bölünürlər.
Tam səlahiyyətli üzvlər. Amerika qanunvericiliyinə görə tam səlahiyyətli üzvlər
birjanın əməliyyat zalında və ixtisaslaşmış seksiyasında iştirak etmək hüququna
malikdirlər. Onlar yalnız hüquqi şəxslər
(xüsusi şəxslər) ola bilər. Tam səlahiyyətli
üzvlərin sayı broker yerlərinin sayı ilə məhdudlaşır.
Birjada hər bir yer bir nəfər üçündür.
Şirkətlər, kooperativlər, yoldaşlıq
cəmiyyətləri və kooperasiyalar müəyyən üstünlüklər
əldə etmək üçün birjalarda
qeydiyyatdan keçirlər.
Tam səlahiyyətli olmayan və ya assosiasiya olunmuş üzvlər. Bu
kateqoriyadan olan üzvlərə yalnız müəyyən əmtəələrlə ticarət etmək hüququna malik
brokerlər və dilerlər aid edilir.
Maraqlar və mənafelər üzrə xüsusi üzvlər. Brokerlərin ixtisaslaşmış
seksiyalarında iştirak etmək istəyənlər etibar olunmuş brokerlər vasitəsilə ticarət
üstünlükləri əldə edirlər. Ticarət əməliyyatlarında praktiki olaraq birjalar iştirak edə
bilərlər.
Dostları ilə paylaş: