Mövzu Sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri. Plan


Konsultativ sakhibkarliq və onu reallaşdirma üsullari



Yüklə 31,17 Kb.
səhifə7/7
tarix01.05.2023
ölçüsü31,17 Kb.
#105374
1   2   3   4   5   6   7
8. Konsultativ sakhibkarliq və onu reallaşdirma üsullari.
Əvvəlcə göstərildiyi kimi, hazirki dövrdə sahibkarliğm əsas növlərindən biri də konsultativ sahibkarliqdir. Konsultativ sahibkarliq dedikdə («konsultant» sözü latmca məsləhət verən deməkdir) biznesin hər hansi bir növü ilə məşğul olan iqtisadi subyektə onun konkret sahəsi üzrə ödənişli əsaslarla ixtisaslaşmiş məsləhət verə bilən mütəxəssis xidməti başa düşülür. Qərbin sahibkarliq fəaliyyətində bu cür ödənişli məsləhət konsaltinq adlamr.
Baxmayaraq ki, ilk məsləhət xidmətləri hələ 100 ildən də çox bir müddətdə yaranmişdir, lakin son 15-20 ildə bir tərəfdən biznes fəaliyyətində qeyri müəyyənliyin, çətinliyin və riskin səviyyəsinin yüksəlməsi, digər tərəfindən isə təsərrüfat subyektləri arasmda rəqabətin güclənməsi ilə əlaqədar olaraq dünyada məsləhət xidmətlərinə tələbat xeyli artmişdir. Məhz bu səbəbdəndir ki, hazirda konsultativ sahibkarliq dünyada biznesin ən səmərəli və inkişaf edən növünə çevrilmişdir. Belə ki, ABŞ -da bu sahədə 700 mindən çox insan çalişir, məsləhət xidmətinin illik həcmi isə təqribən 50 mlrd. dollar təşkil edir .
Konsaltinq xidmətləri həm birdəfəlik şifahi məsləhət, həm də özünə aşağidakilari mərhələləri daxil edən layihə formasmda həyata keçirilə bilər.
- problemin üzə çixarilmasi;
- layihənin (problemin həlli yollarmin) işlənib hazirlanmasi;
- layihənin reallaşdirilmasi.
Konsaltinqin daha geniş yayilmiş, növləri kimi isə ekspert xidməti, proseslə bağli məsləhət və öyrədici xidmət çixiş edirlər. Ekspert xidməti konsaltinqin ən passiv xidmətidir. Burada məsləhətçi şəxs sifarişçi tərəfin ona təqdim etdiyi zəruri materiallar və informasiya əsasmda müstəqil şəkildə vəziyyəti qiymətləndirir, problemin həlli yollarim müəyyənləşdirir, onlarm tətbiqi üzrə tövsiyələr verir.
Proseslə bağli məsləhət zamani mütəxəssislər layihənin hazirlanmasmm bütün məsləhətlərində müştəri ilə fəal təmasda olur, onu öz ideyalarmi və təkliflərini söyləməyə sövq edir. Öyrədici xidmət zamani isə mütəxəssislərin əsas vəzifəsi ideyalarm yaranmasi və problemin həlli yollarimn müəyyən edilməsi ilə bağli şəraitin yaradilmasidir. Bu məqsədlə onlar müştəri üçün mühazirə və seminarlar keçirir, dərs vəsaitləri hazirlayir, bununla da bütün zəruri və nəzəri - praktiki informasiyani onlara çatdirirlar.
Praktikada konsaltinq xidmətinin qeyd edilmiş üç formasmdan hər biri təklikdə deyil, yalniz bir yerdə fəaliyyət göstərirlər.
Konsaltinq xidmətinin xüsusilə kiçik və orta olçülü müəssisələr tərəfindən daha çox müraciət edilən formasi audit məsləhətləridir.
Təsərrüfat subyektlərində müqavilə əsasmda maliyyə - təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazili rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq maliyyə - təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir .
Göründüyü kimi, audit xidmətinin subyektləri - sərbəst auditlər və audit şirkətləri başlica olaraq işgüzar fəaliyyətin bütün formalari ilə məşğul olan sahibkarliq subyektlərinə məsləhət xidmətini həyata keçirirlər. Konkret olaraq, bu xidmət növü özünü sahibkarliq subyektlərinin fəaliyyətinin nəticələrində maraqli olan bütün tərəflərin mənafelərinin qorunmasi üçün səriştəli və qərəzsiz yoxlamalarm keçirilməsi və bu barədə müvafiq rəyin verilməsi şəklində əks etdirir. Sahibkarliq subyektlərinə məxsus olan müəssisələrin təsərrüfat fəaliyyətinin müstəqil təhlili kimi çixiş edən audit onun bütövlükdə iqtisadi vəziyyətini, deməli tədiyyə qabiliyyətini qiymətləndirməyə imkan verir.
Sahibkarliq subyektlərinin sifarişləri əsasmda həyata keçirilən audit xidməti nəticəsində onlara öz müəssisələrinin işini daha düzgün və səmərəli qurmaq üzrə əsaslandirilmiş məsləhət və təkliflər verilir. Bu sahədə audit şirkətlərinin gördüyü işlərə iqtisadi resurslarma olan tələbatm öyrənilməsi, maliyyə vəziyyətinin yaxşilaşdirilmasi, iqtisadi fəaliyyətin qanunvericiliyə uyğun şəkildə qurulmasi, maliyyə və mühasibat sənədlərində yol verilmiş səhvlərin aradan qaldirilmasi, məhsulun maya dəyərinin aşaği salmmasi, işçilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə əməli tövsiyyələrin verilməsi və s. daxildir.
işgüzar fəaliyyətə cəlb edilmiş tərəflər arasmda hər hansi bir səbəbdən fikir və mənafe ayriliği yaranan hallarda da müstəqil nəzarət funksiyasmi həyata keçirmək məqsədi ilə auditə zərurət yaramr. Buna misal olaraq səhmdar cəmiyyətinin fəaliyyəti ilə bağli olaraq onun idarə edilməsi ilə bilavasitə məşğul olanlarla /idarə heyəti və ya menecerlərlə/, bu səhmdar cəmiyyətinin səhmdarlari arasmda yaranmiş fikir ayriliği zamani audit xidməti tərəfindən sifariş əsasmda aparilan yoxlamalari göstərmək olar.
Yüklə 31,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin