Düzdür, uşaqlar, bu şer “Azərbaycan” adlanır və onu Səməd Vurğun yazıb.
Uşaqlar, siz bu şeirlə 6 – cı sinifdə tanis olmuşsunuz. Gəlin, bu şeirin bəndlərindən kimin yadında qalıbsa danışın, biz də qulaq asaq.
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...
Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.
Sıra dağlar, gen dərələr,
Ürək açan mənzərələr...
Ceyran qaçar, cüyür mələr,
Nə çoxdur oylağın sənin!
Aranın, yaylağın sənin.
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.