Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə1/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
  1   2   3   4   5   6   7   8   9   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)



MÖVZU 1.

PEDAQOJİ PSİXOLOGİYANIN PREDMETİ, VƏZİFƏLƏRİ , TƏDQİQAT METODLARI VƏ BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ
P L A N:

1.Pedaqoji psixologiyanın predmeti
2.Pedaqoji psixologiyanın qarşısında duran nəzəri və praktik məsələlər
3.Pedaqoji psixologiyanın tədqiqat metodları
4.Pedaqoji psixologiyanın başqa elmlərlə əlaqəsi.

Ə D Ə B İ Y Y A T
1.Əliyev B.,Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya.Bakı., 2011.
2.Psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi red. Ilə. Bakı, “Nurlan”, 2007
3.Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2003
4.Əliyev B. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı., 1997
4.Əlizadə Ə.Ə, Əlizadə H.Ə. Pedaqoji psixologiya.Bakı., 2010
5.Həmzəyev M.Ə. Pedaqoji psixologiya.Bakı., 1991
6.Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı., 1998
7.Махмутов М.И. Современный урок. М, 1981
1.Pedaqoji psixologiyanın predmeti
Pedaqoji psixologiya təlim və tərbiyə prosesinin təsiri nəticəsində şəxsiyyətin dəyişməsinin psixoloji mexanizmlərini öyrənən elm sahəsidir. Bu elm sahəsi təlim və tərbiyə prosesinin bu və ya digər mərhələsində şagird şəxsiyyətinin inkişaf qanunauyğunluqlarını öyrənir.
Psixologiya elminin digər sahələrində olduğu kimi pedaqoji psixologiyanın da obyekti insandır. Ancaq elmləri bir- birindən tədqiq etdikləri obyektə görə deyil, predmetinə görə fərqləndirirlər. Bu isə onların bir – birindən ayrılmasına və müstəqil fərd kimi fəaliyyət göstərməsinə zəmin yaradır.
Pedaqoji psixologiyanın öz predmetini dəqiqləşdirməsində pedaqogika, ümumi psixologiya, yaş psixologiyası və başqa elmlərin müəyyən problemləri ortaya çıxır. Bu ondan irəli gəlir ki, istər ümumi psixologiyanın, yaş psixologiyasının istərsə də pedaqogikanın və pedaqoji psixologtiyanın öz predmetinə yanaşmada müəyyən identiklik (oxşarlıq) özünü göstərir. Belə ki, pedaqogika təlim və tərbiyənin mahiyyətini, onun qanunauyğunluqlarını,inkişafın perspektivlərini və meyllərini öyrənir.Təlim və tərbiyə prosesinin nəzəri və texnoloji əsaslarını, prinsiplərini, məzmun və formasını, eləcə də təlim metodlarının işlənib hazırlanması yollarını müəyyənləşdirir.
Pedaqoji psixologiyadan fərqli olaraq ümumi psixologiya təlim və tərbiyənin yaş xüsusiyyətlərini, təlimin fərdi qanunauyğunluqlarını, şəxsiyyətin inkişafının istiqamətlərini və mexanizmlərini ayırd edir, təlim və tərbiyənin üsul və vasitələrinin müəyyənləşdirilməsində baza rolunu oynayır. Belə olan halda pedaqoji psixologiya bir tərəfdən təhsil prosesi haqqında başqa elmlər tərəfindən əldə olunmuş nəzəri və tətbiqi biliklərə əsaslanır, digər tərəfdən isə təhsil prosesinin öyrənilməsində özünün xüsusi istiqamətlərinə istinad edir. Pedaqoji psixologiyanın istinaqd etdiyi belə bir istiqamətin spesifik cəhəti onunla bağlıdır ki, təlim prosesinə sosial – mədəni təcrübənin mənimsənilməsində və ötürülməsində təşkil olunmuş fəaliyyət növü kimi baxılır, bu proses şəxsiyyətin sosializasiyası və inkişafında kompleks mühit kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, pedaqoji psixologiyanın predmetinin öyrənilməsində identik yanaşmalar olsa da, bir sıra hallarda onların fikirləri haçalaçır.
Pedaqoji psixologiyanın predmetinin öyrənilməsinə geniş aspektdən yanaşsaq onun predmetinin müəyyənləşdirilməsində aşağıdakı istiqamətlərin olduğunu görə bilərik:


  1. Pedaqoji psixologiya psixologiya və pedaqogika arasında aralıq mövqe tutan, bu iki elmin kompleks biliklərinin əhatə dairəsinin sərhəd nöqtəsində dayanan müştərək elm sahəsi olub təlim, tərbiyə və inkişafın, həmçinin onların qarşılıqlı əlaqəsinin qanunauyğunluqlarını öyrənən elm sahəsidir (B.Q.Ananev);

  2. Pedaqoji psixologiyanın predmetini özünün strukturu, səciyyəvi cəhətləri, qanunauyğunluqları ilə, şagirdlərin yaş və fərdi xüsusiyyətlərini və onların inkişafının psixoloji şərtlərini özündə əks etdirən, öyrənmə prosesində şəxsiyyətin inkişafına effektiv təsir göstərən təlim prosesi təşkil edir (N.F Talızina);

  3. Pedaqoji psixologiya bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin mexanizmlərini öyrənir, bu prosesdə mövcud olan fərdi fərqləri ayırd edir, məktəblilərdə yaradıcı və müstəqil təfəkkürün formalaşmasının qanunauyğunluqlarını, eləcə də təlim və tərbiyənin təsiri altında psixikada baş verən dəyişiklikləri tədqiq edir (V.A.Krutetski).

  4. Pedaqoji psixologiyanın predmetini insanın sosial- mədəni təcrübəni mənimsəməsinin faktları, mexanizmləri və qanunauyğunluqları təşkil edir. Həmçinin pedaqoji psixologiya təhsil prosesində pedaqoq tərəfindən təşkil edilən və idarə olunan təlim fəaliyyətinin subyekti olan şagirdin intellektual və şəxsiyyət kimi inkişafı səviyyəsində baş verən dəyişiklikləri öyrənir(İ.A.Zimnya).

  5. Pedaqoji psixologiyanın mövzusunu insanın təlim və tərbiyəsinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir(M.Ə.Həmzəyev).

Pedaqoji psixologiyanın predmeti haqqında mülahizələrin ümumiləşdirilməsi onun predmetinə yanaşmada iki cəhəti fərqləndirməyə kömək edir:
a)təlim fəaliyyəti sosial- mədəni təcrübənin mənimsənilməsinin xüsusi formasıdır;
b)təlim fəaliyyətində şagirdlərdə intellektual və şəxsiyyət dəyişiklikləri, psixi proseslərin keyfiyyət təzahürləri baş verir. Qeyd olunan bu cəhətlər əsasında pedaqoji psixologiyanın predmetini aşağıdakı kimi müəyyən edə bilərik:
Pedaqoji psixologiyanın predmetini təhsil prosesinin subyektlərinin qarşılıqlı əlaqəsi, məqsədyönlü təşkil olunmuş şəraitdə sosial-mədəni təcrübənin mənimsənilməsi və gənc nəslə ötürülməsi prosesinin qanunauyğunluqları, psixoloji mexanizmi, məzmunu və spesifikası təşkil edir.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin