gəlirlərin mülkiyyətçiləri mövcuddur. Bunları isə (cəmiyyətlər və assosiasiyalar)
kollektiv yaradır. Birjanın əməliyyatlarını Qərbi Avropa ölkələrində fiziki və hüquqi
şəxslər, ayrı-ayrı vətəndaşlar və təşkilatlar, spesifik formada ticarət mənfəəti əldə
edən - komissiyonlar, birja və broker yığıncaqları formalaşdırır.
Birjanın mülkiyyəti (hüquqi şəxs kimi) aşağıdakılardan ibarətdir:
-əmlak və əmanətlər. Nizamnamə kapitalı miqdarında birja üzvləri tərəfindən
verilir;
- birjaların fəaliyyət müddətində birja üzvləri tərəfindən yaradılan məhsul və
xidmətlər;
-birja üzvlərinin üzvlük haqqları, əməliyyatdan toplanan gəlirlər,
xidmətlərin
göstərilməsinə görə haqlar, qaydaların pozulmasına
görə cərimələr;
- öz hesabına əldə edilmiş sair əmlak.
Birjanın rəhbər orqanları. Fyuçers birjasının
əksəriyyəti - öz üzvləri
vasitəsi ilə idarə olunan korporasiyadan ibarətdir. Birja rəhbərliyi inzibati idarəetmə
sistemini həyata keçirir.
Yuxarı ali orqan - birja üzvlərinin ümumi yığıncağı hesab edilir. Birja
üzvlərinin ümumi yığıncağı qanunverici orqan hesab edilir. Birjanın
direktorlar
şurasının sədri müstəqil olaraq seçilir. Direktorlar şurası daha çox icra funksiyasını
yerinə yetirirlər. Direktorlar şurasının üzvləri dörd kateqoriyanı özündə əks etdirir:
- real əmtəənin ticarətçiləri;
- birjanın ixtisaslaşmış seksiyasında brokerlər;
- komissiyon evləri;
- mətbuatla əlaqə.
Birja siyasətini direktorlar şurası tərəfindən yaradılan birja komitəsi həyata
keçirir. Birja komitəsi
rekomendasiyalar verir, direktorlar şurasına kömək edir,
həmçinin birjanın formalaşması üçün konkret vəzifələr yerinə yetirirlər.
Birjalarda cari idarəetmə orqanlarının vəzifələrini icraiyyə komitəsi həyata
keçirir. Birjanın İcraiyyə Komitəsinə prezident rəhbərlik edir. Prezident direktorlar
şurası tərəfindən təyin edilir. İdarəetmə personalından
əlavə hər bir birja öz işçi
ştatına malikdir. Birjanın muzdlu personalı heç bir ticarət və səsvermə hüququna
malik deyildir. Personalın say tərkibi və onun vəzifələri direktorlar şurası tərəfindən
müəyyənləşdirilir.
Birjanın normal fəaliyyəti üçün komitələrin fəaliyyəti mühüm əhəmiyyətə
malikdir. Əsas birja komitəsinə aşağıdakılar aid edilir:
-yeni üzvlərin
qəbul edilməsi üzrə komitə;
-arbitraj komitəsi;
-işgüzar etika komitəsi;
-müşahidəçi komitə;
-nəzarət komitəsi;
-yeni məhsullar üzrə fəaliyyət göstərən komitə;
-rinq komitəsi;
-kontrakt komitəsi;
-balanslaşdırma komitəsi;
Dostları ilə paylaş: