Sərbəst söhbət (mövzu və forma baxımından reqlamentləşməmiş); direktiv söhbət (strategiya və mövzu baxımından reqlamentləşməmiş). Söhbətin keçirilmə taktikası (qaydaları və metodik vasitələri), həmçinin sualların qoyuluşu söhbətin növündən asılı olmayaraq çevik olmalıdır. Bu, kiçik yaşlı uşaqların yaş xüsusiyyətləri ilə bağlı olub, təşkilatı xarakterli çətinliklərin aradan qaldırılması zərurəti ilə bağlıdır. Psixoloq məqsəddən asılı olaraq uşaqla müxtəlif mövzularda söhbətlər apara bilər. Nümunə olaraq bağça yaşlı uşaq haqqında ümumi məlumat əldə etmək, onun ailə tərbiyəsi vəziyyəti ilə bağlı keçirilən söhbətlərin birində qoyulan suallara diqqət yetirək.