Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Sahibkarın hüquq və qanuni mənafelərinin dövlət tərəfindən müdafiəsi



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə66/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   62   63   64   65   66   67   68   69   ...   115
C fakepathmuhazire esas (1)

Sahibkarın hüquq və qanuni mənafelərinin dövlət tərəfindən müdafiəsi 
1. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən 
sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. 
2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xarici dövlətlərin 
ərazisindəki sahibkarlıq fəaliyyəti sahəsində hüquq və mənafelərinin müdafiəsinə 
Azərbaycan dövləti təminat verir. 
3. Sahibkarlıq fəaliyyətinin yoxlanılmasını həyata keçirən orqanlar, onların hüquq 
və səlahiyyətləri qanunvericilik aktları ilə müəyyənləşdirilir. 
4. Sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər qurumların
yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində, habelə sahibkar barəsində 
qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar, qurumlar və ya vəzifəli 
şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o 
cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş 
qaydada həmin orqanlar, qurumlar və vəzifəli şəxslər ödəməlidirlər.


5. Qanunda nəzərdə tutulan hallar istisna edilməklə sahibkarın əmlakı 
toxunulmazdır. 
Dövlət ehtiyacları tələb etdikdə sahibkarın əmlakı yalnız Azərbaycan 
Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə onun bazar 
dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər.
Sahibkarlıq fəaliyyətinə nəzarət
1. Sahibkarlıq 
fəaliyyətinə nəzarət həmin 
fəaliyyətin 
səmərəli 
həyata 
keçirilməsinə maneələr yaratmamalıdır. Nəzarəti həyata keçirmək hüququna yalnız 
qanun əsasında bu hüquqlar verilmiş orqan və qurumlar malikdir.
Vergi, antiinhisar, sanitariya, ekologiya və s. orqanların (qurumların) yoxlamaları 
yalnız onların səlahiyyətlərinə müvafiq surətdə həyata keçirilir.
2. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən sahibkarlıq fəaliyyətinin 
yoxlanılması qaydası pozulduğu halda sahibkara dəyən zərərin ödənilməsi məbləğinə 
yoxlamaya bilavasitə cəlb olunmuş işçilərin yoxlama müddətindəki əmək haqqı, 
yoxlama ilə bağlı istehsalın məcburi dayandırılması müddətində işçilərin əmək haqqı 
və əldən çıxmış gəlirlərin əvəzi daxil edilməlidir. 
3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və 
aparılması qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və 
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə müəyyən edilir.

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin