İnformasiya axınının artması. Fyuçers birjasının ən mühüm funksiyası -
informasiya axınının yaxşılaşdırılmasıdır. Biıjalann və
onlann üzvlərinin ticarətin
həyata keçirilməsində maraqlan yüksək olarsa, bu zaman fyuçers əməliyyatlarının
aktivliyi də artır. Fyuçers birjalannın fəaliyyətində və fyuçers kontraktlarının
bağlanmasında ən səmərəli yollardan biri işgüzar informasiyaların toplanması və
onların geniş şəkildə yayılmasıdır. Brokerlər və birjalar arasında gedən intensiv rəqabət
məhsul üzrə əlverişli informasiyanın toplanmasını təmin edir.
Ticarətin həyata keçirildiyi fyuçers birjası adətən əmtəələrin qiymətlərinin
səviyyəsini müəyyən etmir. Bir qayda olaraq bu
qiymətlər bazara daxil olan
iştirakçıların birgə səyi ilə müəyyənləşdirilir. Fyuçers birjasında istehsalçıları qiymətin
çox aşağı səviyyədə müəyyənləşdirilməsinə görə tez-tez tənqid edirlər.
Fyuçers birjası funksiyalarının yerinə yetirilməsindən ötrü aşağıdakı təşkilati-
maliyyə şərtləri təmin edilməlidir:
-
əməliyyatların həyata keçirilməsi üçün müvafiq qurğularla təchiz edilmiş
ərazinin mövcudluğu;
-
rabitə və informasiya vasitələrinin mövcudluğu;
-
əməliyyatların bağlanmasını təmin edən müvafiq proseduraların
hazırlanması;
-fyuçers kontraktlarının maliyyə cəhətdən bütövlüyünü təmin etmək
üçün səmərəli klirinq sistemi;
-
bütün bazar iştirakçıları
tərəfindən
əməl ediləcək
müvafiq
qanunvericilik aktlarının və qaydalarının hazırlanması;
-
əvvəlcədən nəzərdə tutulan fyuçers kontraktları.
Fyuçers birjasının təşkilində hazırlanmış sxemlər dünya birjasında eyni
quruluşa malikdir. Əvvəllər olduğu kimi hazırda da
birjalar ticarətin təşkili
baxımından ərazi funksiyalarını yerinə yetirirlər. Həmin ərazidə ticarət iştirakçıları
adətən bu və ya digər kommersiya əməliyyatlarının bağlanması üçün toplaşırlar.
Birjaların yarandığı dövrlərdə əməliyyatların bütün mərhələləri birjanın yerləşdiyi
əsas binada həyata keçirilirdi. Hazırda isə dünyanın bütün aparıcı birjaları
müştərilərin sifarişlərini toplamaq üçün inkişaf etmiş xidmət strukturuna malikdir.
Birjaların mərkəzləşmiş xidməti əsas binada fəaliyyət göstərir. Bu cür ümumi
xidmətlər arasında əməliyyat zalı, broker firmasının baş ofisi, qeydiyyat bürosu,
informasiya xidməti fəaliyyət göstərir.
Dostları ilə paylaş: