MÖVZU 5.
TƏLİM PSİXOLOGİYASININ MAHİYYƏTİ VƏ QANUNAUYĞUNLUQLARI
P L A N:
1.Təlimin psixoloji mahiyyəti
1.1 Təlimin təsnifi və tədris fəaliyyətinin təşkilində onun nəzərə alınması
2.Öyrənmədə müvəffəqiyyəti və müvəffəqiyyətsizliyi müəyyən edən amillər
2.1 Öyrənməyə qabillik problemi
2.2 Geridə qalan şagirdlərin psixoloji xüsusiyyətləri
2.3 Öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amillər
2.4 Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amillər
3. Təlim prosesində təkrar və mümarisələrə verilən psixoloji tələblər
Ə D Ə B İ Y Y A T
1.Əliyev B., Əliyeva K, Cabbarov R. Pedaqoji psixologiya. Dərslik. Bakı., 2011.
2.Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı., “Maarif”, 1991
3.Əlizadə Ə.Ə.,Əlizadə H.Ə. Pedaqoji psixologiya.Bakı., 2010
4.Əliyev B.H. Müəllim –tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı., 1998
5.Əliyeb B.H.J.Piajinin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti
6. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri
7.Əliyeb B.H., Cabbarob R.V. Təhsildə şəxsiyyət problemi. Bakı., 2008
8.Qasımova L.N.,Mahmudova R.M. Pedaqogika. Bakı., “Çaşıoğlu”, 2003
9.Ананьев Б.Г. Психология- педагогические оценки. М., 1980
10.Мананникова Е.Н. Педагогическая психология. М., 2008
Təlimin psixoloji mahiyyəti
Təlim problemi didaktika və təlim metodikasında müxtəlif aspektdə nəzərdən keçirilir.Təlim problemi bu elmlərdən hər birinin obyektinə daxil olsa da, onlar təlimi özünəməxsus şəkildə öyrənirlər. Əgər pedaqogika təlimin forma və məzmununu, təlim metodlarının təşkili yollarını, xüsusi metodika, konkret dərs predmetlərində onların gerçəkləşməsi üsullarını tədqiq edirsə, pedaqoji psixologiya təlimin idarə olunmasının və bu prosesin təşkilinin psixoloji mexanizmlərini, qanunauyğunluqlarını və səbəblərini öyrənir.
Təlim şagirdlərin Şagirdlərin biliklər sistemini mənimsəmələrinə və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak prosesidir. (M.Ə.Həmzəyev).
Pedaqoji ədəbiyyatın və psixoloji mənbələrin təhlili təlimə aşağıdakı yanaşmaları fərqləndirməyə imkan verir:
Dostları ilə paylaş: |