayır. «Yazılışı çətin sözlər»i öyrətmək məqsədilə dərsliklərdə xeyli çətin söz verilmişdir. Həmin sözlər əyaniləşdirilib çərçivəyə alınmış, dərsliklərin müxtəlif səhifələrində verilərək, şüurlu şəkildə öyrənilməsi vacib sayılmışdır. Həmin sözlər uyğun dərsliyin sonunda minimum lüğətdə əks olunmuş, proqramda da bu sözlərin öyrədilməsi nəzərdə tutulmuşdur.
Lakin yazılışı çətin sözlərin əhatə dairəsini təkcə həmin sözlərlə məhdudlaşdırmaq olmaz. Müəllimlərimiz yerli nitqdə ən çox işlənən və yazı üçün daha xarakterik sözləri müəyyənləşdirərək çətin sözlərin həcmi və siyahısında dəyişiklik etmək imkanı verilir.
«Çətin söz» deyəndə çox zaman yazılışı ədəbi tələffüzdən fərqlənən, heç bir ümumi orfoqrafik qaydaya tabe olmayan sözlər nəzərdə tutulur. Məs.: respublika, müəllim, xudahafiz, kiloqramm, aeroflot, pianino, fontan, pilləkən, bünövrə və s.
Lakin dilimizdə yazılışı qrammatik qaydalarla müəyyənləşən (morfoloji prinsipə əsaslanan) elə sözlər də vardır ki, onlarında yazılışının öyrədilməsi vacibdir. Professor Y.Kərimov yazır: «Hər bir sinifdə onların (şagirdlərin) hələ öyrənmədikləri qrammatik qaydaya aid bir sıra sözlərin (Məsələn, II sinif üçün mürəkkəb sözlərin; III sinif şagirdləri üçün «da, də, ki» bağlayıcılarının IV sinif şagirdləri üçün mürəkkəb idarə adlarının vəs.) yazılışını da çətin sözlər sırasına daxil etmək mümkündür.
İbtidai sinif şagirdləri müxtəlif fənlərin tədrisi prosesində xeyli çətin terminlərlədə qarşılaşırlar. Əlbəttə, bu sözlərin yazılışının öyrədilməsi vacib deyil, lakin elələri var ki, nitqdə çox işləndiyindən onlardan, yazılı nitqdə istifadə etmək zərurəti meydana çıxır. Məsələn, sait, sammit, cingiltili, fonetika, ahəng qanunu, sözdüzəldici, sözdəyişdirici, isim, fel, mübtəda, zərflik, qrammatika, təmsil, ədəbiyyat, riyaziyyat, bərabər, üçbucaq, kvadrat, metr, santimetr, kəsrvəs. Metodik ədəbiyyatda hər bir fənnin tədrisində fənnə aid terminlərin yazılışı üzərində iş aparmaq məsləhət görülür. Ana dili müəllimi isə xüsusilə ana dili üzrə terminlərin yazılışını öyrətməyə borcludur.
Lakin dili bilmədən onun yazılışı və orfoqrafiyasını öyrənmək mümkün deyil. Şagird sözün leksik mənasını əvvəlcə öyrənməli, sonra onu qrammatik və orfoqrafik cəhətdən mənimsəməlidir. Ona görədə, ilk vaxtlar şagirdlərin lüğət fonduna daxil olan və yazılı nitqlərində ən çox istifadə etdikləri sözlər üzərində iş aparılmalıdır.
Leksik mənası şagirdlərə məlum olmayan və ya onlara aydınlaşdırmaq mümkün olmayan sözlərin yazılışının öyrədilməsi vacib sayılmır.
Göründüyü kimi, «yazılışı çətin sözlər»in xarakterini şagird fəaliyyətinin məzmunu, mühitin – həyatın tələbi diktə edir.
Bəzi orfroqrafik və qrammatik qaydalarla müəyyənləşən sözlərin yazılışında şagirdlərə çətinlik törədir, qoşa səsli sözlərin yazılışında səhvə yol verilməsi buna misal ola bilər.
Dilimizə başqa dillərdən keçən sözlərdən yazılışı çətin olanları çoxdur. Beləliklə, əgər şagirdlərin hələ gələcəkdə öyrənəcəkləri qrammatik-orfroqrafik qaydalara aid sözləridə nəzərə alsaq «çətin sözlər» anlayışının geniş olduğunu təsəvvür etmək çətin deyil.
«Yazılışı çətin sözlər» üzərində işin gərəkli və vacib olduğu şübhəsizdir. Bu iş şagirdlərin orfoqrafik savadlılığını təmin etməklə yanaşı, onların lüğət ehtiyatının zənginləşdirilməsi, xüsusəndə, nitqinin inkişafı sahəsində mühüm rol oynayır.