Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə92/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   88   89   90   91   92   93   94   95   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Vasitəçinin əsas məqsədi odur ki, həm özünün, həm də digərlərinin mümkün səhvdən yayınmasına kömək etsin:
-“Ya udursan, ya da uduzursan” (Ya mən haqlıyam, ya da sən haqlısan);
-“Sən pis adamsan”, “Sən həmişə beləsən”;
-Konflikt obyektinin razılığın əldə olunması yolunda mürəkkəb maneələr yaratması ( bu zaman səbirli olmaq və situasiyanı ətraflı şəkildə izah etmək lazımdır).
III MƏRHƏLƏ. “İnciklik obyektini müəyyənləşdirmək və problemi dəqiq və dürüst şəkildə ifadə etmək” Hər kəsə öz mövqeyini bildirməsi üçün imkan yaratmaq və digərlərinin mövqeyini dinləmək zəruridir.
IV MƏRHƏLƏ. “Daha münasib razılığın əldə edilməsi”. Mətndə danışığın həlli öz əksini tapmalı və q1əbul olunmuş qərarın reallaşdırılması üçün tərəflərin nə etməli olduqları qeyd edilməlidir. İmkan verilməlidir kir k, hər bir iştirakçı öz mətnində həmkarından nə gözlədiyini və özünün nə edə biləcəyini yazsın Sonra müzakirənin sonunda vahid mətn yaranır. Əldə olunmuş razılığı sinifdə elan etmək olar. Bir müddətdən sonra nəticənin həyata keçirilməsi müzakirə edilir.
Vasitəçinin məsləhətləri. Özünüzün vasitəçi rolunuza hazırlaşaraq onu haradasa (məsələn ai8lədə) sçnaqdan keçirin, sonra isə uşaqla işləməyə başlayın. Bu zaman dialoqu stimullaşdırın, pozitivliyə doğru istənilən fikri dəstəkləyin, özünüz qərar qəbul etməyərək dialoqu ehtiyatla dəstəkləyin.
Müəllim və valideynlər arasındakı konfliktlərin həlli. Valideynlərin konfliktin həllində mövqeyi bir neçə formada özünü göstərə bilər:Vaxt yoxdur, heç nə alınmır, tərbiyə məktəbin işidir və s.
Valideynlərlə müəllimlərin ünsiyyətinin əsas məqsədi müəllimlərin aqressiv – müdafiəedici hərəkətlərində, davranışın tərbiyəvi korreksiyasını öz üzərlərinə götürmələrində deyil, müəllim və valideynlərin uşağın islah edilməsi uğrunda öz səylərini birləşdirməsində ifadə olunur
Müəllim və valideynlər arasındakı konfliktlərin həlli üç mərhələdən keçir. Bunlar aşağıdakılardır:
1.Valideynlərlə ünsiyyətin birinci mərhələsi. Bu mərhələdə valideynin emosional təsirə müqavimət göstərməsi müşahidə olunur. Bunun üçün onu situasiyadan emosional – psixoloji cəhətdən uzaqlaşdırmaq lazımdır. Valideyn həm öz etirazlarını, həm də öz köməksizliyindən şikayətini 10-15 dəqiqə müddətində monoloq formasında bildirməlidir.
Sizin neytral mövqeyinizi və emosional uzaqlaşmağınızı hiss edərək valideyn sakitləşməyə başlamalıdır. Nəhayət o, sakitləşəcək və onda knstruktivdanışığa psixoloji hazırlıq formalaşacaq.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin