Mövzu: Nizami Gəncəvi Haqqında Hazırladı: Əzizov Teymur



Yüklə 1,59 Mb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#46552
1   2   3   4   5
nizami

Şair "Xosrov və Şirin" və "Yeddi gözəl" kimi saray həyatı ilə "çalğı" və "içki" məclislərinin incəliklərinə varıncaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda, belə işrət məclislərinə getməyib, ömründə bir dəfə də olsun ağzına "içki" almayıb və ya öz ifadəsi ilə desək, o, "dodağı ilə ətəyini şəraba bulaşdırmayıbdır." Bu dediklərimizi həm şair özü poemalarında qeyd edib, həm də onun həyatı haqqında məlumat verən alimlər bir ağızdan təsdiq ediblər. Belə ki, "İskəndərnamə"nin müqəddiməsində ilham qaynağı olan Xızır peyğəmbərə xitab etdiyi beytlərdə bu misralar vardır:


Ey mübarək Xızırım, sanma ki, mən,

Meyi qəsd etmədəyəm "mey" derkən.

Dediyim meylə özümdən keçərəm,

Bu keçişlə o gedər, aləm edərəm.

Tanrının vədi mənim saqimdir,

Qədəhim cəzbə, meyim sevgimdir.

Tutduğum haqq yola and olsun kim,

Dəyməmişdir meyə ağzım, ətəyim.

Şairin səmimi şərhinə görə, haram olmayan ağıla pozğunluq deyil, ancaq aydınlıq verən ilahi bir şərabdır - elə bir şərab ki, onun verdiyi sərxoşluq cazibəsi ilə şair özündən 800 il sonra belə oxucularını öz sənətinin cana hopan nəşəsi ilə "məsti-bihuş" etməkdədir.

Dahi şair "İskəndərnamə"də öz vəziyyətini təsvir edərkən bildirir ki, o, "Allaha sığınmaqdan başqa qayğısı olmayan bir mütəfəkkirdir" və sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşayan şair ona göstərilən ehtiram və etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: "İnsanlar onlardan qaçanlara daha çox meyl edərlər."



Nizami Gəncəvi beş böyük məsnəvisindən birincisini - "Məxzənül-əsrar"ı 1160-cı ildə yazıb. O zaman şair 20 yaşında olub. "Məxzən" onun ilk əsəri deyildir. O vaxtlarda şair sufiyanə qəsidələri, qəzəlləri və başqa şeirləri ilə artıq yaxşı tanınan bir sənətkar idi. Son böyük əsəri olan "İskəndərnamə"ni 1201-ci ildə yazıb. Bu tarixdən dörd və ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğrayıb. İskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən şair öz ölümünü də təsəvvür edib və: "Onlar yuxuya getdikləri kimi Nizami də yatdı", - deyibdir. Bu tarixi insanımız 63 ilə yaxın ömrünün yarım əsrlik bir qismini sənət, hikmət və insanları düz yola sövq etməyə sərf edib. Nəhayət, öz sözləri ilə desək, 1204-cü ildə o, "müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşub".

Beləliklə, dünyanın ölməzləri sırasına girən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olub.
Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin