-
informasiya axınının artması.
Risklərin köçürülməsi. Fyuçers kontraktlarının və fyuçers bazarının inkişafında
risklərin köçürülməsi mühüm rol oynayır. Fyuçers birjasında bir qayda olaraq hedcerlər
qiymətin səviyyəsinin aşağı düşməsi və yüksəlməsi ilə bağlı risklərin aşağı salınması
üçün fyuçers kontraktlarından istifadə edirlər. Alverçilər də qiymətlərin enib-qalxması
ilə bağlı riskləri əvvəlcədən dəqiq müəyyənləşdirirlər. Onlar mənfəət əldə etmək
məqsədi ilə bu riskləri həyata keçirirlər.
Qiymət riskləri cəmiyyətin iqtisadi həyatının real faktoru hesab edilir. Qiymət
riskləri müstəqil və sərbəst olaraq fəaliyyət göstərir. Bu proseslə bağlı suallar meydana
çıxa bilər. Bu da onunla bağlıdır ki, həmin risklər necə və hansı səviyyədə aradan
qaldırıla bilər? Fyuçers birjaları məhz bu cür mexanizmə malikdir.
Dostları ilə paylaş: