2. Müəllif nəyə görə Aysunu “ağıllı” adlandırır? Sizcə, bu, doğ - ru dan mı, belədir?
Sual müəllif kinayəsini və yumorunu duymağa kömək edir. Әlavə sual verilə bilər: – Burada “ağıllı” sözünü hansı sözlə əvəz etmək olar? (hiyləgər
3. Sizcə, Aysu atasını aldada biləcəkmi? Hadisələrin davamı ilə bağlı öz versiyalarınızı söyləyin. Fəndaxili (şaquli) inteqrasiya. Şagirdin bədii təxəyyülünün inkişafına yönəlmişdir. Әvvəlki siniflərdə formalaşdırılan “Mətni öz təxəyyülünə uyğun davam etdirir” bacarığının möhkəmləndirilməsinə xidmət edir.