2.Oxu təliminin əhəmiyyəti və başlıca istiqamətləri 3.Oxunun növləri.
ƏDƏBİYYAT SİYAHISI 1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2.Orta aməktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.
3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.
4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.
5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
1.Oxu təlimi metodikasının elmi əsasları. İbtidai siniflərdə ana dili tədrisinin əsas vəzifələrindən biri oxu təlimidir. Oxu ana dilinin açarı olmaqla şagirdləri cəmiyyət və təbiətlə tanış etməyin, onların nitq və təfəkkürünün, həm də ümumi inkişafını təmin etməyin mühüm vasitəsidir.
Gənc nəslin təlim və tərbiyəsində oxunun rolu böyükdür. Oxu dərslərində şagirdlərdə vətənə məhəbbət və sadaqət tərbiyə olunur, əxlaq keyfityyətlər aşılanır, onların dünyagörüşünün formalaşması üçün ilkin bünövrə yarınır. Bu dərslərdə tədris olunan materiallar uşaqlarda xeyirxahlıq və ədalətlilik, mərdlik, düzlük, təvazökarlıq və s. Kimi yüksək əxlaqi keyfiyyətlərin yaranmasına stimul verir.
Bədii əsərlər uşaqlarda yaradıcı təxəyyülü oyadır, bədii zövqü tərbiyə edir, ana dilimizə məhəbbət aşılayır. Oxu şagirdlərdə şüurlu, düzgün, sürətlə və ifadəli oxumaq və oxuluğunun məzmununu yaxşı nağıl etmək bacarığı yaradır, nitqini inkişaf etdirir, lüğətini zənginləşdirir. Elmi-kütləvi və bədii ədəbiyyatın oxunması şagirdlərin idrak qabiliyyətini inkişaf etdirir, fikrin itiliyini artırır, əqli fəallığını yüksəldir.
Oxu dərslərində şagirdlər tədricən oxunun ən mühüm keyfiyyətlərinə yiyələnirlər. Onlarda kitaba maraq və məhəbbət güclənir. Onun idraki əhəmiyyətini dərk edirlər. Oxu dərsləri uşaqlarda müstəqil mütaliəyə meyli gücləndirir.