Araşdırmalar göstərir ki, motivləşdirmə təsirləri vasitəsi ilə müəyyən qüvvə
sərf etməklə işçilərdə məqsədyönlü fəaliyyət göstərmək fikri oyatmaq olar. Effektiv
işin təşkilinin ayrılmaz hissəsi məsələlərin yerinə yetirilməsinə
nəzarət sisteminin
qurulmasıdır. Nəzarət alınan nəticələrinin planlaşdırılmışlarla müqayisəsindən, tələb
olunmuş göstəricilərdən, xüsusən mənfi, həmçinin
onlann səbəblərinin
aydınlaşdırılmasından və lazımi düzəlişlərin vaxtı-vaxtında qəbulundan ibarətdir.
Müəssisənin işinin təşkili üzrə prosedurların və fəaliyyətlərin ümumi sxemi
şəkil 12.3-də göstərilir.
Şəkil 12.3. Müəssisənin işinin təşkili
Müəssisələrin qoyuluşu və fəaliyyət planının təyin
edilməsi
Vəzifələrin bölüşdürülməsi
Fəaliyyətin koordinasiyası, istehsalın hərəkətə gətirilməsi
İstehsalın təşkili və məhsulun satışı
Ödəniş sisteminin işlənməsi və əməyin stimullaşdırılması
Məsələlərin
yerinə yetirilməsinə nəzarət, nəticələrin
qiymətləndirilməsi və nöqsanların aşkarlanması
Əks əlaqələrin təmini və fəaliyyətlərin düzəlişi