Mövzu: Səpmə yüklərin fiziki-mexaniki xassələri



Yüklə 118,18 Kb.
səhifə2/3
tarix14.05.2023
ölçüsü118,18 Kb.
#113447
1   2   3
Laboratoriya işi-3 Səpmə yüklərin fiziki-mexaniki xassələri

Daxili sürtünmə əmsalı materialdakı təzyiqdən və hissəciklər arasındakı ilişmə qüvvəsindən asılıdır. Həddi toxunan gərginliklərin (τ) normal sıxılma gərginliyindən (σ) asılılq qrafiki şəkil 1.1-də göstərilmişdir. Gərginliklər diaqramındakı ac düz xəttin absis oxu ilə əmələ gətirdiyi bucaq sürtünmə bucağı (γ), bu bucağın tangesi – daxili sürtünmə əmsalı adlanır.

Şəkil 1.1. Həddi toxunan gərginliyin normal sıxılma gərginliyindən asılılıq qrafiki

γσ yerdəyişməyə müqavimət bucağı adlanır və bu bucaq toxunan gərginlik artdıqca artır. τ0 parçası başlanğıc yerdəyişmə müqavimətinə uyğun gələrək, hissəciklərin bir-biri ilə ilişmə qüvvəsini xarakterizə edir. Başlanğıc yerdəyişməyə müqavimət hissəcikkərin ölçüsündən, formasından, kipləşmə dərəcəsindən və materialın nəmliyindən asılıdır.


Yükün masili səthi ilə üfoqo müstəvilərin arasındakı bucağa səpmə yükün təbii maillik bucağı deyilir (φ) (bax şək 1.4). Bu bucağın qiyməti hissəciklərin iriliyindən və materialın nəmliyindən asılıdır. Bu bucaq konveyerin sükunət φ və hərəkət φh halı üçün fərqlənir.Adətən φ>φh götürmək məsləhət görülür, əks halda hissəciklərə əlavə dinamik qüvvələr təsir edir. Hesablama işlərində φh≈0,7φ qəbul olunur. Yaxşı səpmə qabiliyyətinə malik olan yüklər üçün φ≈γ qəbul oluna bilər.
Konveyerin maksimal maillik bucağını qəbul edərkən səpmə yükün polada ( p), ağaca ( a) və rezinə ( r) xarici sürtünmə əmsalını da bilmək lazımdır. Bu əmsalları daxili sürtünmə əmsalından asılı olararaq aşağıdakı kimi qəbul etmək məsləhət görülür p≈0,75 , a≈0,85 , r≈0,8 .
Xarici sürtünmə əmsalı da səpmə yükün təbii maillik bucağı kimi sükunətdə və hərəkətdə bir-birindən fərqlənir. Odur ki, hərəkət zamanı sürtünmə əmsalını sükunət halından 30% kiçik götürmək məsləhət görülür.

Yüklə 118,18 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin