Psixologiyanın riyaziləşdirilməsi prosesi:
Birinci mərhələ (XIX əsrin sonu - XX əsrin əvvəli) - eksperimental tədqiqatın nəticələrinin təhlili və emalı üçün riyazi metodlardan istifadə edilməsi, sadə qanunların yaranması
İkinci mərhələ (XX əsrin 40-50-ci illəri) – bundan əvvəl işlənib hazırlanmış riyazi aparatdan istifadə edilməsi, psixi proseslərin və insanın davranışının modellərinin yaradılması
Üçüncü mərhələ (XX əsrin 60-cı illərindən hazırkı dövrə kimi) – riyazi psixologiyanın, başlıca məqsədi psixi proseslərin modelləşdirilməsi və psixoloji eksperimentin verilənlərinin təhlili üçün riyazi aparatın işlənib hazırlanması olan müstəqil elmi istiqamətə çevrilməsi
Dördüncü mərhələ (hələ başlanmamışdır, proqnozlaşdırılır). Bu dövr, nəzəri psixologiya dövrüdür.
İkinci mərhələ(XX əsrin 40-50-ci illəri) – mövcud riyazi aparatdan istifadə edilməsi, psixi proseslərin və davranışın modellərinin yaradılması;
Üçüncü mərhələ (XX əsrin 60-cı illərindən indiyə kimi) – riyazi psixologiyanın, başlıca məqsədi psixi proseslərin modelləşdirilməsi və verilənlərinin təhlili üçün riyazi aparatın işlənməsi olan müstəqil elmi istiqamətə çevrilməsi;
Dördüncü mərhələ(hələ başlanmamışdır, proqnozlaşdırılır) - nəzəri psixologiya dövrüdür.
Riyazi psixologiya - nəzəri psixologiyanın, nəzəriyyələrin və modellərin qurulması üçün riyazi aparatdan istifadə edən bölməsidir:
Obyekti - psixi xassələrə malik olan təbii sistemlər; bu sistemlərin psixoloji nəzəriyyələri və riyazi modelləri
Predmeti – psixi xassələrə malik olan sistemlərin adekvat modelləşdirilməsi üçün formal aparatın işlənib hazırlanması və tətbiqi