Mövzu. Reproduktiv sağlamliq problemləRİ qender və demoqrafik problemləR


Müxtəlif ölkələrdə ailə planlaşdırılması proqramları. Kişilərin və qadınların asudə vaxtının



Yüklə 377,05 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix02.01.2022
ölçüsü377,05 Kb.
#2725
1   2   3   4   5
Müxtəlif ölkələrdə ailə planlaşdırılması proqramları. Kişilərin və qadınların asudə vaxtının 

təşkili 

Bütövlükdə, istənilən cəmiyyətdə mövcud olan əhalinin sağlamlıq problemləri iqtisadi, sosial və 

demoqrafik problemlərin geniş spektri ilə  sıx surətdə  əlaqəli olur. Müasir dövrün belə aktual 

problemlərindən biri ailə planlaşdırılmasıdır. Ailələrin planlaşdırılması  və ya ailədaxili uşaq 

doğumunun tənzim edilməsi bu və ya digər ölkənin demoqrafik mənzərəsinə uyğun gəlir.  

Ailənin planlaşdırılması adı altında  ər-arvad (fərd) tərəfindən ailənin tərkibi, xüsusilə orada 

uşaqların sayına dair könüllü qərarların qəbul edilməsi və belə qərarların reallaşdırılmasına səbəb olan 

fəaliyyət başa düşülür. Ailə planlaşdırılmasının mənəvi-etik və hüquqi əsası, yəni  şüurlu valideynlik 

(analıq və ya atalıq) hüququ, daha doğrusu, uşaqların sayının və onların doğulması arasında fasilənin 

özü üçün arzu olunan şəkildə  təyin edilməsi hüququ hər bir ailənin özünə  məxsusdur. Ailə 

planlaşdırılması ailədaxili uşaq doğumunun tənzim edilməsi vasitəsi ilə  həyata keçirilir ki, bu da 

mayalanma, dölün saxlanılması, həmçinin hamiləliyin qarşısının alınması  və dayandırılması ilə bağlı 

olan reproduktiv fəaliyyətə  nəzarət yolu ilə baş verir. Ailə planlaşdırılması  uşaq ölümünün aşağı 

düşməsinə, ana və uşağın sağlamlığının möhkəmlənməsinə, təkrar sonsuzluğun azalmasına səbəb olur.  

Dünyanın bəzi ölkələrində  və beynəlxalq təşkilatların fəaliyyətində ailə planlaşdırılması adı 

altında ailənin planlaşdırılması proqramı başa düşülür ki, bu da bəzən “doğum sayına nəzarət” 

proqramı, daha doğrusu ailələrdə  uşaq doğumunun stimullaşdırılması  və  məhdudlaşdırılmasına 

yönəlmiş tədbirlər kompleksi adlandırılır. 

Ailə planlaşdırılması proqramının həyata keçirilməsi üzrə ilk təcrübə Hindistanla bağlıdır ki, 

burada “iki nəfərə – iki nəfər” sosial şüarı  fəaliyyət göstərir. XX əsrin 70-ci illərin ortalarında bir sıra 

Asiya, Afrika və Latın Amerikası ölkələrində  uşaq doğumunun məhdudlaşdırılması praktikasının 



 

 

aktivləşməsinə  səbəb olan dövlət proqramları  fəaliyyət göstərməyə başladı. Qəbul edilmiş proqramlar 



sanitar maariflənməni və ailə planlaşdırılması praktikası  məsələləri üzrə  məsləhətləşmələri,  əhalinin 

hamiləliyin qarşısını alan vasitələrlə  təminatını, az uşaqlı ailələrin üstünlüyünə dair təbliğatını 

populyarlaşdırır.  

Respublikamızda yaranmış sosial-siyasi şəraiti nəzərə alaraq, bizim ölkəmizdə ailə 

planlaşdırılması proqramlarının özünəməxsus istiqaməti var. Qohumlararası nigah, erkən nigah və 

respublikada demoqrafik situasiyanın digər spesifik xüsusiyyətləri əleyhinə fəal təbliğat aparılır. Qender 

problemlərinin geniş araşdırıldığı ailə planlaşdırılması  mərkəzləri fəaliyyət göstərir. Azərbaycanın 

rayonlarında çox vaxt aydın təzahür edən qender asimmetriyası müşahidə edilir. Azərbaycan Qender 

Assosiasiyası “Simmetriya” tərəfindən aparılan tədqiqatlara istinadən çəkilmiş, selektiv abort və digər 

səciyyəvi xüsusiyyətlərin açıqlandığı “Yeddi oğul və bir qız istərəm” sənədli filmi bu problemə  həsr 

olunmuşdur. 

Biz ailədə və cəmiyyətdə qadınlar və kişilər arasında ahəngdarlığın yaranmasına və əməkdaşlığa 

kömək edən, işdə və ailədə vəzifə bölgüsünü təsdiq edən, sosial təminat proqramını qadın sağlamlığını 

mühafizə etmək məqsədilə ictimai həyatın digər sahələrinə  də uyğunlaşdıran proqramın işlənib 

hazırlanmasını təklif edirik. Azərbaycan Qender Assosiasiyası “Simmetriya”nın fəal üzvlərinin apardığı 

tədqiqatlar, sosioloji sorğular və  əməli tədbirlər sayəsində respublikamızın bölgələrində qadınların 

reproduktiv hüquqları probleminə  həsr olunmuş “Nigah sirləri” adlı  sənədli film mütəxəssislərin 

marağına səbəb olmuşdur.  

Jəmiyyətin təbii mühitə  təzyiqinin miqyasları  bəşəriyyətin artım dinamikası, ETİ dövründə 

məhsuldar qüvvələrin inkişafı, sənaye və  məişət tullantılarının çoxluğu ilə müəyyən olunur. Məsələn, 

əgər 1970-ci ildə çirkləndiricilərin ümumi həcmi 40 mlrd. ton idisə, 2000-ci ildə bu göstərici 100 mlrd. ton 

olmuş, daha doğrusu 2,5 dəfə artmışdır. Bu, iqlim, torpaq, su balansı, atmosfer üçün bərpa olunmaz 

nəticələr yaradır.  

Bu  şəraitdə rekreasiya – əhalinin qüvvə  və sağlamlığının bərpasına yönəlmiş proqramları lehinə 

mülahizələr daha çoxdur. Təbiət insanın mənəvi aləminə böyük təsir göstərir. Təbiət – pozulmuş mənəvi 

tarazlığın bərpası, şəxsiyyətin mənəvi kamilləşməsinin mənbəyidir. Təsadüfi deyil ki, əksər insanlar öz 

istirahətlərini təbiətlə bağlayırlar. Təbiətin insana estetik təsiri – təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin 

bir aspekti olmaqla, təbiətə qayğı ilə yanaşılmanın, onun landşaftlarının gözəlliyinə milli sərvət kimi 

baxmağın, onların təkrarsız özəlliklərini məhv etməməyin və qoruyub saxlamağın zəruriliyini 

şərtləndirir… 

Təbii şərait, praktiki olaraq, əhalinin gündəlik həyatının bütün cəhətlərinə, xüsusilə onun əməyinə, 

istirahətinə  və  məişətinə, insanların sağlamlığına və onların yeni, adət edilməmiş  şəraitə uyğunlaşmaq 

imkanlarına təsir göstərir. Təbii  şəraitin ümumi dəyəri onun insan üçün komfortluluq səviyyəsi ilə 

müyyən olunur. Təbii  şəraitin qiymətləndirilməsi üçün 30-a yaxın parametrdən istifadə edilir (iqlim 

dövrlərinin davamlılığı, temperatur fərqləri, iqlimin rütubətliyi, külək rejimi, infeksion xəstəliklərin təbii 

ocaqlarının mövcudluğu və s.). 

Mədəniyyət sahəsinin və asudə vaxt sferasının inkişafına dair baxışlar, son illər insanların 

həyatında baş vermiş  dəyişikliklərin dinamikasının qiymətləndirilməsi onların öz asudə vaxtlarından 

istifadə etmək spesifikası, mədəni təbəlatlarının müəyyən xarakteri və intensivlik dərəcəsi ilə  sıx 

bağlıdır. Lakin asudə vaxtın təşkilində bəzi ümumi tendensiyalar da mövcuddur. 

İnsanların asudə vaxtlarında tez-tez toplaşdıqları yerlər (teatr, kino-teatr, sərgi zalı, muzey, 

kitabxana, klub və  mədəniyyət evi), asudə vaxta aid olan tədbirlər, insanların kütləvi informasiya 

vasitələrindən istifadəetmə intensivliyi xalqın mədəni simasını müəyyən edir. Dünyanın bir sıra 

ölkələrində keçirilən təntənəli küçə nümayişləri bayram ab-havası yaradır. Bütöv şəhərlər teatr və 

konsert meydanlarına çevrilir. Nəfəsli alətlər orkestrinin çıxışları  və festivallar əhalinin  ənənəvi 

tədbirlərinə aiddir. Bizim respublikamızda da kütləvi bayram tamaşaları keçirilir. Belə ki, Novruz 

bayramında küçələrdə tonqallar qalanır, kütləvi gəzintilər təşkil edilir, bədii özfəaliyyət qruplarının 

çıxışları  və xalq yaradıcılığı yarmarkaları keçirilir. Güləş, kəndirbazlıq və s. kimi milli idman növləri 

əsrlər boyu kişi atributu olmuşdur. Xalq yaradıcılığının xalça, toxunma əşyalar, kulinariya və evdə 

bişirilmiş təamların ən yaxşı nümunələrinin sərgisi təşkil edilir ki, bunlar da, bayramların xüsusi qadın 

atributlarıdır.  



 

 

Mədəniyyət və asudə vaxt sferasında baş verən dəyişikliklərin dəyərinin müəyyən edilməsi və 



əhalinin geniş  təbəqələrində bu sahəyə aid təsəvvürlərin genişlənməsi bu məsələlərin həllolunma 

dərəcəsində mədəniyyətin inkişafının önəmli olmasına təminat verir. Demoqraflar müəyyən etmişlər ki, 

əhalinin maddi tələbatı  və asudə vaxtın keçirilməsi arasında düz mütənasiblik mövcuddur. İnsanların 

təminat səviyyəsi yüksək olduqca, onların öz asudə vaxtlarına yanaşma tələbatları da artır. Asudə vaxtın 

təşkili nəqliyyat vasitələri (avtomobil, yaxta və b.) ilə də bağlıdır. Bu, istirahətin arealını genişləndirməyə 

imkan verir. Müəyyən edilmişdir ki, planetin ən aktiv sakinləri sırasına ispanlar, ingilislər, fransızlar və 

amerikalılar aiddir. Onlar beynəlxalq turizmə üstünlük verirlər ki, bu da dünyagörüşünün əhəmiyyətli 

dərəcədə genişləndirilməsinə imkan yaradır. 

Şəxsi kitabxanaya malik olmaq göstəricisinə görə də əhalini qruplara ayırırlar. Fərdi gəlirinə görə 

fərqlənən qruplarda Ümumdünya İNTERNET  şəbəkəsindən istifadə etmək üçün geniş imkanlar açan 

şəxsi kompüter sahiblərinin payları fərqləndirilir. Müasir şəraitdə insanların mədəniyyət göstəricisinə və 

əhalinin asudə vaxt sferasını  təşkil edən  əsas aspektlərinə, bir qayda olaraq, kütləvi informasiya 

vasitələri – mətbuat, müxtəlif nəşrlər və televiziya da aiddir. Tədqiqatçılar məhz onları boş vaxtlarda 

əhalinin tipik məşğuliyyət növü kimi xarakterizə edirlər. Bütün dünya ölkələrində  əhalinin təqribən 

90%-i asudə vaxtda qəzet və dərgilər oxuyur.  

Bəzi ölkələrdə tez-tez uşaq idmanının, uşaq yaradıcı birliklərinin və maraq dairəsi klublarının 

inkişafına yetərincə diqqət verilməməsinə dair kəskin məsələlər qaldırılır. Azərbaycanda böyüyən nəsli 

geniş maraqlar spektri üzrə birləşdirən uşaq istirahət ocaqları  və asudə vaxt mərkəzlərinin geniş 

şəbəkəsi mövcuddur.  

Reabilitasiya mərkəzlərinin, ailələrə, qadın və uşaqlara sosial kömək mərkəzlərinin yaradılması bu 

gün aktuallıq kəsb edir. Belə psixoloji mərkəzlər ABŞ-da, Qərbi Avropa ölkələrində, Rusiyada fəaliyyət 

göstərir. Bizim ölkəmizdə  də  əhalinin həssas təbəqələrinə, xüsusilə, müxtəlif həyat vəziyyətlərindən 

ziyan çəkən qadın və uşaqlara kömək göstərən psixo-sosioloji xidmət məsləhətxanaları var. 

Bizim fikrimizcə,  şəhərlərin kifayət qədər yaşıllaşdırılmaması, qeyri-sabit ekoloji vəziyyətə dair 

məsələlər də aktualdır. Bu gün ekoloji şəraitlə  əhalinin, o cümlədən qadınların psixokomfort vəziyyəti 

arasında birbaşa asılılıq müəyyən edilmişdir.  İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə ekoloji “təmiz” 

yerlərin böyük hissəsi millətin sağlamlaşdırılmasına və əhalinin iş qabiliyyətinin artmasına yardım edir. 

Azərbaycanda təbiətin mühafizəsi və yaşayış  məntəqələrinin yaşıllaşdırma işi fəal gedir. Ekologiya və 

Təbii Sərvətlər nazirliyinin təşəbbüsü ilə respublikanın bir çox regionlarında, o cümlədən Jənqi və Giləzı 

bölgələrində, həmçinin Qaradağ rayonunun ərazisində 90 mln. ədəddən çox əkin üçün materialı 

basdırılmışdır. Respublikanın paytaxtında park və istirahət zonaları əsaslı şəkildə yenidən qurulmuşdur.  

Mədəni məhsula aşağı  tələbat, mədəniyyət təsisatlarından və asudə vaxtdan istifadə planında 

passivliyin  əsas səbəblərindən biri maddi təminatın aşağı  səviyyəsidir. Mənzil, nəqliyyat, teatr və 

sərgilərə biletlərin qiymətlərinin daim artması  şəraitində insanların  əksər hissəsi mədəni asudə vaxt 

haqqında düşünmək iqtidarında deyildir.  

Maddi təminatın səviyyəsi asudə vaxtdan istifadə etmək yollarını əhəmiyyətli dərəcədə dəyişdirir. 

Maddi təminat səviyyəsinin aşağı düşməsi asudə vaxtın keçirilməsi forması kimi, televiziyaya baxmaq, 

gəzintilərə  çıxmaq,  İNTERNETə müraciət etmək, kompüter oyunlarından istifadə etmək, teatr və 

konseprtlərə getmək, qonaq qəbul etmək (getmək), idmanla məşğul olmaq imkanlarını azaldır. Əhalinin 

maddi təminatının aşağı  səviyyəsi ilə bağlı olaraq asudə vaxt məşğuliyyətləri spektrinin kəskin 

daralması əhəmiyyətli dərəcədə mədəni inkişafı ləngidir.  

Qeyd etmək lazımdır ki, bizim ölkəmizdə  vətəndaşın istirahət hüququ Azərbaycan 

Respublikasının Konstitusiyasında öz əksini tapmışdır.  İşləyənlər üçün, Əmək kodeksinə  əsasən, 8 

saatlıq iş günü, bazar və bayram günlərində haqqı ödənilən məzuniyyət müəyyən edilmişdir.  Əməyin 

təşkili üzrə Beynəlxalq Konvensiyaya uyğun olaraq, Azərbaycan Respublikasında  1994-cü ildən 

“Məzuniyyət haqqında” qanun qəbul edilmişdir. Qanunda, əmək stacına uyğun olaraq uşaqlı qadınlara 

əlavə  məzuniyyətin verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, qanun aylıq  əmək haqqını 

saxlamaqla, sosial məzuniyyətləri də nəzərdən keçirmişdir. 




Yüklə 377,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin