Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


I rejim – gündəlik fəaliyyət rejimi



Yüklə 0,67 Mb.
səhifə24/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   70
I rejim – gündəlik fəaliyyət rejimi, respublikanın ərazisində, o cümlədən rayonda (obyektdə) istehsalat fəaliyyəti, radiasiya və kimyəvi şərait, həmçinin seysmik, hidrometeoroloji, sanitar-epidemik vəziyyət normal olan hallarda tətbiq olunur. Bu zaman rayonlarda, obyektlərdə planlı surətdə ətraf mühitdə müşahidələr aparılır, ehtimal olunan FH-ların qarşısını almaq, təsirini azaltmaq və nəticələrini aradan qaldırmaq məqsədilə əvvəlcədən planlı tədbirlər hazırlanır və yerinə yetirilir, qüvvə və vasitələrin ehtiyatları yaradıır, əhaliyə müvafiq proqramlar əsasında mühafizə, davranış və fəaliyyət qaydaları oyrədilir və müvafiq təsərrüfat planları əsasında digər hazırlıq işləri görülür.
II rejim – yüksək hazırlıq rejimidir, bu rejimə FH-lar baş verəcəyi barədə proqnoz alarkən, normal istehsalat fəaliyyəti , radiasiya, kimyəvi şərait, epidemik vəziyyət və s. pozularkən keçirilir. Belə hallarda müvafiq FH komissiyaları aşağıdakı fəaliyyətləri yerinə yetirirlər:
- vəziyyətin pisləşməsi səbəbini aşkar etmək üçün operativ qruplar yaradır;
- növbətçi-dispetçer xidmətinin fəaliyyətini gücləndirir;
- müşahidə və nəzarət artırılır;
- fəaliyyət göstərəcək qüvvə və vasitələr hazır vəziyyətə gətirilir və onların vəzifələri konkretləşdirilir, əhalinin mühafizəsi üzrə tədbirlər dəqiqləşdirilir.
III rejim – fövqəladə rejim. Sistem bu rejimə FH-lar baş verərkən və onların nəticələri aradan qaldırılarkən FHN-yinin müvafiq orqanları və daimi komissiyanın qərarı ilə keçirilir. Bu zaman aşağıdakı tədbirlər həyata keçirilir:
- əhalinin mühafizəsi təşkil edilir;
- işlərə bilavasitə rəhbərlik etmək üçün daimi komissiyaların operativ qrupları fəlakət yerlərinə göndərilir;
- qüvvə və vasitələr fəlakət yerlərinə gətirilir və xilasetmə işlərinə cəlb edilir;
- fəlakətin nəticələri aradan qaldırılır;
- ətraf mühitdə şəraitin dəyişməsinə daimi və ciddi nəzarət edilir.
FH-ların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:
1. Nəticəsi yalnız bir istehsalat sahəsini əhatə edən qismən fövqəladə hallar zamanı – obyekt FH komissiyası;
2. Nəticəsi yalnız bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı FH zamanı - lazımi hallarda rayon (şəhər) və sahə FHK-ların operativ qrupları da iştirak etməklə, obyekt FHK;
3. Nəticəsi yalnız rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı - rayon (şəhər) hakimiyyət orqanlarının FHK-sı;
4. Respublikanın bütün ərazisini əhatə edən bölgə miqyaslı FH zamanı – Respublika FHN-yi.
FH-in nəticələrinin aradan qakdırılması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- istehsalatdakı işçilərin və təhlükə yaranan sahədəki əhalinin xəbərdar edilməsi və mühafizə olunması. Bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən istifadə etməklə növbətçi-dispetçer müəyyən edilmiş qaydada – siqnal, xəbərlər və göstəriş formasında yerinə yetirir. O qəza barədə obyektin rəhbərinə və MM qərargahına xəbər verir; obyektin rəhbəri iş yerinə gələnədək xilasetmə işlərinə rəhbərlik erdir. Bundan sonra obyekt rəhbəri qəza barədə nazirliyə və rayon FHK-sına (MMQ-na) məlumat verir;
- qəzanın məhdudlaşdırılması və təcili xilasetmə işlərinin görülməsi. Bu işi də növbətçi-dispetçer obyektdə növbə çəkən ixtisaslaşdırılmış dəstələrin qüvvəsi ilə təşkil edir (obyektin rəhbəri iş yerinə gələnədək).
- fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün kəşfiyyatın təşkili;
- xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların hazır vəziyyətə gətirilməsi;
- xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili;
- obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa edilməsi.
FH-ların nəticələrini aradan qaldırarkən xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin