Nisbi əksəriyyət majoritar sistemi ən sadə seçki sistemi olub, mahiyyətinə görə deputatlığa namizədlərdən digər namizədlərə nisbətən verilmiş səslərin daha çox hissəsini toplamış namizədin mandat qazanmasını göstərir. Başqa sözlə, nisbi əksəriyyət sisteminin tətbiq olunduğu ölkələrdə digər namizədlərə nisbətən çox səs toplamış şəxs nümayəndəli orqanın tərkibinə seçilmiş sayılır. Dünya dövlətlərindən 43 – də nisbi əksəriyyət majoritar sistemindən istifadə olunur. nisbi əksəriyyət majoritar sistemində seçkilərdə seçicilərin iştirakı üçün minimum hədd təyin edilmir. Yəni seçkinin baş tutması üçün ən azı bir seçicinin belə səs verməyə gəlməsi kifayət edir. Maraqlı burasıdır ki, əgər konkret dairədən yalnız bir şəxs deputatlığa namizəd kimi irəli sürülmüşdürsə, seçkidə hətta bir nəfər – namizəd özü bülə iştirak edərək öz lehinə səs versə, o seçilmiş hesab olunur.
Qeyd etmək lazımdır ki, cəmiyyət tərəfindən tanınmış, seçicilərin inandığı və etibar etdiyi, intellektual imkanlarına görə xalqa xeyir verə biləcək ayrı – ayrı şəxslərin nümayəndəli orqanın tərkibinə və ya seçkili vəzifələrə müstəqil seçilə bilməsi üçün majoritar nisbi əksəriyyət sistemi gözəl imkan yaradır. Sağlam düşüncəli, orta intellektual səviyyəli cəmiyyətlərdə nisbi əksəriyyət majoritar sisteminin tətbiqi baxımından heç bir problem yoxdur. Xalq demokratik şəraitdə yalnız özü inandığı və etibat etdiyi bir namizədə səs verir və onu bu və ya başqa orqana seçir.
Majoritar seçki sisteminin digər bir forması olan mütləq əksəriyyət sistemi deputatlığa namizədin seçilməsi üçün ümumi səslərin mütləq əksəriyyətinin toplanması, yəni seçicilərin ən azı 50% +1 – nin səsin toplanmasını tələb edir.
Qeyd etmək lazimdir ki, bu sistem nisbi əksəriyyət sisteminə nisbətən daha möhkəm tləbkarliği ilə fərqlənir. Əgər nisbi əksəriyyət sistemində baş tutmasi üçün namizədin digər namizədə nisbətən çox səs toplamasindan söhbət gedirsə, mütləq əksəriyyət sistemində bu prinsip əsas götürülə bilməz. Belə ki, nisbi əksəriyyət sistemində bir seçicinin səs verməsi ilə seçkilər baş tutmuş hesab olunurdusa, mütləq əksəriyyət sistemində seçkilərin baş tutmasi üçün seçkilərdə seçicilərin iştirakinin minimal həddiən riayət olunmalidir. Əgər minimum həddə seçicilərin iştiraki qeydə alinmamişdirsa, seçkilər baş tutmamiş sayilir. Minimum hədd qeydə alinmiş seçicilərin ümumi sayinin yarisina və ya yarisindan az sayda seçicilərin sayina bərabər ola bilər. Birinci halda əgər minimum həddə qeydə alinmiş seçicilərin yarisina bərabərdirsə, verilmiş ümumi səslərin mütləq əksəriyyəti minimum hüquqi seçki korpusunun 25% +1 – lə ifadə olunur.
Majoritar mütləq əksəriyyət sisteminin tətbiqi zamani bir qayda olaraq birmandatli seçki dairələri təşkil olunur. Bu halda seçilmək üçün seçicilərin mütləq əksəriyyətinin səsini toplamaq lazim gəlir.
Majoritar şərtləndirilmiş əksəriyyət sistemi majoritar nisbi əksəriyyət və mütləq əksəriyyət sisteminə nisbətən daha az tətbiq olunur. Çünki şərtləndirilmiş əksəriyyət sistemində seçkilərin lazimi nəticələr verməsi daha çətinləşir. Şərtləndirilmiş əksəriyyət majoritar sisteminə uyğun olaraq namizədlərdən təsdiq olunmuş əksəriyyətdə səsləri toplaya biləniseçilmiş hesab olunur. Şərtləndirilmiş əksəriyyət majoritar sistemində seçicilərin 65% - nin, 2/3 – nün, ¾ - nün, 60% - nin səsini toplamasi tələbi qoyula bilər.
Proporsional sistemin tətbiqində məqsəd seçicilərin səslərinə uyğun olaraq mandatlarin proporsional əsaslarla partiyalar arasinda mütənasib bölüşdürülür. Proporsional seçki sistemi çoxmandatli seçki dairləri üzrə tətbiq olunur.