Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Dövlət tənzimləməsinin obyektləri və subyektləri



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə63/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   59   60   61   62   63   64   65   66   ...   115
C fakepathmuhazire esas (1)

3.Dövlət tənzimləməsinin obyektləri və subyektləri. 
 
İqtisadiyyatın dövlət tərəfindən tənzimlənən obyektlərinə sahələr, regionlar, 
iqtisadi və sosial proseslər və s. daxildir. Başqa sözlə, dövlət tərəfindən tənzimlənən 


obyektlər dedikdə, milli iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi üçün dövlətin 
tənzimləyici fəaliyyətinin hansı məqsədlərə istiqamətləndirilməsi nəzərdə tutulur. 
Bunlara isə aşağıdakılar aiddir: iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial 
strukturu; iqtisadi tsikl; məşğulluq; əhalinin həyat səviyyəsi; təhsil və kadrların 
hazırlanması; pul tədavülü; ETTKI və investisiyalar; tədiyə balansı; sosial sahə və 
əmək münasibətləri; əhalinin sosial müdafiəsi; ətraf mühitin mühafizəsi; qiymətlərin 
tənzimlənməsi, antiinflyasiya prosesləri; iqtisadiyyatın dövlət bölməsi; malliyyə 
ehtiyatları və büdcələrarası münasibətlər; dövlət əmlakının özəlləşdirilməsi, 
inhisarçılığın aradan qaldırılması; iqtisadiyyatın müxtəlif sahələrində mülkiyyətin 
formaları; xarici iqtisadi fəaliyyət və s.
 
Dövlət tənzimləməsinin subyektlərinə qanunverici, icraedici hakimiyyət, 
habelə məhkəmə orqanları daxildir. Bu, ölkəmizdə Milli Məclisdən, hökumətdən, 
(Nazirlər Kabineti), Azərbaycan Respublikasının Prezidentindən, Konstitusiya 
məhkəməsindən, habelə regional hakimiyyət orqanlarından ibarətdir. 
Qarışıq iqtisadiyyat şəraitində dövlət tərəfindən tənzimlənən obyektlərdə baş 
verən dəyişikliklər yeni subyektlərin meydana gəlməsi ilə müşayiət olunur. XX 
əsrin 60-cı illərinədək qarışıq iqtisadiyyat şəraitində tənzimləmənin əsas subyekti 
milli dövlətlər olmuşlar. Sənayecə inkişaf etmiş qabaqcıl ölkələrin informasiya 
cəmiyyətinə keçdikləri müasir dövrdə milli dövlətlərdən asılı olmayan transmilli 
korporasiyalar dövlət tənzimləməsində çox mühüm rol oynamağa başlamışlar. Belə 
ki, transmilli korporasiyalar dünya sənaye məhsullarının təqribən 50%-ə, xarici 
ticarətin 63%-ə, yeni texnikaya verilən patent, texnologiya və noy-haunun 4/5 
hissəsinə nəzarət edirlər. Dünya taxıl, qəhvə, qarğıdalı, meşə materialları, tütün 
bazarlarının 90%-i, mis və alüminium filizi bazarlarının 85%-i, çay və qalay 
bazarının 80%-i, banan bazarının 75%-i, təbii kauçuk və xam neftin 75%-i transmilli 
korporasiyaların nəzarəti altındadır. 
Dünyada iqtisadi hakimyyətin çox böyük hissəsini öz əllərində cəmləşdirən 
təqribən 500 transmilli korporasiya vardır. Iri transmilli korporasiyaların gücünü 
(ümumi daxili məhsul göstəricisi) hər hansı bir orta dövlətin səviyyəsi ilə müqayisə 
etmək olar. Bu, onlara başqa ölkələrə öz iradələrini diktə etməyə imkan verir. 


Məsələn, ABŞ-ın «General motors» korporasiyasının satdığı məhsulların dəyəri 
İsveç, Avstriya və İsveçrənin birlikdə istehsal etdikləri ümumi daxili məhsuldan 
çoxdur. Məsələyə tənzimləmə nöqteyi-nəzərindən yanaşıldıqda, qeyd etmək 
lazımdır ki, korporasiyaların daxilində qiymətlər bazar tərəfindən deyil, onların 
strategiyalarına uyğun olaraq özləri tərəfindən müəyyən olunduğuna görə bu, azad 
bazar qanunlarına tam uyğun gəlmir. 
Transmilli korporasiyaların «xüsusi çəkisi»ni nəzərə aldıqda məlum olur ki, 
dünya iqtisadiyyatının 50%-i sərbəst bazar şəraitində, 50%-i isə planlı sistemdə 
«fəaliyyət» göstərir. Bu sahədə iqtisadi sistemlərin konvergensiyasına keçid nəzərdə 
tutulmuşdur. Burada məqsəd plan və bazar münasibətlərini əlaqələndirməkdən 
ibarətdir. Transmilli kapital dövlətin daxili bazarın tənzimlənməsi sahəsində səy-
lərini heçə endirə və istədiyi vaxt hər hansı bir dövlətin maliyyə bazarlarını «zəbt» 
edə bilər. Bu isə belə bir fikir söyləməyə imkan verir ki, dövlət iri transmilli 
korporasiyaların işinə geniş miqyaslı müdaxilə etmək iqtidarında deyildir. 
Beynəlxalq Valyuta Fondu (BVF), Dünya bankı, Ümumdünya ticarət təşkilatı və 
sairələr də tənzimləmə subyektləridir. Bu təşkilatlar kredit verərkən qarşıya müəyyən 
şərtlər qoyur və dövlət, istər iqtisadi, istərsə də siyasi sahədə onlarla hesablaşmağa 
məcbur olur. 
Dövlət tənzimləməsinin beynəlxalq təsisatları rolunda çıxış edən bir qrup ölkə 
milli iqtisadiyyatların tənzimlənməsinin ümumi məqsədi ilə kifayətlənmir, həm də 
tənzimlənmənin ümumi mexanizmindən istifadə edirlər. Məsələn, Avropa İttifaqına 
daxil olan ölkələrin böyük əksəriyyətində vahid valyuta kimi avrodan istifadə 
olunmaqla, bəzi sahələrdə vahid vergi dərəcələri tətbiq edilir. 
Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi bəzi ölkələrin iqtisadi 
gücü bir sıra amillərlə müəyyən olunur. Məsələn, keçən əsrin 90-cı illərində bir barrel 
neftin qiyməti 8-9 dollara bərabər olmuşdur. Bu dövrdə inkişaf etməkdə olan 
ölkələrdə bütün əmtəəlik xammalların qiymətləri kəskin surətdə aşağı düşmüş, inkişaf 
etmiş ölkələrdə isə elmtutumlu əmtəələrin qiymətləri 1,5 dəfə yüksəlmişdir. Odur ki, 
ABŞ 8 il (1992-2000-ci illər) ərzində öz iqtisadiyyatının inflyasiyasız inkişafına 
demək olar ki, dünyanın digər ölkələrinin təbii ehtiyatlarından «pulsuz» istifadə 


etməsi sayəsində nail olmuşdur. Digər inkişaf etmiş ölkələrdə də bu yoldan istifadə 
edilmişdir. Dolların hamı tərəfindən ümumi tədiyyə vasitəsi kimi qəbul olunması, ona 
etibar edilməsi bütün dünyada ABŞ üçün çox böyük üstünlüklər yaradır. Dolların 
emissiyasına nəzarət etmək imkanı ABŞ-ın iqtisadi gücünün əsaslarından biridir. 
Bunun nəticəsidir ki, ABŞ ən yüksək «iqtisadi azadlıq indeksi»nə malikdir və bazarda 
gedən proseslərə ən az müdaxilə edən ölkələr sırasına başçılıq edir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin