Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


-Təlim sosial – psixoloji proses kimi



Yüklə 255,76 Kb.
səhifə11/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   7   8   9   10   11   12   13   14   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

-Təlim sosial – psixoloji proses kimi. Bu prosesdə informasiya mübadiləsi baş verir, sosial rollar, mövqelər formalaşır.
-Təlim ünsiyyət prosesi kimi.Bu prosesdə subyekt – subyekt əlaqələri və qarşılıqlı münasibətləri ortaya çıxır.
-Təlim – müəllimin və şagirdin yaradıcılıq prosesi kimi.Bu prosesdə müştərək fəaliyyət nəticəsində kreativ davranışın artması və güclənməsi müşahidə olunur.
Rus alimi V.Q.Kazanski qeyd edir ki, təlimin mahiyyətinin psixoloji kontekstdə dərk olunması üçün, onu ilkin olaraq qarşılıqlı təsir və ünsiyyət prosesi kimi təhlil etmək lazımdır.
Ənənəvi olaraq təlimin üç funksiyasını fərqləndirirlər:
-Təlimin təhsil funksiyası
-Təlimin tərbiyəedici funksiyası
-Təlimin inkişafetdirici funksiyası.
Bu funksiyaların hər biri təlimin bütövlüyünün təmin olunmasında və məqsədlərində öz əksini tapır. Təlimə münasibətdə müxtəlif nəzəriyyələr və konsepsiyalar formalaşmışdır.əBelə nəzəriyyələrdən biri təlimin assosiativ nəzəriyyəsidir. Bu nəzəriyyənin tərəfdarları –F.Bekon, C.Lokk və Y.Komenski hesab edilirlər. Onlar qeyd edirlər ki, istənilən təlimin əsasında hissi idrak dayanır. Bu o deməkdir ki, insanın şüurunda əyani obrazlar və təsəvvürlər yalnız onun təcrübəsinin genişlənməsinə gətirib çıxarmır, həm də onun ümumiləşdirilməsinə şərait yaradır. Demək olar ki, illüstrativ – şərhedici təlim növü məhz belə yaranmışdır və bu metodoloji prinsiplərə əsaslanır.
Bu təlim növü təlim prosesində sinif – dərs sisteminin təşkilini, biliklərin mənimsənilməsinin və tətbiqinin təlimin əsas vəzifəsi hesab edirdi. 2.
XX əsrin əvvəllərində iki psixoloji istiqamət –biheviorizm və geştalt psixologiya tərəfindən təlimin yeni məsələləri formalaşdırıldı. Bu yanaşmada təlim anlama kimi, tamın yaradılması kimi, tamın öz hissələri ilə əlaqə və münasibətləri kimi nəzərdən keçirilməyə başlandı.
Geştalt psixoloqlar (M.Vertheymer, V.Keller, K.Koffka və b.) təlim prosesinə uşağın şəxsi təcrübəsinin yenidən təşkili kimi baxırdılar.
Biheviorizm çərçivəsində, onun nümayəndəsi C.Bruner tərəfindən yeni təlim konsepsiyası yaradıldı. O müəyyən etdi ki, təlim prosesində subyektə verilmiş informasiyadan kənara çıxmalar müşahidə olunur, yəni şagird informasiyanı işləyərkən onu yenidən qurur, hadisənin səbəb və nəticəsini ayırd etməyə şalışır.
Təlimin düzgün təşkilində onun prinsiplərinə riayət edilməsi olduqca zəruridir. Pedaqoji psixologiyada təlimin prinsiplərini aşağıdakı kimi təsnif edirlər:
1.Məqsədyönlülük prinsipi;
2.Təlimin həyatla əlaqələndirilməsi prinsipi;
3.Təlimdə şüurluluq və fəallıq prinsipi;
4.Təlimdə əyanilik prinsipi;
5.Təlimdə biliklərin möhkəmləndirilməsi prinsipi;
6.Təlimdə yaşauyğunluluq prinsipi;
7.Təlimdə fərdi yanaşma prinsipi;
8.Təlimdə nikbinlik prinsipi;
9.Təlimdə hörmət və tələbkarlıq prinsipi;
10Təlimdə tələblərin vahidliyi prinsipi;
11.Təlimdə sistemlilik və ardıcıllıq prinsipi;
12.Təlimdə fənnlərarası əlaqə prinsipi;
13.Təlimdə demokrativlik və hümanizm prinsipi;
14.Təlimdə kollektivin tərbiyəedici təsirindən səmərəli istifadə prinsipi.
Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir – biri ilə bağlı olan üç amildən asılıdır:nəyi öyrədirlər; Kim və necə öyrədir; Kimi öyrədirlər.
Birincidə, təlimin xarakteri mənimsənilməli olan materialdan, onun məzmunu və sistemindən asılıdır.
İkincisi, təlimin xarakteri, öyrədən adamın – müəllimin şəxsi keyfiyyətlərindən, pedaqoji və metodiki ustalığından asılıdır. Təlimin müasir metodlarından yerli yerində istifadə edə bilməyən müəllim öz vəzifəsinin öhtəsindən lazımınca gələ bilməyəcəkdir.
Üçüncü, təlim prosesi – şagirdin xüsusiyyətlərindən, onun fərdi psixi inkişaf xüsusiyyətlərindən (əqli, emosional, iradi və s.) onda təlimə qarşı necə münasibətin yaradılmasından, onun meyl və maraqlarından, öyrənməyə qabillik imkanlarından asılıdır. Başqa sözlı təlim prosesi şagirdlərin fərdi –psixoloji və yaş xüsusiyyətlərilə sıx bağlıdır.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin