Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə76/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   72   73   74   75   76   77   78   79   ...   115
C fakepathmuhazire esas (1)

Ticarətçilər - onlar adətən əməliyyat zalında fəaliyyət göstərir və birjanın 
birbaşa üzvü hesab edilir. Ticarətçilər bu və ya digər fyuçers kontraktlarının satılıb 
alınması ilə bağlı göstərişləri icra edirlər. Ticarətçilər özlərinin və müştərilərin adından 
müqavilələrini bağlayırlar. Alqı-satqı əməliyyatlarını öz adından bağlayan ticarətçilər 
birjada yerli və ya lokal ticarətçilər adlanır. Müştərilərin hər hansı sifarişlərini yerinə 
yetirməklə kontraktlar bağlayan ticarətçilər birjada brokerlər adlanır. 
Yerli ticarətçilər bazarda iştirak etməklə maksimum mənfəət eldə etməyə 
çalışırlar. Bu isə bazarda alqı-satqı əməliyyatlarının pula çevrilmə qabiliyyətini təmin 
edir. Birjanın əməliyyat zalında hedcerlerin və alverçilərin olmadıqları hallarda 
ticarətçilər bazarı ələ alırlar. Yerli ticarətçilər birjanın əməliyyat zalında olmadığı 
zaman hedcerlər və alverçilər bağlanılmış müqavilələrdə iştirakçı kimi çıxış edirlər. 
Yerli ticarətçilər hedcerlər və alverçilərlə rəqabət aparmırlar. Onlar qiymətin 
bu və ya digər şəkildə qalxıb-enməsindən (qiymət risklərindən) heç bir narahatçılıq 
keçirmirlər. Yerli ticarətçilərin mənfəəti satıcılar və alıcıların təklif etdiyi qiymətlər 
arasındakı fərqdən yaranır. Bu isə bazarda alqı-satqı əməliyyatlarının pula çevrilmə 
qabiliyyətini təmin edir. 
Bazarda fyuçers kontraktları üçün vahid qiymət yoxdur. Birjada kontraktların 
qiymətləri azad bazar qiymətləri əsasında tənzimlənir. Ən aşağı qiyməti alıcılar təklif 


edir. Məhsulun tədarükü zamanı bu qiymət alıcıların mənafeyinə uyğun olur. Ən 
yüksək qiyməti isə satıcılar təklif edir. Məhsulun satılması zamanı bu qiymət səviyyəsi 
satacıların mənafeyinə uyğun olur. Belə qiymətlər arasındakı fərq birja praktikasında 
“spred” adlanır. 
Alverçilər - fyuçers əməliyyatının iştirakçıları hesab edilirlər. Onlar qiymətin 
düzgün proqnozlaşdmlması və mənfəət əldə edilməsi üçün fyuçers ticarətini həyata 
keçirirlər. Alverçilər qiymətin enib-qalxması və qiymət tərəddüdləri ilə bağlı edilən 
risklər hesabına mənfəət əldə edirlər. 
Alverçilərin mənfəəti qiymət səviyyəsinin dəyişməsindən əldə edilir. Onların 
məqsədi - məhsulu aşağı qiymətə alıb onu yüksək qiymətə satmaqdan ibarətdir. 
Alverçilərin bir hissəsi əməliyyatları ticarət zalında aparırlar. Onların əksəriyyəti 
broker firmasının müştəriləri kimi fəaliyyət göstərirlər. 
Bu baxımdan aşağıdakılara diqqət yetirək: 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin