Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amillər



Yüklə 255,76 Kb.
səhifə14/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   10   11   12   13   14   15   16   17   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.3 Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amillər.

Öyrənmənin müvəffəqiyyətini təmin edən amilləri daxili və xarici olmaqla iki yerə bölürlər. Öyrənmənin daxili amillərinə diqqət və ustanovkanı aid edirlər.


Bizi hər an saysız- hesabsız cisim və hadisələr əhatə edir. Bunların içərisindən hal- hazırda bizə lazım olan, tanımaq və öyrənmək, mənimsəmək istədiyimiz cisim və hadisələri ayıra, seçə bilmədən qarşımıza qoyduğumuz məqsədə nail ola bilmərik. Bunlar isə diqqətin iştirakı olmadan mümkün deyildir. Xüsusilə təlim fəaliyyətində diqqətin oynadığı rolu nəzərə alaraq K.D.Uşinski yazmışdır:” Diqqət şüurumuzun elə bir yeganə qapısıdır ki, şüurumuzda olan hər bir şey mütləq buradan keçir.Ona görə də şagirdləri təlim prosesində həmin qapını açıq saxlamağa alışdırmaq lazımdır”.Təcrübə göstərir ki, müəllim dərsdə şagirdlərin diqqətini təşkil etməyi bacarmasa heç bir informasiyanı mənimsədə bilməz. Ona görə də diqqət öyrənmənin müvəffəqiyyətini təmin edən ən mühüm daxili amillərdən biri kimi özünü göstərir.
Qeyd etdiyimiz kimi, mənimsəmənin səmərəliliyini təmin edən ikinci ən mühüm daxili amil ustanovkadır.
İnformasiyaların seçilməsi, işlənməsi və onlardan istifadə edilməsi prosesində insan şəxsiyyətinin təzahür etmə halını psixoloqlar ustanovka adlandırırlar. Ustanovka dedikdə tələbatı müəyyən tərzdə təmin etməyə hazırlıq başa düşülür.
Psixoloji tədqiqatlar göstərmişdir ki, qarşıya qoyulan yaddasaxlama məqsədi, yaddasaxlamanın müddəti möhkəmliyi və xarakterindən asılıdır. Hər şeydən əvvəl, öyrənmə o zaman səmərəli olur ki, şagird öz qarşısına yaddasaxlama məqsədi qoysun. Təcrübə göstərir ki , qarşıya öyrənmək, yaddasaxlamaq məqsədi qoymadan səmərəli mənimsəmə mümkün deyildir. Şagirdin qarşısına yaddasaxlama məqsədi qoyduqda o verilən materialı yaxşı öyrənir.
2.4 Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amillər

Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amillər təlim materiallarının xüsusiyyətləri ilə bağlıdır. Bu xüsusiyyətlər çoxdur.Psixoloqların apardıqları tədqiqatlar həmin xüsusiyyətlərin sistemini müəyyənləşdirməyə imkan vermişdir.


Təlim materiallarının xarici amil kimi öyrənmənin müvəffəqiyyətini təmin edən xüsusiyyətlərindən birincisi onun məzmunudur. Təlim materialının məzmunu dolğon anlaşıqlı və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmalıdır.
Təlim materialını öyrənmənin müvəffəqiyyətini təmin edən ikinci mühüm amil onun formasıdır. Adətən, təlim materialları müxtəlif formaya malik ola bilər. Forma etibarilə o əşyavi, obrazlı, sözlü və simvolik şəkildə ifadə edilir. Təlim materialının göstərilən formalarının hər birinin özlərinə məxsus dil və üslub xüsusiyyətləri vardır. Müəyyən yaş dövründə təlim materialının müvafiq formasından istifadə olunması öyrənmənin müvəffəqiyyətini təmin etmək üçün mühüm əhəmiyyətə malikdir.
Öyrənmənin müvəffəqiyyətinə təsir edən xarici amillərdən biri də təlim materialının çətinlik dərəcəsidir. Öyrənmənin səmərəliliyinə, onun sürətinə və düzgünlüyünə bu amilin böyük təsiri vardır. Materialın çətinliyi onda olan informasiyaların məktəblinin idrak imkanlarına müvafiq olmaması ilə müəyyən edilir.
Təlim materialının anlaşıqlılığıda onun öyrənilməsinə təsir edən əsas amillərdəndir. Şagird öyrəndiyi materialı anlamalıdır. Müəllim öz şagirdlərinə başa salmalıdır ki, aydın olmayan, az anlaşılan məsələlərin üstündən keçmək olmaz Onları tamamilə anlayıb öyrənmək lazımdır. L.N.Tolstoy haqlı olaraq yazmışdır ki, bilik yalnız o zaman bilikdir ki, o təkcə hafizə ilə deyil həm də adamın öz fikirlərinin gücü ilə qazanılmış olsun.
Materialın həcmi də onunmənimsənilməsinə təsir edən mühüm xüsusiyyətlərdəndir. Mənalı təlim materialının həcmini yalnız mənimsənilməsi tələb olunan yeni anlayış və işlərin miqdarı ilə ölçmək mümkündür. Bu cür materialın həcmini eyni zamanda onda müəyyənləşdirilən əlaqələrin və ya mühakimələrin miqdarı ilə ölçmək mümkündür. Təcrübə göstərir ki, məhz bu cəhə
Tlər nəzərə alınmadıqda şagirdlərin öyrənməli olduqları mənalı materialların həcmi dərslik və dərs vəsaitlərində ya tələb olunduğundan artıq, ya da aşağı səviyyədə olur, bunların hər ikisi şagirdlərin öyrənməsinə mənfi təsir göstərir. Materialın həcminin həddindən artıq şişirdilməsi, şagirdlərdə yorğunluq yaradır.
Nəhayət, təlim materialının emosionallıq dərəcəsi də şagirdlərin həmin materialı mənimsəmələrinə təsir göstərir. Buraya materialın cazibədarlığı, şagirdlərin müəyyən hiss və emosiyalar yarada bilmə xüsusiyyətlərini aid etmək olar.



  1. Yüklə 255,76 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin