Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Qiymət səviyyəsinin müəyyənləşdirilməsi



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə74/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   70   71   72   73   74   75   76   77   ...   115
C fakepathmuhazire esas (1)

 
Qiymət səviyyəsinin müəyyənləşdirilməsi. Fyuçers qiymətləri belə bir 
mexanizmi özündə əks etdirir ki, kontraktların bağlandığı müddətdə fyuçers 
kontraktlarının əsasını təşkil edən əmtəələr hansı qiymətə təklif edilir. Adətən bazara 
minlərlə iştirakçı daxil olur. Onlar da qiymətin yüksək və aşağı səviyyəsindən asılı 
olaraq alqı və satqı əməliyyatlarını həyata keçirirlər. Praktikada əmtəələrin qiyməti ilə 
bağlı proqnozlar mövcuddur. Fyuçers bazarının iştirakçılarından hər biri nağd pullarla 
fyuçers qiymətləri haqqında öz mövqelərini möhkəmləndirirlər. Fyuçers qiymətləri isə 
daim dəyişir. Qiymətlərin artıb- azalması ilə bağlı informasiyalar bazar iştirakçılarının 
daim diqqət mərkəzində durur. Bunlar isə fyuçers bazarlarının əhəmiyyətli dərəcədə 
həssaslığını göstərir. 
Birjada əmtəələrin pula çevrilmə qabiliyyətinin onun səmərəliliyinin 
yüksəldilməsi. Fyuçers birjaları - ən real pula çevrilmə imkanına malik səhmlər 
bazarıdır. Bu proses zamanı səmərəlilik dövriyyənin surəti və bağlanan fyuçers 
kontraktlarının sadəliyi və təkmilliyi ilə ölçülür. Fyuçers birjaları brokerlər firmasında 
özünəməxsus hesaba malikdir. Burada adətən alqı-satqı əməliyyatlarının aparılması və 
onun pula çevrilməsi üçün sifarişlər verilir, onun yerinə yetirilməsinin təsdiq edilməsi 
ilə bağlı informasiya alınır. Bu proses bütünlükdə iqtisadiyyat üçün olduqca əlverişli 
hesab edilir. Eyni zamanda bu proses istehsalçıların, istehlakçıların və ticarətçilərin 
tərəf müqabilləri axtarması ilə bağlı risklərini sərbəstləşdirir. 


İnformasiya axınının artması. Fyuçers birjasının ən mühüm funksiyası - 
informasiya axınının yaxşılaşdırılmasıdır. Biıjalann və onlann üzvlərinin ticarətin 
həyata keçirilməsində maraqlan yüksək olarsa, bu zaman fyuçers əməliyyatlarının 
aktivliyi də artır. Fyuçers birjalannın fəaliyyətində və fyuçers kontraktlarının 
bağlanmasında ən səmərəli yollardan biri işgüzar informasiyaların toplanması və 
onların geniş şəkildə yayılmasıdır. Brokerlər və birjalar arasında gedən intensiv rəqabət 
məhsul üzrə əlverişli informasiyanın toplanmasını təmin edir. 
Ticarətin həyata keçirildiyi fyuçers birjası adətən əmtəələrin qiymətlərinin 
səviyyəsini müəyyən etmir. Bir qayda olaraq bu qiymətlər bazara daxil olan 
iştirakçıların birgə səyi ilə müəyyənləşdirilir. Fyuçers birjasında istehsalçıları qiymətin 
çox aşağı səviyyədə müəyyənləşdirilməsinə görə tez-tez tənqid edirlər. 
Fyuçers birjası funksiyalarının yerinə yetirilməsindən ötrü aşağıdakı təşkilati-
maliyyə şərtləri təmin edilməlidir: 

əməliyyatların həyata keçirilməsi üçün müvafiq qurğularla təchiz edilmiş 
ərazinin mövcudluğu; 

rabitə və informasiya vasitələrinin mövcudluğu; 

əməliyyatların bağlanmasını təmin edən müvafiq proseduraların 
hazırlanması; 
-fyuçers kontraktlarının maliyyə cəhətdən bütövlüyünü təmin etmək 
üçün səmərəli klirinq sistemi; 

bütün bazar iştirakçıları 
tərəfindən 
əməl ediləcək 
müvafiq 
qanunvericilik aktlarının və qaydalarının hazırlanması; 

əvvəlcədən nəzərdə tutulan fyuçers kontraktları. 
Fyuçers birjasının təşkilində hazırlanmış sxemlər dünya birjasında eyni 
quruluşa malikdir. Əvvəllər olduğu kimi hazırda da birjalar ticarətin təşkili 
baxımından ərazi funksiyalarını yerinə yetirirlər. Həmin ərazidə ticarət iştirakçıları 
adətən bu və ya digər kommersiya əməliyyatlarının bağlanması üçün toplaşırlar. 
Birjaların yarandığı dövrlərdə əməliyyatların bütün mərhələləri birjanın yerləşdiyi 
əsas binada həyata keçirilirdi. Hazırda isə dünyanın bütün aparıcı birjaları 
müştərilərin sifarişlərini toplamaq üçün inkişaf etmiş xidmət strukturuna malikdir. 


Birjaların mərkəzləşmiş xidməti əsas binada fəaliyyət göstərir. Bu cür ümumi 
xidmətlər arasında əməliyyat zalı, broker firmasının baş ofisi, qeydiyyat bürosu, 
informasiya xidməti fəaliyyət göstərir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin