Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə56/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   52   53   54   55   56   57   58   59   ...   115
C fakepathmuhazire esas (1)

İntizam məsuliyyəti dövlət tərəfindən qəbul edilmiş qanunvericiliyə uyğun 
olaraq həyata keçirilir. Texniki təhlükəsizlik, habelə epidemioloji qaydaların 
pozulmasına görə məsuliyyət daşıyan şəxslər öz vəzifələrindən azad edilirlər. 
Vəzifəli şəxslər həmçinin əmək qanunvericiliyinin, o cümlədən əmək mühafizəsi 
qaydalannın pozulmasına görə də cərimələr formasında məsuliyyət daşıyırlar. 
Kollektiv müqavilələr və razılaşmalar haqqında qanuna müvafiq olaraq kollektiv 
müqaviləsinin layihəsinin hazırlanması ilə əlaqədar kollektiv danışıqların 
aparılması 
qaydalarının pozulmasına, zəruri informasiyaların təqdim 
edilməməsinə, kollektiv müqavilələrin yerinə yetirilməməsinə görə müəssisə, 
təşkilat və sahibkarları təmsil edən şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulur 
və bu məhkəmə qaydasında həll edilir. 
Bundan əlavə vətəndaşlann əmək hüquqlarına qarşı edilən haqsızlıqlar üçün 
cinayət məsuliyyəti nəzərdə tutulur. 
Vəzifəli şəxslərin məsuliyyəti müəssisəyə dəyən zərərin ödənilməsi, 
həmçinin işçilərin qanunsuz olaraq işdən azad edilməsi və başq|a işə keçirildiyi 
hallarda onun öz əvvəlki vəzifəsinə qaytarılması ilə bağlıdır. 
6. Müəssisənin əmlakı ilə bağlı mülkiyyətçilər 


qarşısında məsuliyyət 
Sahibkarlıq fəaliyyəti ilə bağlı prosesdə istifadə olunan əmlakın 
mülkiyyətçiləri və əmlakın mülkiyyətçiləri olmayanlar iştirak edirlər. Sahibkarlar 
fəaliyyətini öz təsərrüfat hüquqları əsasında həyata keçirmirsə, onda 0 mülkiyyətçi 
hesab edilmir. Sahibkarlı fəaliyyətini həyala keçirən müəssisələr onların 
sərəncamına verilmiş əmlakdan istifadəyə görə geniş hüquqlara malik olur. 
Araşdırmalar göstərir ki, bu münasibətlər bir çox dövlət və bələdiyyə 
müəssisələri üçün xarakterikdir. Bu zaman dövlət orqanları (nazirliklər, yerli 
inzibati orqanlar) zəruri miqdarda əsas və dövriyyə vəsaitlərinə malik olur və 
müəyyən məhdudiyyətlər nəzərə alınmaqla sərəncamında olan əsas vəsaitlərin 
hərəkətinə nəzarət edirlər. 
Təsərrüfat hüquqları qaydasında öz əmlakını digər sahibkara vermiş 
mülkiyyətçi müəssisənin nizamnaməsinə uyğun olaraq öz əmlakından istifadə 
etmədiyinə görə mənfəətin müəyyən hissəsini əldə etmək hüququna malikdir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin