Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Empirik metodlar öz növbəsində 2 yerə bölünür



Yüklə 255,76 Kb.
səhifə5/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   2   3   4   5   6   7   8   9   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Empirik metodlar öz növbəsində 2 yerə bölünür:
İnformasiyan toplanması (müşahidə, eksperiment və s.) və informasiyanın işlənməsi (statistik metodlar).
Ümumiyyətlə psixologiyanın tədqiqat metodlarının ən təkmil variantını Bolqar psixoloqu O.D.Pirov vermişdir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Müşahidə
2.Eksperiment
3.Modelləşdirmə
4.Psixoloji xarakteristikalar
5.Köməkçi metodik yanaşmalar.
Lakin bir sıra Rus alimləri B.Q.Ananyev və b. bu metodlara tənqidi yanaşmışlar.
Bu metodlar içərisində psixopedaqoji müşahidə metodu xüsusi əhəmiyyət daşıyır.Müşahidə metodunun tətbiqinin əsas şərtləri aşağıdakılardır:
1.Müşahidə məqsədyönlü olmalıdır;
2.Müşahidə hadisələrin təbii axarına xələl gətirməməlidir;
3.Müşahidə mütəşəkkil və ardıcıl surətdə təşkil olunmalıdır;
4.Müşahidə onu aparan subyektin subyektiv fikirlərini əks etdirməməlidir;
5.Əldə edilən nəticələr etibarlı olmalıdır.
Pedaqoji psixologiyada müşahidənin epizodik və sistematik növlərindən istifadə olunur. Sistematik müşahidə uzunmüddətli müşahidədir.
Müşahidədən fərqli olaraq eksperiment metodunun köməyi ilə daha qısa müddətdə nəticə əldə etmək olar
Eksperimentdə bu və ya digər hadisələr süni olaraq yaradılır. Eksperimental tədqiqatın aşağıdakı tərkib hissələri vardır: ekspermentator, eksperimental şərait, eksperimental amil, eksperimental obyekt. Eksperimentin 2 növü vardır: təbii vəlaborator.Təbii eksperiment ilk dəfə 1910-cu ildə A.F.Lazurski tərəfindən tətbiq olunmuşdur.
Pedaqoji psixologiyada pedaqoji – psixoloji eksperimentin müəyyənedici və öyrədici növlərindən də istifadə edilir.
Müəyyənedici eksperimentin köməyi ilə şagirdlərdə bu və ya digər psixi proseslərin, bacarıq və vərdişlərin, qabiliyyətlərin, qarşılıqlı münasibətlərin inkişaf səviyyəsi aşkara çıxarılır.
Öyrədici eksperiment isə müəyyən psixoloji hadisəni, qanunauyğunluğu formalaşdırmaq məqsədi daşıyır. Müəyyənedici və öyrədici eksperimentlər bir-birini tamamlayır, bunlardan növbəli şəkildə istifadə etmək olar.
Bütün bunlarla yanaşı pedaqoji psixologiyada psixodiaqnostik metodlar da mühüm rol oynayır. Onlardan Sosiometriya (bu metodu ilk dəfə Amerikan alimi C.Moreni işlətmişdir).Bu metodun köməyi ilə şəxsiyyətləarası münasibətlər öyrənilir. Psixodiaqnostik metodlardan anket, test, fəaliyyət məhsullarının təhlili, bioqrafik,intervyü vəs. göstərmək olar
Bütün bu metodlar vasitəsilə pedaqoji- psixoloji tədqiqatlar aparılır və təlim fəaliyyətini daha yüksək səviyyədə təşkil etmək və qarşıya çıxan problemlərin həllinə nail olmaq mümkündür.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin