Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə63/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   59   60   61   62   63   64   65   66   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Tərbiyə prosesi – tərbiyəçilərin gəldiyi qənaətə görə, pedaqoji situasiyaların, tərbiyə tapşırığının müəyyənləşdirilməsinin, lahiyələşdirmənin (metod və formanın hazırlanması), pedaqoji qarşılıqlı təsirin təşkilinin, nəticələrinin yoxlanılmasının və qiymətləndirilməsinin vasitəli həllidir.
Pedaqoji ədəbiyyatda,tərbiyə prosesinin aşağıdakı funksiyalarını göstərirlər:
1.Tərbiyəçilərin fiziki və psixi sağlamlığının mühafizəsi;
2.Şagirdlərin fəaliyyətinin əhatəli təşkili;
3.Həmyaşıdlarda və böyüklərdə pozitiv sərvət dəyərləri sisteminin yaradılması və şagirdlərin sosializasiyası məqsədilə ünsiyyətdən istifadə edilməsi.
4.Cəmiyyət üzvlərindəəxlaqi, iradi, estetik və fizioloji keyfiyyətlərin formalaşmasının təşkili;
5.Deviant davranışa (normadan kənar, əxlaqa və hüquqa zidd) meyilliyin qarşısının alınması məqsədilə korreksiya aparılması vəqabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
Aydındır ki, tərbiyə prosesi müəyyən olunmuş məqsədlərdən başlayır. Tərbiyə prosesində aşağıdakı məqsədləri müəyyən edirlər:
1.Tərbiyənin əsas məqsədi. Bu məqsəd uşağın onun üçün həyatda və cəmiyyətdə vacib olan lazımlı keyfiyyətlərə malik olması üçün şəxsiyyət kimi formalaşdırılması və inkişaf etdirilməsidir.
2.Tərbiyənin ümumi məqsədi. Tərbiyənin ümumi məqsədi uşaqları daxilən zəngin, azad, sərbəst və məsuliyyətli şəxsiyyət kimi yetişdirməkdir.
3.Tərbiyənin xüsusi məqsədi. Tərbiyənin xüsusi məqsədini cəmiyyətin tərəqqisinin müasir tendensiyalarını özündə əkls etdirmək, şagirdləri uğur əldə etməyə yönələn təşəbbüskar insanlar kimi yetişdirmək təşkil edir.
Tərbiyənin bir sıra vəzifələri mövcuddur. Tarixin bütün inkişaf mərhələlərində xeyirxahlıq, düzlük, hümanistlik, ciddilik kimi ümumi insanı və əxlaqi dəyərləri tərbiyənin vəzifələrində birincili mövqedə durur.
Q.M.xocaspirova tərbiyənin aşağıdakı vəzifələrinin diqqət mərkəzinə gətirilməsini xüsusi qeyd edir.
1.Gənclərdə fəlsəfi dünyagörüşün formalaşdırılması və onları həyatın mənasını tapmağa kömək göstərilməsi;
2.Sosial mühitin müxtəlif sferalarında insanların təbii istedadının, yaradıcılıq potensialının üzə çıxarılmasında şəxsiyyətin mənalı fəaliyyətinin təmin edilməsi.
3.Şəxsiyyətin əxlaqi mədəniyyətini, hümanistik əxlaqi normalarını təşkil edən ümumi davranış təcrübəsinin formalaşdırılması;
4.”Mənlik şüuru”nun və ləyaqət hissinin, öz şəxsi həyatına dəyərli münasibətin,özünüdərketmə, özünütəyinetmə, özünüidarə etmək qabiliyyətinin formalaşdırılması;
5.Vətəndaşlıq hissinin tərbiyə edilməsi;
6.Əqli tərbiyəyə, şüurlu fəaliyyət təcrübəsinə, bililərə, bacarıq və vərdişlərə, yaradıcılıq qabiliyyətinə, fasiləsiz təhsilə və özünütəhsilə tələbatın formalaşdırılması.
7.Ekoloji ntərbiyənin həyata keçirilməsi;
8.Şəxsiyyətlərarası münasibətlərdə mədəniyyətin,hisslərin və təcrübənin inkişafını təmin etmək;
9.Estetik tərbiyə, ümumi insanı dəyərlər və məsələlərə şəxsiyyətin cəlb edilməsi;
10. Fiziki tərbiyəyə, sağlam həyat tərzinə tələbatın inkişafı;
11. Ailə həyatına, ailə məişət və cinsi tərbiyətə hazırlığın formalaşdırılması.
12.Əməyə zəruri münasibətlərin formalaşdırılması və əmək fəaliyyətinə hazırlığın tərbiyəsi.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin