Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Məktəb psixoloqunun kiçik məktəblilərlə, yeniyetmələrlə və yuxarı sinif şagirdləri ilə işinin əsas istiqamətləri



Yüklə 255,76 Kb.
səhifə95/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   90   91   92   93   94   95   96   97   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.Məktəb psixoloqunun kiçik məktəblilərlə, yeniyetmələrlə və yuxarı sinif şagirdləri ilə işinin əsas istiqamətləri

Məktəb psixoloqunun müəllimlərlə birgə fəaliyyəti hər bir şagirdin inkişafı üçün yaxşı şərait yaradır və məktəbdə hər bir şagirdə fərdi yanaşmanı təmin edir. Fərdi yanaşmanın tətbiqi uşağın inkişaf xüsusiyyətlərinə yaxşı bələd olmağı tələb edir. Bununla əlaqədar olaraq psixoloq gələcək birinci sinif şagirdi ilə məktəbə yazılma mərhələsində tanış olur və onun məktəbə hazırlığını müəyyən etmək üçün psixodiaqnostik içi həyata keçirir. Uşaqla ilk tanışlıq zamanı Kern –Yirasekin məktəbə hazırlıq testindən istifadə etmək faydalıdır. Bu testin keçirilməsi üçün müəyyən normativlər mövcuddur və əsasən 6 yaşlı uşaqları tədqiq etmək üçün istifadə olunur.


Məktəb təliminə hazır olmayan uşaqlarla psixoloq “inkişaf qrupların”da məşğul olur. İnkişaf qrupları -6 nəfərdən artıq olmayan uşaqlardan ibarətdir.
Birinci siniflərin məktəbdəki ilk günündən başlayaraq psixoloq bir sıra kütləvi problemlərlə rastlaşır ki, bunların da uğurlu həlli şagirdlərin müvəffəqiyyətindən asılıdır. Məktəb psixoloqunun müəllimlərlə birgə həll etməli olduğu məsələlər aşağıdakılardır:

-şagirdlərə fərdi yanaşma


-hər bir şagirdin məktəbə adaptasiyası
-müəllimlərlə şagirdlərin ünsiyyətində yaranan çətinliklərin aradan qaldırılması
-kollektivdə şagird və onun həmyaşıdları arasındakı ünsiyyət zamanı baş verən çətinliklər
-şagirdlərin idrak və təlim maraqlarının inkişafı
-məktəb nailiyyətləri.
Məktəb psixoloqu uşaqlarla, müəllimlərlə və valideynlərlə profilaktik, diaqnostik, korreksion və konsultasiya işini həyata keçirir. Profilaktik işin əsas xüsusiyyəti uşağın arzuolunmaz şəkildə inkişafının qarşısını vaxtında almaqdan ibarətdir. Bundan başqa, ibtidai məktəbdə uşağın gələcək məktəb nailiyyətlərinin oxumaq bacarığının, təlimə və məktəbə münasibətinin, yaşlılarla ünsiyyətinin əsası qoyulur.
Yeniyetmələr və yuxarı sinif şagirdləri ilə konsultasiyanın effektivliyi bir çox hallarda psixoloqun daxili dialoqu stimullaşdırma qabiliyyəti ilə şərtlənir. Buna yeniyetməlik dövründə şəxsiyyətin inkişafının vacib amili kimi baxırlar. Psixoloqun vəzifəsi gəncə, onu narahat edən məsələlərin hazır şəkildə həllini vermək yox,onun daxili dialoqu bitirərək xarici dialoqa keçməsini təmin etməkdən ibarət olmalıdır. Ona müraciət edən gənc onun yanından yüksək enerji əldə edərək getsin.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin