Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Təlimin təsnifi və tədris fəaliyyətinin təşkilində onun nəzərə alınması



Yüklə 255,76 Kb.
səhifə12/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   8   9   10   11   12   13   14   15   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

1.1. Təlimin təsnifi və tədris fəaliyyətinin təşkilində onun nəzərə alınması

Təlim mürəkkəb bir prosesdir.Onun özünəməxsus strukturu olduğu kimi, özünəməxsus növləri, formaları da vardır. Şübhəsiz tədris fəaliyyətinin idarə olunması, onun səmərəliliyinin artırılması üçün onların hər birinin nəzərə alınması zəruridir.


Burada birinci növbədə təlim öyrənilən fənnlərə əsasən təsnif edilir.Bu neyardan asılı olaraq dil, riyaziyyat, tarix və s. təlimini göstərmək olar.
Psixoloji məqsəddən asılı olaraq təlimi aşağıdakı şəkildə təsnif etmək olar: təsəvvürlər, məfhumlar, ideyalar, vərdişlər, bacarıqlar və fikri əməliyyatları formalaşdıran təlim.
Əks əlaqənin yaranmasından asılı olaraq , proqramlaşdırılmış, təxirə salınmış, koqnitiv, qabaqlayıcı təlimin olduğunu qeyd edirlər.
Şagirdlərə müraciət yərzinə görə isə təlimi aşağıdakı şəkildə təsnif etmək olar: frontal-sinif üzrə, qrup üzrə və fərdi aparılan təlim.
Təlimin qeyd etdiyimiz formalarının özünəməxsus məqsəd və vəzifələri vardır. Tədris prosesində həmişə yalnız bunlardan birindən istifadə edilməsi istənilən nəticəni vermir. Müəllim dərsin məqsədindən və proqram tələblərindən asılı olaraq təlimin həmin formalarından birini və ya bir neçəsini seçir və dərsi ona müvafiq qurur.


2.Öyrənmədə müvəffəqiyyəti və müvəffəqiyyətsizliyi müəyyən edən amillər
Təlim mürəkkəb bir prosesdir.Onun özünəməxsus və müxtəlif növləri, strukturu, motiv və məqsədləri, məzmun və metodları vardır. Bunların hamısı bir ümumi məqsədə - məktəbliləri müəyyən bilik, bacarıq və vərdişlərlə silahlandırmaq üçün onların səyini artırmaq məqsədinə xidmət edir. Bu səy olmadan məktəblinin təlim prosesi, öyrənməsi də mümkün ola bilməz. Bəs öyrənmə nədən asılıdır, onun müvəffəqiyyəti və müvəffəqiyyətsizliyini müəyyən edən amillər hansılardır?

2.1 Öyrənməyə qabillik problemi.
Bu problem şagirdlərin geridə qalma, mənimsəyə bilməmə səbəblərini aşkara çıxarmaqla əlaqədar meydana çıxan problemdir. Bu anlayışı Rus alimi N.A.Mençinskaya və onun əməkdaşları irəli sürmüşlər. Həmin anlayış altında onlar şagirdlərin bilikləri və təlim fəaliyyəti tərzlərini mənimsəməyə nə dərəcədə həssas, qabil olduqlarını nəzərdə tutmuşlar.
Öyrənməyə qabilliyi şagirdin əqli inkişafı ilə qarışdırmaq olmaz. Yüksək əqli inkişaf səviyyəsinə malik olan adamda bəzən öyrənməyə qabillik aşağı səviyyədə olur. Yaş artdıqca əqli inkişaf yüksək səviyyəyə qalxa bildiyi halda, öyrənməyə qabillik uzun müddət öz sabitliyini saxlaya bilir.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin