Konstruktiv funksiyanın həyata keçirilməsi də müəllimin pedaqoji fəaliyyətində az əhəmiyyətə malik deyildir.. Bu funksiyanı bir növ konstruktiv – planlaşdırma funksiyası da adlandırmaq mümkündür. Bu funksiya məktəbdə tədris prosesini tədrisin mərhələləri, illər üzrə planlaşdlrmağı və təşkil etməyi nəzərdə tutur.Konstruktiv funksiya bir növ müəllimin tədris etdiyi fənn və yerinə yetirdiyi tərbiyəçilik vəzifəsini lahiyələşdirməsindən ibarətdir Burada 3 cür lahiyələşdirmə nəzərə çarpır:
a)konstruktiv əməli
b)konstruktiv maddi (maddi baza)
c)konstruktiv məzmunlu
Bütün yuxarıda qeyd etdiyimiz funksiyaları, xüsusilə kommünikativ və konstruktiv funksiyaları müəllim özünün təşkilatçılıq funksiyasını yerinə yetirmədən lazımi səviyyədə həyata keçirə bilməz.
Pedaqoji fəaliyyətin üslubları
Pedaqoji fəaiyyətin üslubu dedikdə, müxtəlif təlim situasiyalarında dayanıqlı və davamlı üsullar və priyomlar sistemi nəzərdə tutulur. Hər hansı fəaliyyətin üslubu, fəaliyyətin spesifikliyi, subyektun həmin fəaliyyətdə vəzifəsi və onun fərdi – psixoloji xüsusiyyətləri ilə şərtlənir.
Pedaqoji fəaliyyətin üslubları müəllimin idarəçilik, özünütənzim, ünsiyyət və koqnitiv xüsusiyyətlərini də özündə ehtiva edir. Pedaqoji fəaliyyətin üslublarının formalaşmasına bir neçə amil təsir göstərir. Onlar aşağıdakılardır:
-fəaliyyətin subyektinin – müəllimin fərdi psixoloji xüsusiyyətləri
-müəllimin fərdi tipoloji, şəxsi davranış xüsusiyyətləri;
-öyrənənlərin fərdi – psixoloji xüsusiyyətləri (yaş,cins, status,bilik səviyyəsi və s.) daxildir.
Pedaqoji fəaliyyət üslublarının əngeniş yayılmış tipologiyası onun avtoritar, demokratik və liberal bölgüsüdür.Qeyd etmək lazımdır ki, avtoritar tərzdə işləyən pedaqoq üşün məcburi motivasiya, pedaqoji identikliyin orta səviyyəsi, aşağı özünüqiymətləndirmə refleksiyanın orta səviyyəsi, aşağı səviyyəli kreativlik səciyyəvidir.
Liberal üslubla işləyən pedaqoq üçün isə məcburi motivasiya, fəaliyyətin özünəyönəlməsi, pedaqoji identikliyin orta göstəricisi, aşaöı səviyyəli meyillilik, aşağı səviyyəli özünüqiymətləndirmə, refleksiyanın orta səviyyəsi, aşağı səviyyəli kreativlik səciyyəvidir.
Demokratik üslubla işləyən pedaqoji işçilər üçün digərlərindən fərqli olaraq pozitiv motivasiya, digər insanlara yönəlmiş fəaliyyət, pedaqoji identikliyin yüksək səviyyəsi, özünüqiymətləndirmənin orta səviyyəsi, yüksək səviyyəli refleksiya və empatiya, eləcə də orta səviyyəli kreativlik səciyyəvidir.
Müəllimin iş üsulları ilə bağlı A.K.Markova və A.Y.Nikonovanın təklif etdiyi yanaşma da maraqlıdır. Həmin yanaşmanın əsasında üslubun məzmun səciyyəsi, üslubun dinamik səciyyəsi(dayanıqlıq, möhkəmlik), nəticəliliyi(fənnə qarşı marağın olması) və s. durur.
Qeyd olunan yanaşma çərçivəsində bir sıra üslub növləri ayırd edilmişdir:
Dostları ilə paylaş: |