Buna görə də fondverimi göstəricisinin xalis məhsul əsasında hesablanması daha məqsədəuyğundur. Bundan başqa, fondverimi səviyyəsinin əməyin fondla silahlılığı (istehsal heyətinin hər nəfərinə düşən əsas fondların dəyəri) və əmək məhsuldarlığının (istehsal heyətinin hər nəfərinə düşən məhsulun dəyəri) artması nisbəti, məhsulun maya dəyərinin azalması və onun keyfiyyətinin yaxşılaşması, mənfəətin və rentabelliyin artması ilə müşayiət olunmalıdır.
Fondverimi göstəricisinin fondtutumu, əmək məhsuldarlığı və əməyin fondla silahlılığı ilə birlikdə öyrənilməsi və təhlili əsas fondlardan istifadə haqqında daha geniş təsəvvür yaradır.Çünki əməyin fondla silahlılığı, əmək məhsuldarlığı və məhsulun fondtutumu arasında müəyyən qarşılıqlı asılılıq vardır. Başqa şərtlər eyni qaldıqda həmin göstəricilərdən ikisinin dəyişməsi üçüncünün dəyişmə istiqamətini və kəmiyyətini müəyyən edir.
Əmək məhsuldarlığı, əməyin fondla silahlılığı və fondverimi arasındakı asılılığı aşağıdakı kimi ifadə etmək olar:
Əm=
Burada, Əm - əmək məhsudarhğı;
Fs - əməyin fondla silahlılığı;
İ - fəhlələrin sayı;
V - məhsulun həcmi.
Əgər əmək məhsuldarlığı fəaliyyətin nəticəsidirsə, səmərəsidirsə, əməyin fondla silahlılığı nəticənin əlaqədar olduğu xərcdir; onların müqayisəsi isə səmərəlilikdir. Həmin müqayisə vasitəsilə fondverimini aşağıdakı kimi müəyyən etmək olar:
Deməli, yuxarıda qeyd edildiyi kimi, fondveriminin artması əmək məhsuldarlığı ilə əməyin fondla silahlılığının nisbətindən asılıdır: əmək məhsuldarlılığının əməyin fondla silahlılığına nisbətən üstünlüklə artması əsas fondlardan istifadə səviyyəsir (fondverimini) yüksəldir.
İstehsal əsas fondlarından, daha doğrusu, onun aktiv hissəsi olan istehsal avadanlıqlarından istifadə edilməsinin səmərəliliyini xarakterizə edən xüsusi (texniki) göstəricilər müxtəlif amillərdən, məsələn, vaxtdan, gücdən (vaxt vahidinə), təzələnmə dərəcəsindən və s. asılı olaraq əsas fondlardan istifadə səviyyəsini xarakterizə edir.