Movzu Şimali Avropa ölkələri. Böyük Britaniyada turizm


Finlandiyanın coğrafi mövqeyi, təbii iqlim şəraiti və əsas turizm bölgələri



Yüklə 84,42 Kb.
səhifə5/5
tarix24.12.2023
ölçüsü84,42 Kb.
#192296
1   2   3   4   5
TC movzu 5 İqbal

5. Finlandiyanın coğrafi mövqeyi, təbii iqlim şəraiti və əsas turizm bölgələri.
Şimali Avropada yerləşən Finlandiya Rusiya, Norveç, və İsveçlə həmsərhəddir. Qərbdə Fin körfəzinə çıxışı var. Ölkə ərazisinin üçdə biri Qütb dairəsi hüdudlarındadır. Ölkənin relyefində təpəlik ərazilər üstünlük təəşkil edir.Ucqar şimalda əraziyə Skandinaviya dağları daxil olur.
Finlandiyanın meşə, göl və bataqlıqlar ölkəsi adlandırırlar. Ölkə ərazisinin 70%-i meşəlikdir. 60 mindən artıq olan göllər ölkə ərazisinin təxminən onda birini tutur.
Pyaynne, Sayma, İnori, Pielenen ən iri gölləridir. Göllər suyunun şəffaflığı və bol balıq ehtiyatı ilə seçilirlər. Torno, Kemi və Qulu ölkənin əsas çaylarıdır.
Atlantik okeanının Holfstrim mülayim cərəyanı ölkənin kontinental iqlimini bir qədər yumşaldır. Skandinaviya dağları Finlandiyanı Arktikanın soyuq küləklərindən qoruyur. Tampere, Espoo ( Helsinkinin peyk şəhəri), Turku, Vantaa ( Helsinkinin peyk şəhəri) ölkənin iri şəhərləridir. Kotka, Helsinki, Turku isə əsas dəniz limanlarıdır. Finlandiya 12 quberniyaya ( lyaniyə) bölünür. Finlandiyanın tərkibinə daxil olan Aland adaları xüsusi siyasi- inzibati ərazi vahidi statusuna malikdir. Finlandiya parlamentli respublikadır. Ali icra hakimiyyəti prezidentə və Baş Nazirin rəhbərlik etdiyi hökumətə məxsusdur. Ali qanunverici orqan-bir palatalı parlamentdir. 6 oktyabr –Müstəqillik günu Milli bayram kumi qeyd edilir. Rusiyanın tərkibində Finlandiya Böyük Knyazlığı kimi qalan bu ölkəyə 6 oktyabr 1917-ci ildə müstəqillik verilmişdir.
Finlandiya əsas turizm yollarından kənarda qalan ölkələrdəndir. Ona görə də 20-25 il öncə bu ölkənin turizm ehtiyatları ,təbiətin gözəlliyi və özünəməxsus xüsusiyyətləri haqqında informasiya çox bəsit idi.
Finlandiyanın turizm mərkəzləri Helsinki, Turku, Tamperi, Lahti və Hyamenminnadır. Turistlərin əsas toplanış bölgələri- Sama gölü və Laplandiya tarixi-coğrafi əyalətidir.
Helsinki Fin körfəzinin qayalıq sahillərində yerləşən , mənzərəli , müasir və nisbətən cavan şəhər olmaqla turizm mərkəzidir. Bu şəhər memarlıq abidələri, muzeyləri və digər görməli yerləri ilə turistlərdə maraq yaradır. Mərmər sütunlu Parlament binası, Prezident sarayı, Müqəddəs Nikolay kilsəsi, Olimpiya stadionu və s.belə görməli yerlərdən hesab olunur. Muzeylərdən fin, rus və Qərbi Avropa incəsənətinin müasir nümunələrinin toplandığı Atensum Bədii muzeyi, Semasari adasında acıq səma altında yerləşən Tarix-etnoqrafiya və memarlıq-məişət muzeyi, Siomenlinin Qala muzeyini qeyd etmək olar. Helsinkidə bir neçə teatr, o cümlədən Fin opera teatrı, Fin milli və fəhlə teatrları, dahi fin bəstəkarı Yan Sibeliusun adını daşıyan konservatoriya fəaliyyət göstərir. Hər il yayda burada “ Sibelius həftəsi ” beynəlxalq musiqi festivalı keçirilir.
3.Tampere, Lahti, Turku və Hyamenminna turizm bölgəsi
Əhalinin sayına görə ölkənin ikinci böyük şəhəri olan Tampere turizm mərkəzi olmaqla memarlıq abidələri və muzeyləri ilə turistlərin diqqətini cəlb edir.
Lahti şəhəri yeni və sürətli inkişaf edən turizm mərkəzidir. Bu mərkəz müasir tikililəri, muzey və rəsm qalereyalarının zəngin ekspozisiyası ( latın mənşəli söz olub –şərhetmə, göstərmə mənalarını bildirir) ilə turistləri cəlb edir.
Ölkənin turizm mərkəzlərindən biri də Turku şəhəridir. Turku qədim şəhər olmaqla muzeyləri, geniş meydanları, parkları, tarixi- memarlıq abidələri ilə turistlərin marağına səbəb olur. Ən maradlı memarlıq abidəsi XIII əsrdə tikilən kilsədir.
Dahi Fin bəstəkarı Sibeliusun vətəni olan Hyamenminna şəhəri də turistlərin maraq göstərdiyi mərkəzlərdən biridir. Turistlərə Sibeliusun ev muzeyi, XIII əsr qəsri, Ratuşa binası nümayiş etdirilir. Şəhər kənarında Aulanko milli parkı yerləşir.
Ölkənin ən böyük və gözəl gölü olan Saymanın sahillərinə Finlandiyanın özündən minlərlə turist istirahətə gəlir.Sayma gölü və onun yaxınlığındakı göllərin sahillərində Lappenranta, Lauritsala, İmatra kimi tanınmış kurortlar yerləşir.
Finlandiyanın tanınmış turizm mərkəzlərindən biri də Laplandiyadır. Qış mövsümündə turistlər bu əraziyə xizək yürüşlərində iştirak etmək üçün gəlirlər. Yay mövsümündə isə Laplandiya şimal təbiətin və balıq ovunu sevənləri cəlb edir.
Finlandiyaya gələn xarici turistlər paytaxt Helsinkiyə toplaşırlar. Daxili turistlərin üçdə biri fin göllərinin sahillərində istirahətə üstünlük verirlər. Fin turistlərinin bir qismi şimaldakı ərazilərə, daha dəqiq desək Laplandiyaya gedirlər.
Fin turistlərinin əksər hissəsi Skandinaviya ölkələrinə səyahət edirlər. Bundan əlavə ölkədən gedən turistlər İsveç, Estonoya, Rusiya, Aralıq dənizi sahilləri, Kanar adaları, həmçinin Qərbi Avropaya səfər etməyə üstünlük verirlər. Finlandiyaya gələn xarici turistlər arasında Almaniya, Rusiya, ABŞ və qonşu Skandinaviya ölkələrindən gələnlər üstünlük təşkil edirlər.
Yüklə 84,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin