3. Xidmət sferasmda sahibkarlığın istiqamətləri. Sahibkarliq fəaliyyətinin həyata keçirildiyi ən iri sahələrdən biri xidmət sferasidir. Faktiki olaraq sahibkarliq fəaliyyətinin istehsal sferasmdan kənarda fəaliyyət göstərən növləri xidmət sferasmm payma düşür. Həm də ölkə iqtisadiyyati nə qədər inkişaf etmiş olarsa, burada bazar münasibətləri nə qədər əhatəli olarsa, xidmət sferasmda fəaliyyət göstərən sahibkarliq növləri bir o qədər çox, onlarm göstərdiyi xidmətlərin səviyyəsi bir o qədər geniş, keyfiyyəti isə bir o qədər yüksək olar. inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, son dövrlərdə xidmət sferasmda həyata keçirilən sahibkarliğin rolu xeyli yüksəlmişdir. Konkret ola raq bu özünü xidmət sahələrində çalişanlarm sayinin xeyli artmasmda, istehsal və qeyri-istehsal təyinatli xidmətlərin yeni formalarmin meydana gəlməsində, ənənəvi xidmət növlərinin keyfiyyətinin xeyli yüksəlməsində və s. tapir.
Bu deyilənlər son dövrlərdə daha sürətlə inkişaf edən və daha perspektivli olan istehsal təyinatli xidmət növlərinə aiddir ki, buraya da hesablama- mühasibat xidmətləri, kompaniyalarm maliyyə hesabatmm hazirlanmasi, firmalar üçün kadrlarm tapilmasi və onlarm peşə hazirliğmm həyata keçirilməsi, tikilməli olan obyektlərin texniki iqtisadi cəhətdən əsaslandirilmasi, istehsalin müxtəlif sahələri üzrə əməli məsləhətlərin verilməsi, laboratoriya tədqiqatlarmm və marketinq xidmətinin həyata keçirilməsi və s. daxildir. Yeri gəlmişkən qeyd edək ki, bu gün ABŞ kompaniyalarmm 85 faizi istehsalla bağli müxtəlif səpkili məsləhət xidmətinə müraciət edirlər.
Son dövrlərdə qeyri-istehsal təyinatli olub, bilavasitə əhaliyə yönəlmiş xidmət sahibkarliği avtoservis sistemində, sürətli xidmət göstərən ictimai iaşə sahəsində daha sürətlə inkişaf etmişdir. Göstərilənlərlə yanaşi, paltarlarm təmiri, ev işlərinin görülməsində kömək edilməsi, fərdi təhlükəsizlik sistemlərinin quraşdirilmasi və onlara nəzarət edilməsi, habelə, əyləncə xidmətləri, təmir emalatxanalari, fərdi xidmətlər (bərbərxana, fotostudiya), nəqliyyat xidməti, təhsil, səhiyyə və hüquq xidmətləri bu növ sahibkarliq fəaliyyətinin əsas istiqamətlərindəndir.
Xidmət sferasmda sahibkarlığın əsas təşkilati - hüquqi formalarmdan biri kimi çixiş edərək informasiya xidmətini həyata keçirən agentliklər və şirkətlər bazar iqtisadiyyati ölkələrində mühüm əhəmiyyət kəsb edirlər, onlarm məhsulu olan informasiya isə əmtəə statusu daşiyir və yəni bazar obyekti kimi çixiş edir. Bəzi iqtisadçilarm fikrincə, informasiya bazari müasir dövrdə digər bütün bazarlara nisbətən daha mühüm əhəmiyyət kəsb edir, belə ki, mədəni və səmərəli sahibkarliq daha sağlam və əlverişli informasiya mühitində - informasiyalaşmiş bazar cəmiyyətində mümkündür.
Məsələnin bu cür qoyuluşu, fikrimizcə, təsadüfi deyildir. «Bazar münasibətlərinin müasir inkişaf mərhələsində informasiya xidməti yüksək səviyyədə olmasa, sosial - iqtisadi inkişafin heç bir sahəsində uğur qazanmaq mümkün deyildir» . Deyilənlər tam mənasmda ilk növbədə sahibkarliq sferasma aiddir. Belə ki, bu gün dünya ölkələrində kəskin rəqabət və qeyri - müəyyənlik şəraitində işgüzar fəaliyyətlə bağli atilmiş hər bir addimm, qəbul edilmiş hər bir qərarm əsasmda iqtisadi informasiya dayanir. Sahibkarliq üçün bu işgüzar xarakterli informasiyanm dairəsinə: istehsalçilar və istehlakçilar, rəqib və tərəf - müqabil bazar subyektləri (firmalar, müəssisələr, iri korporasiyalar) haqqmda, bazarm infrastruktur elementləri (birjalar, audit, reklam, siğorta, lizinq və s.) haqqmda, iqtisadi resurslarm xarakteri, qiyməti, göndərənləri və onlari bazara çixaranlar haqqmda, əmtəə bazarinm vəziyyəti və rəqabət şəraiti haqqmda, qanunvericilik, iqtisadi və siyasi vəziyyət və onlarm dəyişmə meyli haqqmda və s. informasiyalar aiddirlər.
Hazirda dünyada çoxlu sayda məlumat bankina girişi olan 1000-ə yaxm iri informasiya xidməti fəaliyyət göstərir ki, bunun da 30 faizi iqtisadi, maliyyə və kommersiya sahəsinə aiddir. Informasiyanm əsas subyektləri kimi sahibkarlarm birlik və ittifaqlari, ticarət - sənaye palatasi, analitik təcrübə orqanlari, bazar infrastrukturlari, məlumat banklari, mərkəzləri çixiş edirlər.
Hazirda inkişaf etmiş ölkələrdə işgüzar informasiyanm əldə edilməsi və mübadiləsi müasir elektron kommunikasiya və kompüter sistemindən istifadə edilməklə həyata keçirilir.
işgüzar sahibkarliq üçün zəruri olan informasiyanm həm yayilmasi, həm də əldə edilməsi sahəsində bir sira çətinliklər mövcuddur. Bir sira hallarda informasiya şəbəkəsində sahibkarlara lazim olan iqtisadi məlumatlar mövcud olsa da, lakin sahibkarlarm çoxu onlari maraqlandiran işgüzar informasiyanm mövcudluğundan xəbərsiz olurlar. Deməli, bu çətinliyi aradan qaldirmaq üçün informasiya şirkətləri sahibkarlar arasmda həmin istiqamətdə geniş təbliğat işi aparir, öz fəaliyyət istiqamətləri və malik olduqlari informasiyalar haqqmda geniş reklamlar verirlər.
Zəruri olan informasiyanm əldə edilməsi üzrə olan digər çətinlik onun qiyməti ilə bağlidir. iş ondadir ki, hər bir əmtəə kimi, işgüzar informasiyanm da öz qiyməti vardir və bir sira hallarda məhz bu səbəbdən onu əldə etməyə imkan olmur. Bir çox ölkələrdə bu problemin həlli üçün dövlət sahibkarlara, xüsusən kiçik və orta sahibkarliq subyektlərinə onlarm fəaliyyətinin əsasən ilk dövrlərində (2-3 il ərzində) xüsusi güzəştlər verir.
Təcrübə göstərir ki, hazirda xidmət sferasmda mövcud olan sahibkarliğin daha geniş yayilmiş digər növləri kimi kommersiya sahibkarliği (kommersiya, ticarət xidmətləri), maliyyə sahibkarliği (maliyyə - bank xidmətləri) və konsultativ sahibkarliq çixiş edirlər.