Movzu Şimali Avropa ölkələri. Böyük Britaniyada turizm


Böyük Britaniya turizminin inkişafının coğrafi mənzərəsinin xarakterizəsi



Yüklə 84,42 Kb.
səhifə2/5
tarix24.12.2023
ölçüsü84,42 Kb.
#192296
1   2   3   4   5
TC movzu 5 İqbal

2. Böyük Britaniya turizminin inkişafının coğrafi mənzərəsinin xarakterizəsi.
Böyük Britaniyanın turizm sənayesinin artımı və inkişafı onun struktur dəyişkənliyindən və istirahəti keçirmək adət-ənənələrindən aslı olmuşdur. İkinci dünya müharibəsindən sonra britaniyalılar daha fəal səyahət etməyə başlamışlar. XX əsrin 70-80-ci illər böhranları səyahətlərin xeyli azalmasına səbəb olmuşdur. Böyük Britaniyanın daxili turizminin coğrafi mənzərəsi belədir: ən çox turist axını qərbə(25%) və cənub –şərqə (14%) istiqamət götürür. Daxili turizmin həcminin 12 və 11% müvafiq olaraqUelsin və Şotlandiyanın payına düşür.
Daxili turizmin həcmi böhrandan əvvəlki 1987-ci il səviyyəsinə çatmışdır. Bu dövr ərzində britaniyaliların ölkənin sahil kurortlarına iki həftəlik ənənəvi məzuniyyətləri 14% azalmış, şəxsi bölmədə özünəxidmət xarakterli istirahətə üstünlün verilmişdir. Hətta daxili turizmin tənəzzülü dövründə belə, işgüzar turizm müəyyən artım əldə etmişdir. Məsələn 1978-ci ildə 17 milyon nəfərdən 1980-ci ildə 20 milyon nəfərə çatmışdır.
Bazar strukturundakı bu dəyişikliklər ölkənin turizm sənayesi vasitələrinin təyinatına da təsir göstərmişdir. Belə ki, kurort zonalarında otellərə olan tələbatın azalması ilə ələqadar sahibkarlar həmin otellərdən həftənin ara günlərində biznes turizmi, qocalar evi və s.məqsədlər üçün istifadə etməyə məcbur olmuşlar. Ötən əsrin 70-ci illərindən başlayaraq xarici ölkələrə səyahət edən britaniyaləların sayı , bu ölkəyə gələn xarici turistlərin sayından çox olmuşdur. Britaniyalılar öz məzuniyyətlərini İspaniya, Fransa, Yunanıstan, Kipr, Portuqaliya, Tunis və Tyrkiyənin ən yaxşı kurortlarında keçirməyə üstünlük verirlər.
XX əsrin 80-ci illərinin sonlarında Böyük Britaniyada getmə turizmində azalma müşahidə olunmuşdur. Belə ki, 1989-cu ildə 31,03 milyon nəfərdn, 1990-cı illərdə getmə turizmi azalaraq 30,5 milyon nəfərə çatmışdır. 1990-cı illərin sonlarında getmə turizmində yenidən artım müşahidə olunmuşdur.
Xarici turizmə üstünlük verən Britaniyalıların dörddə üç hissəsi istirahət, 12-13%-i işgüzar, qalan 12-13%-i isə digər məqsədlərlə səfər edirlər.
Böyük Britaniyalıların Şimali Amerikaya səyahətləri (43%) dolların kursundan aslı olaraq dəyişir. Britaniyalılar yay mövsümündə Amerikanın Mayami kurortuna getməyə üstünlük verirlər.
Böyük Britaniyalılar Tayland, Qambiya, Karib hövzəsi və b.ölkələrə ekzotik inkluziv turlar üzrə uzaq uçuşlarda da iştirak edirlər.
Böyük Britniya beynəlxalq turizmin dinamik inkişaf etdiyi aparıcı dünya dövlətlərindəndir. Belə ki, ölkəyə gələn turistlərin sayı 2006-cı ildə 30, 2007-ci ildə 30,8 milyon nəfər olmuşdur. Dünyada baş verən iqtisadi böhranla əlaqədar olaraq turistlərin sayı azalmış, 2008-ci ildə 30,2 milyon nəfər olmuşdur. 2017-ci ildə ölkəyə gələn turistlərin sayı 37,7 milyon nəfər olub.
Turistlər Böyük Britaniyaya müxtəlif məqsədlərlə gəlirlər. Turistlərin 43%-i məzuniyyətlərini keçirmək ,21%-i işgüzar səyahət ,21%-i qohumlar və dostlarla görüşmək məqsədi ilə səfər edirlər. Xarici turistlərin 50%-ə yaxını Aİ ölkələrindən gələnlərdir.
Şimali Amerika da Böyük Britaniya üçün mühüm turist bazarıdır. Böyük Britaniyanın xarici qonaqlarının bir hissəsini iri şəhərlərə gələn biznes səyahətlər təşkil edir.
Xarici turizmin yüksək iqtisadi effektivliyi Böyük Britaniyanın turizm əlaqələri üçün səciyyəvidir. Xarici turizm Böyük Britaniya üçün valyutanın ölkəyə daxil olmasının mühüm mənbəyidir. Perspektivdə Böyük Britaniyanın beynəlxalq türizm əlaqələrinin fəallaşması və ölkəyə xarici turistlərin axınının artması gözlənilir. Böyük Britaniyada Turistlərin yerləşdirilməsi üçün 1,1 milyon nəfərlik mehmanxana yeri mövcuddur.

Yüklə 84,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin