Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Avadanlığın ekstensiv yüklənməsi əmsalı (K



Yüklə 0,95 Mb.
səhifə35/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   31   32   33   34   35   36   37   38   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Avadanlığın ekstensiv yüklənməsi əmsalı (Kekst) ondan vaxta görə istifadə səviyyəsini xarakterizə edir və eynitipli avadanlığın hər bir qrupu üzrə aşağıdakı düsturla müəyyən olunur:

Burada, Ff.v - avadanlığın faktiki iş vaxtı, saatla;
Fn - avadanlıqdan mümkün istifadə vaxtıdır (rejim plan və ya həqiqi
vaxt fondu), saatla.
Avadanlıqdan istifadənin digər mühüm göstəricilərindən bir də növbəlilik əmsalıdır. Avadanlığın işinin faktiki növbəlililk əmsalı gün (sutka) ərzində müəssisənin, sexin avadanlıqları tərəfindən işlənmiş dəzgah-növbələrin sayının qurulmış avadanlıqların sayına nisbəti kimi müəyyən edilir:

Burada, h1, h2, h3 - I, II, III növbələrdə faktiki işlənmiş dəzgah növbələrin sayı;
Sü - müəssisədə, sexdə qurulmuş avadanlıqların ümumi miqdarıdır.
Növbəlilik əmsalı avadanlıqlardan gücə görə istifadə səviyyəsi haqqında təsəvvür yarada bilmir. Bütün növbə boyu işləyən avadanlığın texniki gücündən necə istifadə edilməsini növbəlilik əmsalı ilə öyrənmək mümkün deyil, çünki həmin göstərici avadanlığın yalnız vaxtından istifadəni xarakterizə edir. Belə bir çatışmamazlığa baxmayaraq, növbəlilik əmsalının vaxtaşırı hesablanması və təhlili avadanlıqlardan vaxta görə istifadə prosesini idarə etmək üçün çox vacibdir.
Maşın və avadanlığın güclərinə və məhsuldarlığına görə istifadə səviyyəsi intensiv istifadə əmsalı (Kint) adlanan xüsusi (texniki) göstərici iiə xarakterizə olunur ki, bu da aşağıdakı düsturla hesablanır:

Burada, tvn - məhsul (iş) vahidi üçün texniki cəhətdən əsaslandırılmış vaxt
norması;
tf - məhsul (iş) vahidinin hazırlanması üçün faktiki sərf olunmuş
vaxtdır.
Vaxta və gücə görə maşın və avadanlıqdan istifadənin inteqral əmsalı (Ku) yuxarıda hesablanmış iki əmsalın - Kint və Kekst-nin hasili kimi tapılır:

İnteqral əmsalının yüksəldilməsi bütün istehsal prosesini əhatə edən tədbirlər kompleksi: qabaqcıl texnologiyanın tətbiqi, texnoloji proseslərin intensivləşdirilməsi; avadanlığın planlı boş dayanmasının azaldılması və plandankənar boşdayanmaların aradan qaldırılması; avadanlığın qeyri-məhsuldar işinin ləğv edilməsi; xammal və materialın keyfiyyətinin yaxşılaşdırılması və s. ilə təmin edilir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin