Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə64/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   60   61   62   63   64   65   66   67   ...   115
C fakepathmuhazire esas (1)

Dövlətin 
tənzimləmə 
fəaliyyətinin 
səmərəliliyini 
iki 
cəhətdən 
qiymətləndirmək olar. Bunlardan biri onun milli mənafelərin ifadəçisi və sosial-
iqtisadi proseslərin tənzimləyicisi, digəri isə bazarın ən böyük mülkiyyətçisi və 
subyekti kimi çıxış etməsidir. Bunların hər birində müxtəlif qiymətləndirmə 
meyarlarından istifadə olunur. Bu meyarlara nəticə etibarilə əhalinin rifahının 
yüksəlməsinə imkan verən məhsuldar qüvvələrin inkişafı, fikrimizi bir qədər də 
konkretləşdirsək istehsalda tənəzzülün baş verməsi (iqtisadi artımın olmaması), 
iqtisadiyyatın və sosial proseslərin idarə olunmasının nəzarətdən çıxması aiddir. 
Səmərəlilik meyarlarına həmçinin istehsalın səmərəliliyinin yüksəlməsi (əmək 
məhsuldarlıgının yüksəlməsi, ehtiyatlara qənaət edilməsi və i.a.) aid edilir. Son 
dövrlərdə iqtisadi təhlükəsizliyin, xüsusilə də onun təmin olunması ilə əlaqədar 
dövlətin öz vəzifələrini yerinə yetirməsinin vacibliyinin artması da buraya aid edilir. 
Bunları nəzərə almaqla, dövlət tərəfindən tənzimlənmənin səmərəliliyini aşağıdakı 
əsas meyarlardan istifadə etməklə qiymətləndirmək olar: 
-proqnozlaşdırılan göstəricilərlə faktiki göstəricilərin müqayisə edilməsi; 
-beynəlxalq müqayisədən istifadə olunması; 
-ölkənin iqtisadi təhlükəsizliyinə qiymət vermək üçün faktiki və optimal həddin 
müqayisə edilməsi. 
4.Azərbaycan Respublikasında sahibkarlığın inkişafı üçün həyata 
keçirilən addımlar 
Dərin iqtisadi, sosial və siyasi dəyişikliklər dövründə dövlətin rolu xüsusilə 
böyükdür. Bu sözlər hazırda möhtəşəm quruculuq işlərinin getdiyi ölkəmizə də 
aiddir. Azərbaycan cəmiyyətində inzibati-amirlik sistemindən qalmış idarəetmə 


qaydalarının tədricən aradan qaldırıldığı, bütün sahələrdə yeniləşmə prosesinin 
getdiyi, dünyanın üzünə açıq olan iqtisadiyyat yaradıldığı müasir dövrdə dövlətimiz 
əzəmətli, geniş miqyaslı və əhatəli vəzifələri və məsul işləri yerinə yetirir. Bu 
sahədə ayrı-ayrı ölkələrin təcrübəsinin, onun müsbət və mənfi cəhətlərinin 
öyrənilməsi məqsədəuyğun olardı. Belə olduqda ölkə öz iqtisadiyyatını malik 
olduğu imkanlara uyğun inkişaf etdirir, dünya birliyində layiqli yer tutur, xalqın 
həyat səviyyəsinin yüksəldilməsi sahəsində böyük nailiyyətlər qazanır. 
Beləliklə, bütün bunlar belə bir fikir söyləməyə əsas verir ki, cəmiyyətdə 
gedən iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsi zəruridir və bunun heç bir 
sübuta ehtiyacı yoxdur. 
Azərbaycan dövlətinin uzunmüddətli sosial-iqtisadi siyasətinin məqsədi 
əhalinin həyat səviyyəsini tədricən yüksəltməkdən, sosial bərabərsizliyi 
azaltmaqdan, ölkənin müstəqilliyini və mədəni dəyərlərini qoruyub saxlamaqdan, 
dünya birliyində onun özünün layiqli yerini tutması üçün tədbirlər görməkdən 
ibarətdir. Siyasətin məqsədi dövlətin fəaliyyətinin əsasında duran vəzifələrə, iqtisadi 
subyektlərin və ictimai təşkilatların mənafelərinə, hər bir adamın gündəlik arzularına 
uyğun gəlməlidir. 
Cəmiyyətimizdə Azərbaycan xalqının ənənələrinə və müasir dövrün tələblərinə 
cavab verən sərbəstlik, məsuliyyət, inam kimi dəyərlər sistemi yeniləşdirilməli, 
dövlətlə vətəndaşlar, bizneslə vətəndaşlar, hakimiyyətlə biznes arasında etibarlı və 
qarşılıqlı münasibətlər formalaşdırılmalıdır. Bunlara uyğun olaraq ölkənin sosial-
iqtisadi inkişafının tənzimlənməsinin təmin edilməsi üçün dövlətin funksiyalarının 
prioritetləri müəyyənləşdirilməlidir. 
 
Ölkəmizdə bazar münasibətləri şəraitində qarşıda duran ən mühüm vəzifə 
səmərəli fəaliyyət göstərən bacarıqlı mülkiyətçilərin formalaşdırılmasından 
ibarətdir. Bu, indi də prioritet sahə olaraq qalır. Bu isə o deməkdir ki, mülkiyyətin 
strukturu, özəlləşdirmə, inhisarçılığın aradan qaldırılması tənzimləmə obyektləri 
kimi daim dövlətin diqqət mərkəzində olmalıdır. 
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasinin qanununda 
sahibkarliğin dövlət tərəfindən tənzimlənməsi aşağıdakıları nəzərdə tutur. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin