Elmi dünyagörüşün formalaşdırılmasına motiv yaradan aşağıdakı amillərə xüsusi
diqqət yetirilməlidir:
1) Tarix təlimində zaman və məkana əsaslanan tarixi faktların möhkəm
mənimsənilməsi;
2) Tarixə dair biliyi ümumiləşdirən və sistemləşdirən tarixi anlayışlar
sisteminin
təkmilləşdirilməsi;
3) Tarixi biliyin möhkəmliliyi və şüurluluğunun təmin edilməsi;
4) Təbiət, cəmiyyət və idraka dair biliklərin bütöv sisteminin şagirdlər tərəfindən
mənimsənilməsinə nail olmaq;
5) Şagirdlərin şüurunda canlı, parlaq obrazların, eləcə də ictimai həyatın bütöv
mənzərəsinin təşəkkülünün yaradılması.
Fənnin təliminin qarşısında duran vəzifələr məqsəddən yaranır. Metodik ədəbiyyatda
vəzifəyə belə tərif verilir: “Vəzifə məqsədin yerinə yetirilməsi üçün və görüləcək konkret
işlərin planlaşdırılması, məqsəd və nəticə arasında atılan addımlar, həyata keçirilməsi vacib
olan işlər və mərhələlərdir”.
Tarix dərslərində şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması fənninin
qarşısında aşağıda sadalanan təlim-tərbiyəvi vəzifələr durur:
1) Ümumtəhsil məktəblərinin tarix kurslarında şagirdlərdə
elmi dünyagörüşün
formalaşdırılmasına yönəldilmiş mövzuların tədrisinin xüsusiləşdirilməsi;
2) Məzmununda ictimai şüur formaları olan mövzuların tədrisindən şagirdlərin elmi
dünyagörüşünü formalaşdırmaq imkanlarından istifadə edilməsi;
3) Şagirdlərdə dərin tarixi faktlara və hadisələrə dair biliklərin əqidəyə çevrilməsinə
motiv yaradılması;
4) Ən mühüm tarixi təsəvvürlərin və anlayışların şagirdlər tərəfindən
mənimsənilməsi, ictimai inkişaf qanunlarını onların başa düşmələri, tarixin elmi surətdə
qavranılması, tarixi prosesdə xalq kütlələrinin və görkəmli xadimlərin rolunun öz yaşlarına
uyğun şəkildə mənimsənilməsinin təmin edilməsi;
5) Müasir təlim elmi bilikləri müstəqil əldə etməyi tələb edir. Kompyuterdən istifadə
etməklə aparıcı teleşirkətlərin beynəlxalq miqyasda tanınmış verilişlərinə birgə baxışların
təşkilinə geniş yer verilməlidir. Belələrindən “heyvanlar aləmi”, “tarix”, “elmi kəşflər”,
“tanınmış alimlərin həyatı”, “səma cisimlər”inə həsr edilmiş verilişlərə birgə baxışların
keçirilməsi; Sən dünyanı necə dərk edirsən? mövzusunda viktorinalar və olimpiadaların
keçirilməsinə nail olunmasıdır.
Nəticə
olaraq deyə bilərik ki, elmi dünyagörüşə yetərincə yiyələnmiş şagirddə
yüksək mənəvi keyfiyyətlər də formalaşmış olur.
Dostları ilə paylaş: