Abrazivlik dedikdə materialın işçi orqanın səyhini cızma qabiliyyəti başa düşülür. Səpmə yüklər abrazivlik dərəcəsinə görə dörd qrupa bölünürlər:
A – abraziv olmayan (təbaşir, ağac kəpəyi, torf);
B – az abraziv (kömür, əhəng daşı, çınqıl);
C – orta abraziv (sement, qum, torpaq);
D – yüksək abraziv (qırmadaş, filiz, kül).
Abrazivlik dərəcəsi materialın hissəciklərinin bərkliyindən, forma və ölçülərindən asılı olub, nəqletmə üsulunu və işçi orqanın konstruksiyasını seçərkən nəzərə alınır.
Səpmə sıxlığından, təbii maillik bucağından, xarici sürtünmə əmsalından və abrazivlik dərəcəsindən asılı olaraq bəzi yüklərin xarakteristikaları cədvəl 1.1-də verilmişdir.
Yük
|
Yükün sükunətdə təbii maillik bucağl, dər.
|
Səpmə sıxlığı ρ t/m3
|
Daxili sürtünmə əmsalı,f
|
Sürtünmə səthlərinin materialı
|
Xarici sürtünmə əmsalı
|
Abrazivlik dərəcəsi
|
Tozşəkilli apati
|
45
|
1,58.....1,7
|
0,6.....0,65
|
Polad
Ağac
Rezin
Beton
|
0,58
0,60
0,63
0,55
|
C
|
Gips
|
40
|
0,81.....1,6
|
0,58.....0,82
|
Polad
|
0,61....0,78
|
B
|
Gil torpaq
|
50
|
0,9.......1,7
|
0,54.......0,56
|
Polad
Ağac
Rezin
Beton
|
0,42.....0,54
0,45.....0,53
0,46.....0,48
0,5
|
B
|
Çınqıl
|
30-45
|
1,5.....2
|
0,49........1,0
|
Polad
|
0,58.....1,0
|
B
|
Qəlib torpağı
|
30-40
|
0,84.....2
|
0,57......0,73
|
Polad
|
0,46.....0,71
|
C
|
Kül
|
40-50
|
0,4....0,9
|
0,58.....0,73
|
Polad
|
0,6.....0,85
|
D
|
Əhəng
|
45
|
1.19.....2
|
0,57.....1,26
|
Ağac
|
0,7
|
B
|
Koks
|
35-50
|
0,36....0,53
|
0,52......1,19
|
Polad
|
0,47.....0,53
|
D
|
Un
|
50-55
|
0,45....0,7
|
0,57....1,16
|
Polad
|
0,49.....0,65
|
A
|
Ağac kəpəyi
|
40
|
0,16.....0,3
|
0,6......1,5
|
Polad
|
0,39.....0,83
|
A
|
Qum
|
45
|
1,23....1,9
|
0,57.....0,84
|
Rezin
Beton
|
0,46....0,56
0,58....0,84
|
C
|
Xörək duzu
|
45
|
0,72....1,85
|
0,57....1,2
|
Rezin
|
0,63
|
D
|
Torf
|
32-45
|
0,29.....0,8
|
0,62....1,19
|
Polad
Ağac
|
0,45....0,75
0,35.....0,8
|
A
|
Daş kömür
|
35-40
|
0,6....0,95
|
0,51....1,0
|
Polad
Ağac
Rezin
Beton
|
0,29....0,84
0,84....1,0
0,55....0,7
0,5....0,9
|
B
|
Sement
|
40
|
0,9....1,6
|
0,5....0,84
|
Polad
Ağac
Rezin
Beton
|
0,3....0,65
0,3....0,4
0,64
0,58
|
C
|
Şlak
|
35-50
|
0,6....1,0
|
0,56....1,19
|
Polad
Ağac
Rezin
|
0,4....1,19
0,3
0,46....0,6
|
C
|
Cədvəl 1.1
Yükün səpmə sıxlığını təyin etmək üçün həcmi 1ℓ olan ölçü qabından 1 istifadə olunur (şək. 1.2).
Ölçü qabı yan tərəfdən mil 3 vasitəsilə gövdə ilə əlaqələndirilmiş dönən çərçivə 2 ilə təchiz edilmişdir. Yük ölçü qabına çərçivənin üst tərəfindən tam doldurulur. Sonra çərçivə döndərilir və ölçü qabındakı artıq dolmuş material çərçivə tərəfindən sıyrılır. Ölçü qabında qalmış material çəkilərək onun səpmə sıxlığı aşağıdakı düstur vasitəsi ilə təyin olunur:
[t/m3]
burada Gy – qabdakı yüklərin kütləsi, kq; Vq – qabın həcmidir, ℓ (dm3).
Daxili və xarici sürtünmə əmsallarını təyin etmək üçün şəkil 1.3-də göstərilmiş qurğudan istifadə edilir. Qurğu səpmə yük üçün nəzərdə tutulmuş qutudan 1, çərçivənin sürüşməsinə qarşı müqaviməti dəf etmək üçün qüvvə yaradan çəki daşlarından 4, yükləri asmaq üçün blok 2 və kəndirdən 3, çərçivədən 5 və normal qüvvə yaradan çəki daşlarından ibarətdir. Qutuya səpmə yük tökülür. Sonra kəndirin ucunda yerləşdirilmiş çəki daşlarının yaratdığı F qüvvəsinin köməyi ilə səpmə yük və dəyişilən metallik çəki daşlarına birlikdə yerdəyişmə verilir. Çəki daşlarının 6 (N qüvvəsini) dəyişməklə çərçivəni hərəkətə gətirən qüvvəni T təyin edirlər.
Yükün təbii maillik bucağını təyin etmək üçün isə şəkil 1.4-də göstərilmiş qurğudan istifadə edilir. Qurğu yönəldicilər 3 üzrə hərəkət edən ara kəsmədən 4 ibarət qutudan 1 və bucaqölçəndən 2 ibarətdir. Bucaqölçən qurğunun şəffaf divarı üzərində yərləşdirilərək yönəldicilər üzərində qutu boyu hərəkəy edə bilir. Arakəsmə aşağı vəziyyətdə olan halda qutunun sağ tərəfinə yük tökülür (şək. 1.4a).
Şəkil 1.3. Daxili və xarici sürtünmə əmsallarını təyin etmək üçün qurğunun sxemi
Şəkil 1.4. Yükün təbii maillik bucağını təyin edən qurğu
Arakəsməni qaldırarkən yük dağılaraq üfüqi müstəviyə nəzərən müəyyən bucaq əmələ gətirir.
Dostları ilə paylaş: |