Mövzu Riyaziyyat və psixologiya Plan


Psixoloji tədqiqatın verilənlərinin tipləri



Yüklə 31,53 Kb.
səhifə4/4
tarix13.12.2022
ölçüsü31,53 Kb.
#74298
1   2   3   4
1. Riyaziyyat və psixologiya

1.3. Psixoloji tədqiqatın verilənlərinin tipləri

  1. bir seçim

  2. bir neçə seçim

  3. zaman sırası və ya proses

  4. əlaqəli zaman sıraları

  5. çoxölçülü verilənlər

Tədqiqatın ilkin verilənlərinin tipləri:
1. Bir seçimbir kəmiyyət, nominal və yaxud ranq dəyişəninin eksperimentin, sorğunun və ya müşahidənin gedişində yerinə yetirilmiş ölçmələrinin məcmusu. Bir seçim üçün adətən təsviri statistikanın statistik metodlarından istifadə edilir. Seçim nizamlanmamış və nizamlanmış (strukturlaşmış) ola bilər.
2. Bir neçə seçim - bir neçə kəmiyyət, nominal və yaxud ranq dəyişəninin eksperimentin, sorğunun və ya müşahidənin gedişində yerinə yetirilmiş ölçmələrinin məcmusu. Seçimlər müstəqil (tədqiqatın gedişində bir-birindən asılı olmayaraq əldə edilmişlər) və asılı (müşahidədə yer almış dəyişənlərin verilən qiymətləri bir-biri ilə müəyyən qaydada razılaşdırılırlar) kimi fərqləndirilirlər.
3. Zaman sırası və ya proses – bir dəyikən kəmiyyətin (“əks-sədanın”), digər dəyişkən kəmiyyətin (“parametrin”) bərabər intervallarında ölçülmüş qiymətlərini təmsil edir.
4. Əlaqəli zaman sıraları – bir dəyişənin, müxtəlif nöqtələrdə (obyektlərdə) zaman etibarilə sinxronlaşmış qiymətləri və yaxud bir dəyişənin bir nöqtədə (obyektdə) ölçülmüş qiymətləri;
5. Çoxölçülü verilənlər – statistik təhlil üçün düzbucaqlı matritsa şəklində verilirlər. Bunlar, dəyişən kəmiyyətlərin qiymətlərinin bir neçə obyektdə və ya bir neçə nöqtədə ölçülməsi və yaxud bir obyektə aid olan dəyişən kəmiyyətlərin
qiymətlərinin müxtəlif vaxtlarda və ya müxtəlif vəziyyətlərdə ölçülməsi ola bilər.


Yüklə 31,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin