Mövzu Riyaziyyatın tədrisi metodikası”nın predmeti



Yüklə 16,44 Kb.
səhifə1/2
tarix06.01.2023
ölçüsü16,44 Kb.
#78600
  1   2
Mövzu 1


Mövzu 1. Riyaziyyatın tədrisi metodikası”nın predmeti
Riyaziyyatın tədrisi metodikasının predmeti riyaziyyatın təlimi prosesidir. Başqa sözlə, riyaziyyatın tədrisi metodikası bütün tədris mərhələlərində riyaziyyatın təlimi qanunauyğunluqlarını öyrənir. Riyaziyyatın tədrisi metodikası-tədris fənni kimi riya­ziy­yat haqqında və müxtəlif yaş qruplarından olan şagird­lərə riya­ziyyat təlimi prosesinin qanunauyğunluqları haq­qında elmdir.
Ənənəvi olaraq hesab edilir ki, riyaziyyat təlimi me­to­di­kası; kimi öyrədirik? Nə üçün öyrədirik? Nəyi öyrə­dirik? Necə öyrədirik?-suallarına cavab verməlidir. Kimi öyrədirik-sualına cavabda uşaqlara riyaziyyatın element­ləri­nin, riyaziyyatın siste­matik kursunun təliminə, riyaziy­yat təhsilinin ixtisaslaşmasının həyata keçirilməsinə və s. başlanılacaq yaşın bilinməsi nəzərdə tutulur (məktəb, obyekt). Nəyi öyrədirik-sualı riyaziyyat təli­mi­nin məz­mu­n­u­nu (bilik, bacarıq, fəaliyyət üsulları) müəyyən et­məyi tə­ləb edir. Necə öyrətmək-sualının cavabı riyaziyyat təli­mi­­nin metodları, vasitələri, formalarının aşkar edilməsini nə­zər­də tutur. Nəhayət, nə üçün öyrədirik-sualı tədqiqatçıları riyaziy­yat təliminin məqsədlərini aydınlaşdırmağa isti­qa­mət­ləndirir. Söy­lənilənlər artıq təsdiq etməyə imkan verir ki, riyaziyyat təli­mi metodikasının predmeti analoji vəsait­lərdə verilən şərhindən genişdir.
Riyaziyyatın tədrisi metodikasına dair vəsaitlərin ge­niş təhlili üzərində dayanmayaraq qeyd edək ki, müəlliflər riya­ziy­yat təlimi metodikasının predmetinə təlim, təhsil və tərbiyəni daxil edərkən bəzən riyazi təhsilin məzmununun mənim­sənil­məsini vasitələr və metodlar toplusu ilə məh­dud­laşdırmışlar. Mü­əl­liflər təlimi ya müəllim və şagird­lə­rin birgə fəaliyyəti, ya mə­nimsəmə prosesi, ya da idrak fə­aliy­yəti hesab edərək onu müxtəlif mənalarda şərh et­miş­lər.
Riyaziyyat təlimi metodikasının vəzifələri ancaq riya­ziy­ya­tın “verdiyi” mövzuların tədrisi metodları və priyom­larının axtarılması ilə məhdud edilərsə, əlbəttə, onun elm adlandırıl­ma­sı yanlış olardı. Ona görə riyaziyyat təlimi metodikası riyaziy­yat təhsili, təlimi və tərbiyə problem­lərinin tədqiq edilməsi ilə məş­ğul olmalıdır. Bu anlayış­ların məzmunu və qarşılıqlı əla­qə­ləri haqqında müxtəlif fikirlər mövcuddur.
Riyaziyyat təlimi metodikasının predmeti kifayət qə­dər mürəkkəbliyi ilə seçilir. Mürəkkəb hadisənin öyrənil­məsi üçün onu komponentlərinə ayırır və onlar arasındakı əlaqələrin sis­tem­li analizin köməkliyi ilə müəyyən edirlər. Bu əlaqələr isə öy­rənilən hadisənin nəzəriyyəsini əmələ gətirir. Riyaziyyat təli­mi metodikasının predmetini siste­mli analiz əsasında şərh edil­məsi A.M.Pışkaloya məxsus­dur. O, riyaziyyat təliminin məq­sə­di, məzmunu, metodları, formaları və vasitələri çoxluğundan iba­rət sistem təklif et­miş və onu riyaziyyat təliminin metodik sistemi adlan­dır­mış­dır. Lakin müasir şəraitdə A.M.Pışkalonun iş­ləyib ha­zır­ladığı metodik sistem də təhsil, təlim və tərbiyə mə­sələ­lərinə adekvat deyildir.
Qeyd edək ki, ənənəvi model “Dövlət-ictimaiyyət-mək­təb-şagird” sisteminin fəaliyyətdə olduğu şəraitdə ya­ra­dıl­mış­dır. Hazırda isə bu modeldə ardıcıllıq dəyişmiş, şagird, onun in­kişafı ön plana gətirilmişdir. Yeni pedaqoji paradiqmada baş­lı­ca­sı şəxsi oriyentasiya olunan yalnız tə­lim deyil, həm də bütün təh­sildir. Ona görə riyaziyyat tə­limi metodik sisteminin səc­iy­yəsi­ni müəyyən edən əsas müd­dəaya şəxsiyyətin strukturu, onun inkişaf qanuna­uyğun­luğu aid edilməlidir.
Riyaziyyat təlimi metodikasına aid tədris vəsait­lə­rində təd­qiqatın obyekti və predmetini çox vaxt ayırma­mışlar. Elmin obyekti dedikdə öyrənilmə və ya tədqiqat üçün ayrılan varlığın bir hissəsi başa düşülür. Elmin pred­meti obyektin ideallaş­dı­rıl­ması, tədqiqatçının şüurunda onun fikrən inikası kimi özünü gös­tərir. Riyaziyyat təlimi metodikasının obyektini riyaziyyat təh­sili, təlimi və riyazi vasitələrlə tərbiyə təşkil edir. Riyaziyyat təlimi metodi­kası­nın predmetini riyaziyyat təhsilinin məqsəd­lə­ri və məz­mu­nundan, təlimin metodları, vasitələri, formaların­dan, şagirdin fərdiliyindən və təlimin nəticələrindən ibarət olan xü­susi metodik sistem (bu ənənəvi olaraq “riyaziyyat təlimi” adlanır) təşkil edir. Riyaziyyat təlimi metodik sis­teminin fəaliy­yətinə təhsilin məqsədləri, riyaziyyatın elm­də, həyatda, isteh­sa­lat­da, təhsildə yeni ideyalar kimi bir sıra faktorlar təsir göstərir. Bu təsirlərin hamısı xarici mü­hit adlanır. Metodik sistemin kom­ponentlərinin qanuna­uyğun əlaqələri və onun xarici mühiti, onların konstruk­siya üsulları, tədqiqat metodları riyaziyyat tə­limi meto­dikasının metodologiyasını əmələ gətirir. Riyaziyyat tə­limi metodik sistemin xarici mühitinə şəxsiyyətin inkişaf qa­nun­ları, təhsilin ümumi məqsədləri, cəmiyyətin həyat fəaliy­yətində onun rolu, təhsilin humanistləşməsi və hum­ani­tar­laş­ma­sı, riyaziyyatın pred­meti, onun elmdə, həyatda, istehsalatda ye­ri, psixologiya­da, didaktikada, məntiqdə və həyatda tədqi­qat­la­r­ın nəticələri daxildir. Riyaziyyat təlimi məqsədlərinin müəyyən edilməsinə xarici mühitin təsiri daha əhəmiy­yətlidir. Ona görə metodik sistemin aparıcı kom­ponentini riyaziyyat təliminin məq­sədləri təşkil edir.
Riyaziyyat təlimində məsələdən istifadə edilməsi pro­blem­inin obyekti məsələnin həlli prosesi olacaqdır. Gös­tərilən obyektə uyğun metodik sistemə məsələdən istifadə edilməsinin məqsədi, riyazi təhsilin məzmunu (anlayışlar, teoremlər, fəaliy­yət üsulları, evristika) məsələ həllinin ar­dıcıllığı, şagirdlərin fəaliy­yəti, məsələ həllinin formaları da­xildir.
Əgər konkret metodik tədqiqatın obyekti təlim meto­di­ka­sı­nın hər hansı baxışlarını və ya xassələrini ayırırsa, onda bu təd­qiqatın predmeti də riyaziyyat metodikasının predmetinə uy­ğun olacaq və ya əsas metodik sistemin alt çoxluğunu, ya da ayrı-ayrı xassələrini əhatə edəcəkdir. Təd­qiq olunan obyektə adekvat olan metodik sistemə onun fəaliyyət göstərən məq­səd­ləri, məzmunu, vasitələri, me­tod­­ları və formaları daxildir.
Riyaziyyatın tədrisi metodikası elm sahəsinin pedaqogikanın diferensiyasının nəticəsi olduğu aydındır. Bu, “ümumi didaktika”“xüsusi didaktika” anlayışlarının qarşılıqlı səciyyələndirilməsi ilə daha mükəmməl, dürüst interpretasiya oluna bilir. “Ümumi didaktika təlim və təhsil haqqında elm kimi başa düşülür”. Ümumiyyətlə, təlim prosesi didaktikanın tədqiqat obyektidir; ümumi didaktika təlim prosesinin obyektiv qanunauyğunluqlarını, onları şərtləndirən amilləri üzə çıxarmağa çalışır. Söhbət bu və ya digər fənnin, yaxud bir qrup fənnin tədrisi qanunauyğunluqlarından deyil, bütün fənlərin tədrisinə xas olan ümumi qanunauyğunluqlardan gedir. Ümumi didaktika müəyyən etmişdir ki, məsələn, bütün fənlərin tədrisində təkrar olunan səciyyəvi hallar vardır: müəllim və şagird fəaliyyətinin bir-birini şərtləndirməsi; tədris vəzifələrini şagirdlərin başa düşməsinə müəllimin rəhbərliyi; tədris vəzifəsinə uyğun gələn obyektlərin əlamətlərinə aid şagirdlərdə təsəvvürlərin əmələ gəlməsi və bu əsasda anlayışların formalaşdılrılması; təlim zamanı formalaşan anlayışların əməli işə tətbiqi; biliyin tətbiqi zamanı bacarıq və vərdişlərin formalaşması və s.
Ümumi didaktika ilə yanaşı xüsusi didaktika da mövcuddur. Ümumi didaktika ayrı-ayrı fənlərin tədrisi metodikasına , xüsusi didaktikaya əsaslansa da, onlara xas spesifik halları özündə ehtiva etmir. Halbuki, konkret fənni, məsələn, riyaziyyatı və ya bir qrup qohum fənləri (məsələn, riyaziyyatı, fizikanı, informatikanı) tədris edən müəllim üçün iki cəhəti: ümumi didaktikanın müəyyənləşdirdiyi qanunauyğunluqların konkret fənnin tədrisində necə təzahür etdiyini və konkret fənnin tədrisi üçün səciyyəvi olan qanunauyğunluqları bilməsi daha vacibdir.
Bəzi elmi mənbələrdə özünə yer alan mülahizə və şərhlərdə ’’
Yüklə 16,44 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin