Mövzu: Qədim Azərbaycanda xristian dini



Yüklə 219,15 Kb.
səhifə3/3
tarix21.04.2017
ölçüsü219,15 Kb.
#15031
1   2   3

Mövlud bayramı - Məhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunması.

Mövlud ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir.

Tarixçilərin bəzisi Məhəmməd peyğəmbərin "fil ili"ndə - 570, yaxud 571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəl 17-də dünyaya göz açdığını yazırlar.

Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq İslam peyğəmbərinin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə 1981–ci ildə Ayətullah Xomeyninin təklifi ilə[Mənbə göstərin]1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər.

30

Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsiMerac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarının bağışlanmasına dair çoxlu hədislər nəql olunur.



Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır. Bu gecə müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə xoş bir duyğu, sevinc, arxayınlıq hakim kəsilir.

Lakin Mövlud gecəsinin fəlsəfəsi bununla bitmir. Burada məqsəd ondan ibarətdir ki, müsəlmanlar Məhəmməd peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salsınlar, onun yüksək insani keyfiyyətlərindən, əxlaqi dəyərlərindən ibrət götürə bilsinlər.

Qurana görə, Peyğəmbər adi insandır, möminlərə şəfqətli və mərhəmətlidir, yaxşı əməl sahiblərinə cənnətdən müjdə verən, pis əməl sahiblərini cəhənnəm əzabından xəbərdar edəndir, möminlərə onların özlərindən daha yaxındır. Allah onu insanlar arasında seçmiş, özünə rəsul-elçi etmiş, doğru yolu göstərən sonuncu rəhbərlik kitabı Quranla aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Odur ki, Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik". Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir: "Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir". Peyğəmbərə iman gətirməklə, onun dediklərinə əməl etməklə, onu müqəddəs tutmaqla insan böyük savab qazanır, axirətdə yüksək dərəcələrə və əbədi səadətə nail olur.

Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır, onları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.

31

5.Müsəlman nigahı

Nigah gizli şəkildə olmamalıdır. Nigah görünəcək şəkildə olmalıdır. Nigah düşən və düşməyən (yəni evlənməsi yasaq olan) insanlar vardır' müsəlman olmayanlar, yaxın əqrəba, süd qardaşı olanlar. Ata-anası bir olan bacı-qardaş bir-biriylə evlənə bilməz, yaxud ata və ya anaları bir olan bacı-qardaş bir-biriylə evlənə bilməz. Əmi, dayı, xala.ş süd bacı-qardaşlarla da evlənmək olmaz. Sənin anan, başqa birisinin uşağını əmizdirərsə,o zaman onunla süd qardaş sayılırlar. Buna diqqət etməyən kəslər böyük bir günaha batarlar.

Ər-arvad bir-biriylə yaxşı yola getməlidir. Qadınların bəzisi yoldaşlarının gətirdikləri nemətləri xor görərək, üsyan edərlər. Belə hallar insanı cəhənnəmə sürükləyər. Rəsulullah bunun üçün 'Mənə cəhənnəm göstərildi, bir də nə görsəm? Cəhənnəm əhlinin çoxu qadınlardır, onlar söyüş söyürlər" dedi.

Bunu eşidən biri soruşar: 'Ya Rəsulullah!.. Bunlar Allaha söyərlər?'.

Rəsulullah: 'Xeyr, onlar yoldaşlarına qarşı söyüş söyərlər. Birisinə dünya durduqca yaxşılıq etsən, amma bircə dəfə xoşuna gəlməyən bir iş etsən, mən səndən heç bir yaxşılıq görmədim deyər" buyurmuşlardır. Ailə həyatında keçimsiz bir hal ortaya çıxdığı zaman evlilik həyatına son qoyurlar. Buna boşanma deyirlər. Boşanan qadınlar 3 adətgörmə zamanını gözləyərlər. Bu zaman keçmədən evlənməzlər. Nigahda qadınlar 3 xüsusiyyətlərinə görə tərcih edilirlər: varına görə, gözəlliyinə görə, bəziləri də dini yolda olarlar. Daimi din yolu tərcih edilərsə, ən böyük səadət yolu tərcih edilmiş olar. Rəsulullah da ' qadınların ən xeyirlisi dindar qadınlardır ' buyurmuşdur. Rəsulullahın mübarək sözündə də 'Bir qadının nigah və izdivacında 3 şeyə rəğbət göstərirlər: malı, gözəlliyi və dini. Sən dindar olan sahiha qadına rəğbət göstrər' buyurmuşdurlar.

Islamda ailə

İslam dinində, ailənin dəyəri və ya o dəyərlərin nədən ibarət olduğunu araşdırmazdan əvvəl, dinimizin ümumi məqsəd və məramını bilmək son dərəcə zəruridir. Müqəddəs İslam dininin məqsədini, əziz İslam 32

Peyğəmbəri Həzrət Muhəmmədin (s) qızı, dünya qadınlarının xanımı Həzrət Fatimənin (ə) bir kəlamında göstərmək olar:
«Atam (Həzrət Muhəmməd) insanların hidayəti üçün qiyam etdi, onları azğınlıqdan qurtardı, korluqdan çıxarıb bəsirət verdi və onları sağlam bir dinə hidayət etdi. Onlara doğru yolu göstərdi».
İnsanların zülmət, cəhalət içində yaşadığı bir vaxtda, Allah insanları zülmətlərdən nura doğru çıxartmaq üçün insanlar üçün, insanlıq dini olan İslamı seçdi, yəni insanlar üçün kamil qanun, nöqsanı olmayan həyat proqramını – İslam dinini göndərdi. Bu elə bir proqramdır ki, orada həyatın bütün sahələrindən (insanların siyasi, ictimai, iqtisadi, ailə məsələləri və sair sahələrindən) danışılır. Sözsüz ki, bu Kitabı (yəni Quran) açıqlayan, canlı örnəkləri də təyin etmişdir. 

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الآخِرَ وَذَكَرَاللَّهَ كَثِيرًا


«Həqiqətən, Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər (Allahdan və Qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!». («Əhzab» surəsi, ayə 21)

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا


«Həqiqətən, Allah, siz Əhli-beytdən hər cür çirkinliyi və pisliyi uzaqlaşdırıb sizi pak və pakizə etmək istəmişdir». («Əhzab» surəsi, ayə 33)
On dörd məsum o nümunəvi şəxsiyyətlərdəndir.

Yaşadığımız cəmiyyətdə qlobal problemlərdən biri də ailə daxili münasibətlərdə münaqişələrin yaranmasıdır. Xüsusilə qərb ailələrində, qadın kişi münasibətlərinin soyuması, boşanma hallarının artması, övladların düzgün istiqamətdə tərbiyə olunmaması və bu səbəblərdən övladın ata-ananın üzünə ağ olması, narkomaniya, alkoqola qurşanması, müxtəlif neqativ faktorlar aşkar olunur. Sözsüz ki, bu problemlərin yaranmasına səbəb ola biləcək amillər müxtəlifdir. Belə ailələrin daxili və xarici münasibətlərində təlim və tərbiyənin olmaması faktı da meydana çıxır. Həmçinin, belə ailələrdə «Vahid mərkəzdən əmr alma və o əmri icra etmə» prinsipinin olmadığı müşahidə olunur. İslam dinində isə bir olan (Vahid) Allahdan əmr alma və Onun əmrlərinə tabe olub, 33 həmin əmrləri öz həyatlarında (həyatlarının bütün sahələrində) icra etmək göstərişinin mövcud olduğunu müşahidə edirik. İslamda ailə daxili münasibətlərin tənzimlənməsi, ailədə rifah halının yaranması, gözəl övlad tərbiyəsi və s. nəzəri və əməli göstərişlər, insanlar üçün həyat proqramı olan Qurani-Kərimin təzahürüdür.

Sözsüz ki, tarixdə bu İlahi dəyərləri yaşadan ismətli (günah etməyən), insanlar üçün örnək olan şəxsiyyətləri də Allah seçmişdir. (Yuxarıda İslamın məqsədi haqqında danışılarkən onlar haqqında qısaca olaraq qeyd edilmişdir.) Onu da qeyd etmək istərdik ki, o şəxsiyyətlərin «tarixdə olub gedənlər» kimi ifadə olunması yanlışdır. Onlar insanlıq üçün canlı örnəklər olaraq, bizim daim müraciət obyektimiz olmalıdır. Biz həyatımızın hər bir sahəsini onlardan öyrənməliyik. 
Bəziləri fikirləşə bilər ki, «müsəlman ailələrində də bir sıra neqativ hallar yaşanır. Bəs, kamil din olan İslamı qəbul etmiş bu şəxslərin münasibətlərinin pozulmasının səbəbi nədir?» 
Bu tipli sualların müxtəlif cavabları vardır. Müasir İslam cəmiyyətində bəzi ailələr bir tərəfdən qərbə, digər tərəfdən isə cahiliyyətə meyillidirlər. Yəni, ictimai fərd olaraq, qərbə tərəf getmək ilə yanaşı cahiliyyəti də yaşadırlar. Alimlərdən birinin sözləri ilə desək, «Harada cahiliyyət varsa, bizi cəzb edir». Qısası, İslamdan uzaq düşmüş şəxs cahiliyyətə, çərçivəsiz azadlığa meylli olur. Belə bir ictimai tip, cahil ənənələr buxovunda qərbə tərəf üz tutur. 
Sosioloq və İslam mütəfəkkiri Doktor Əli Şəriəti öz çıxışında bildirir ki, «Şərqin nümunəvi simaları var. İlahi simaların arasında isə Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) qızı Həzrət Fatimə (ə) kimi müqayisəyə gəlməz şəxsiyyət vardır. Nəzərə çatdırılası əsas məsələ budur ki, İslamda qadına, elmə, cəmiyyətə, həyat tərzinə, ictimai təbəqələr arasındakı əlaqələrə, dünya görüşünə aid bütün suallara ən müasir və ən yetərli səviyyədə cavab verilmişdir. Sadəcə, bu cavabları araşdırıb ortaya çıxartmaq və əməl etmək qalır». 
«Həzrət Fatimə (ə) sadəcə nümunəvi övlad, ana, həyat yoldaşı olmamış, ictimai həyatda da qadın üçün normalar yaratmışdır. O Xanım (ə) ailədə, cəmiyyətdə, millətin taleyində özünü məsul hesab edən qadın nümunəsidir».  34
Uca Rəbbimiz Qurani-Kərimdə buyurur:
...وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ...

«...Qadınların boynunda kişilərin haqları olduğu kimi, kişilərin boynunda (da) onların bəyənilən hüquqları vardır...» («Bəqərə» surəsi 228-ci ayə).

Həzrət Rəsuləllah (s) buyurub: «Ümmətimin ən yaxşı kişiləri, öz ailəsi ilə xoş rəftar edənlərdir».

«Sizlərdən ən yaxşınız öz ailəsi ilə daha yaxşı rəftar edən kəslərdir və mən sizin hamınızdan çox öz ailəmlə xoş rəftar edirəm». 


Tarixi diqqətlə mütaliə etdikdə, ideal ailə nümunəsini Həzrət Əli (ə) və Həzrət Fatimə (ə) arasındakı ailə münasibətlərində görmək mümkündür. İdeal ailənin bariz nümunəsi bu şəxsiyyətlərdir. 
Seyyid Müctəba Musəvi Lari öz kitabında buyurur: «Ailənin səadəti, ilk növbədə qadınla kişi arasındakı rabitənin və onların birgə yaşayışının necəliyindən asılıdır. Onların rabitələri nə qədər möhkəm olsa, o qədər də ailə xoşbəxtliyi möhkəm olacaq. Ruhi bağlılıq və çətinliklər qarşısında fədakarlıq, həqiqi ailə səadətinin bərqərar olması üçün əsas şərtlərdəndir».
Doktor Əli Şəriəti, «Qadın seminarında», «ərin öz xanımı qarşısında hansı öhdəlikləri vardır?» - sualına cavab olaraq, aşağıdakı amilləri vurğulamışdır: 
1. Ailənin bütün ehtiyaclarını ödəyəcək büdcənin təmini.Yəni, ailənin dolanışıq xərcləri kişinin öhdəsindədir. Kişi qadının bütün şəri və qanuni ehtiyaclarını ödəməlidir. Bu ehtiyaclar sırasında qadının geyimi, yeməyi, məskəni də nəzərdə tutulur. Bütün bu əxlaqi məsələlər nə qədər sadə görünsə də, ailə səadətinin əsasını təmin edir. Bir yazıçı deyir: «Səadət, bir neçə sadə kəlmə üzərində qurulmuşdur».
Unutmamalıyıq ki, klassik ənənələrdəki qadın-kişi münasibətləri, uyğun məsələdə İslamın baxışlarından köklü surətdə fərqlənir.
2. Qadına ehtiram kişinin əsas vəzifələrindəndir.
3. Güzəşt.
4.Kişi qadının yol verdiyi nöqsanlara səbrlə yanaşmalı, yaxşı

35

xüsusiyyətlərinə rəğmən, onu bağışlamağı bacarmalıdır. 4.Öz səliqəsinə diqqət yetirmək. Kişi yalnız evdən çıxarkən bəzənməməlidir. O, ailədə də öz təmizliyinə, səliqəsinə diqqət yetirməlidir.


5. Qadının cinsi ehtiyaclarını ödəmək kişinin vəzifəsidir. Hətta, ibadətlər zamanı ifrata varıb, qadına diqqətsizlik göstərmək olmaz.
6. Kişi qadına qohumlarla görüşmək üçün icazə vermək. Qohumlarla görüş üçün qadına icazə verib, onu azad buraxmalıdır. Qadın, qohumlarına kömək etmək istədiyi zaman, ona imkan verməli və onu ailə çərçivəsində məhdudlaşdırmamalıdır.
7. Qadının dərdinə şərik olmaq.
8. Qadının fərdi mülkiyyət hüququna ehtiram göstərmək. Yalnız İslam dinində qadının bu hüququ qorunur. Belə ki, bütün ehtiyacları əri tərəfindən ödənən qadın, öz mülkünün sahibidir və bu mülkün istifadəsində azaddır.
Qadının da öz əri qarşısında vəzifələri mövcuddur:
1. Ailənin əsas əziyyətini çəkən, ailənin dayağı olan ərin qarşısında təmkinli və dözümlü olmaq.
2. Hər hansı yad adamı evdə qəbul edərkən, ərdən icazə almaq.
3. Ərlə xoş davranmaq.
4. Kişinin çətinliklərində ona yardımçı olub, kasıblığa dözmək və onu ailənin ehtiyaclarını ödəmək üçün qeyri-məqbul yollara vadar etməmək».
İnsanları dünya və axirət səadəti ilə müjdələyən Uca Allah onlar üçün ali qanun təyin etmiş və insanların qurtuluşu yalnız ona tabe olmaqla mümkündür.

36

Ədəbiyyat siyahısı

1.www.azərbaycan.az

2.www.az.wikipedia.org

3.www.virtualkarabakh.az

4.www.dqmk.gov.az

5.www.news.lent.az

6.www.mediainfo.az

7.www.anl.az

8.www.kayzen.az

9.www.namus.az

37

Yüklə 219,15 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin