Mövzu Riyaziyyatın tədrisi metodikası”nın predmeti



Yüklə 16,44 Kb.
səhifə2/2
tarix06.01.2023
ölçüsü16,44 Kb.
#78600
1   2
Mövzu 1

fənn didaktikası’’ anlayışı işlədilir. Güman edirik ki, ümumi didaktika anlayışı ilə yanaşı xüsusi didaktika anlayışının işlənməsi daha məntiqidir. Xüsusi didaktikaya, məsələn, riyaziyyat fənninin tədrisi problemlərini ümumiləşmiş şəkildə əhatə edən riyaziyyatın tədrisi metodikası, fizikanın ayr-ayrı sahələrinin tədrisi məsələlərini əhatə edən fizikanın tədrisi metodikası və s. aiddir. Ümumi didaktika bütün xüsusi didaktikaları ümumiləşdirilmiş şəkildə birləşdirir və onların özəyinə çevrilir, fənlərin tədrisinə vahid mövqedən yanaşılmasına imkan verir. Pedaqogikanın ən inkişaf etmiş sahəsi və özünün dəqiq müəyyənləşdirilmiş tədqiqat mövzusu olan, habelə konkret məsələləri əhatə edən didaktika bir sıra anlayışlara istinad edir: təhsilin məzmunu, təhsil sistemi, təhsil sisteminin prinsipləri, təhsilin məqsədi, təlim, təlimin mahiyyəti, təlimin mərhələləri, təlim prinsipləri, təlim üsulları, təlimin təşkili formaları, təlim vasitələri, müəllim, şagird, dərs, dərsin tipləri, dərsin mərhələləri, təlimdə mənimsəmə, mənimsəməyə nəzarət, müvəffəqiyyətin hesaba alınması, irəliləyişin və geriləmənin qiymətləndirilməsi, bilik, bacarıq, vərdiş və s. Xüsusi didaktikada bu sadalananlar müxtəlif fənlərə uyğun rakursdan xüsusiləşdirilir. Məsələn, riyaziyyatın metodikası riyazi təhsilin məzmunu, məqsədi, öyrənmə üsul, forma, vasitələrindən riyaziyyatın tədrisində istifadə, riyaziyyat dərsləri, riyaziyyat dərslərində işin təşkili formaları, şagirdlərin riyazi bilik, bacarıq vərdişləri, riyaziyyat fənninin məzmun xətləri, məzmun standartları (alt standartları), fəaliyyət xətləri və standartları, riyaziyyatdan məzmun standartlarında ehtiva olunan bilik və fəaliyyət komponentləri və s. Ümumi didaktika ilə xüsusi didaktika (ayrıca götürüldükdə riyaziyyatın tədrisi metodikası) arasında ümumi ilə xüsusinin dialektikası mövcuddur.
Yüklə 16,44 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin