§4. Diplomatiyanın iqtisadi informasiya xidmətləri.
İqtisadi diplomatiyanın əsas fəaliyyət sahələrindən biri qlobal informasiya məkanıdır. Belə bir məkanın yaranması üçün texnoloji baza rolunu keçən yüzilliyin ikinci yarısında sürətlə yayılan yeni informasiya-kommunikasiya texnologiyaları olmasıdır.
İnformasiya ifadə olunması formasından asılı olmayaraq faktlar, proseslər, hadisələr, insanlar, əşyalar və s haqqında toplanan məlumat və biliklərdir. Müasir iqtisadi diplomatiyanın inki- şafını İKT-siz (informasiya kommnukasiya texnologiyaları ) təsəvvür etmək mümkün deyil. İKT imkanlardan istifadə diplomatik əlaqələrin qurulmasında vaxta qənaətə, operativliyə, çevikliyə xidmət etməklə yanaşı daha leqal şəkildə inkişafa təkan verir.
İKT-nin inkişafı təkcə iqtisadi diplomatları deyil hər bir nəfərin dünyada gedən iqtisadi prosesləri yaxından izləməyə imkan verir.
“Zaman bizlə ayaqlaşmır, biz zamanla ayaqlaşırıq” və ya “Dəmiri isti-isti döyərlər” kimi atalar sözləri diplomatiya üçün də xarakterikdir. Diplomatik sənədlərin vaxta qənaət edərək çevik bir zamanda hazırlanması və lazımı ünvana göndərilməsi müasir diplomatiyanın da başlıca şərtlərindən sayılır. Çünki hər hansı bir sənəd tam mükəmməl formada hazırlanmasına baxmayaraq gecikdirilmişsə və ya təsir gücünü itirmişsə heç bir əhəmiyyətə malik deyil.
İqtisadi diplomatik fəaliyyətin həyata keçirilməsi üçün iqti- sadi diplomatiyada məlumat bazası nə qədər genişdirsə, onlar nə qədər tam və etibarlıdırsa, onda meydana gələn çətinliklər də bir o qədər tez və əsaslı şəkildə həll edilə bilər və bu öz növbəsində diplomatik əlaqələrin inkişafının sürətlənməsinə şərait yaradir. Triada (ABŞ, Qərbi Avropa, Yaponiya) ölkələri üçün məlumat bazasının intensivliyi daha aktualdır. Məlumat bazasının hazırlan- ması və yaradılması sahəsində dünya lideri olaraq ABŞ çıxış edir.
İqtisadi diplomatiyada hər bir dövlət və ya qurum üçün in- formasiya istehsalının bir sıra məqsədləri vardır. İnformasiya istehsalının əsas məqsədləri yeni tərəfdaşlar qazanmaq,nüfuzu gücləndirmək, biznes üzrə partnyorlarla mübadiləni genişləndirmək və s.-dir.
İnformasiya resurslarının əksəriyyəti digər sahələrdə olduğu kimi iqtisadi diplomatiyada “tez köhnələn” hesab olunur. Yeni sahələrin və istehsal sahələrinin sürətli inkişafı ilə yeni informa- siyanın və biliklərin tez yayılması peşəkar bilik və bacarıqların köhnəlməsinə xidmət edir.
İqtisadçı diplomatlar isə fasiləsizlik prinsipi ilə iqtisadi nəticələri izləməyə məhkumdurlar. İnformasiya texnologiyalarının sürətlə dəyişməsi görə dövlət və qurumlar tərəfindən diplomatik əlaqələrin müasir səviyyədə inkişafı üçün bu sahəyə ayrılan maliyyə xərcləri artırmışdır.
Dünya ölkələri arasında iqtisadi diplomatik əlaqələrin qurulmasında İKT-nin rolunun əhəmiyyəti ildən-ilə dəyişir. Buna səbəb elm tutumlu sahələrin istehsalının artmasıdır. Artıq qloballaşan dünyada müasir iqtisadi diplomatik əlaqələr təbii resurslarla bağlı müqavilərdən daha çox elm yönümlü yeni innovativ layihələrə maraq göstərir. Zəif inkişaf etmiş ölkələrdə də effektiv işləyən informasiya sistemlərinin yaradılması dünya iqtisadiyyatının dinamik inkişafı üçün zəruridir.
Hal-hazırkı dövrdə müasir İKT imkanlarından istifadə sayəsində istənilən sənəd, protokol, müqavilə, akt, etiket, bəyanat, şəxsi məktublar, memorondum, kommünike əbədi olaraq qalır və təşkilat, dövlət və ya qurumun nüfuzi ilə bağlı olaraq yenidən nəzərdən keçirilir.
İKT-nin müasir imkanları sayəsində iqtisadi diplomatik fəa- liyyət zamanı elektron ticarət müqavilələrinin sayı artmaqda davam edir. Ənənəvi kağız üzərində olan müqavilələr kimi bunlar də beynəlxalq hüququn prinsipi ilə tənzimlənir.
Sençaqovun fikrincə, komunikasiyanın müasir imkanlarından istifadə zamanı maliyyə məkanları üçün iqtisadiyyatın təcrid edilməsi və qapalılığı inkişafa maneə olur. Digər cəhətdən isə iqtisadiyyatın tam açıqlığı - daxili bazarın idxal sənayesinin məhsulları ilə doldurulmasına, milli istehsalın zəifləməsinə, ehtiyatların talan edilməsinə və periferiyadan ölkənin məhdud qrupunun maliyyə mərkəzlərinə axmasına gətirib çıxarır. İqtisadiyyatın açıqlığı müəyyən sərhədlərə malik olmalı və maliyyə bazarlarının qeyri-təkmilliyi, təkrarən sabitləşməsi baş verməlidir.
Diplomatın informasiya sahəsində fəaliyyətinə olan tələblərə aiddir:
- maksimum dürüst informasiya;
- ziddiyətli maraqları nəzərə almaq;
- korrektliyi qorumaq;
- minimum informasiya vermək və sair.
Yekun nəticədə İKT-nin rolunun artması dünya əhalisini yeni ideya və fikirlərə təhrik edən qlobal məlumatlanmağa gətirib çıxardı.
E-diplomatiya beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərarası gərginliyin azaldılmasında stimul verici rola malik oldu. Son dövrlər ərzində qlobal problemlərin həlli üçün insanlar daha çox e-diplomatiya maraq göstərməyə başlamışdır.
Müasir İKT imkanlarını dəyərləndirərkən informasiya resurslarının iqtisadi cəhətdən hər zaman tam təhlükəsiz olduğunu qeyd etmək düzgün olmaz. Onun iqtisadi diplomatiya tətbiqinin səmərəliliyini ümümilikdə düzgün şəkildə təhlil etmək lazımdır. İKT-nin İqtisadi diplomatik əlaqələrin qurulmasında müsbət təsirləri yanaşı mənfi cəhətləri də var. Hər hansı bir dövlət, təşkilat və ya qurumun iqtisadi nüfüzuna xələl gətirmək üçün informasiya portallarında o cümlədən sosial şəbəkələrdə (Facebook, Twitter, Agent və s.) dezinformativ məlumatların məqsədli şəkildə paylaşılması və təbliği cəmiyyət üçün ciddi təhlükə mənbəyidir. Çünki yalnış məlumat xarici iqtisadi siyasətin formalaşmasına emosional təsir göstərərsə böyük problemlər yarada bilər.
Keçən əsrin son onliklərindən başlayaraq, BMT-də ölkələr arasındaki informasiya axınlarının inkişafı və strukturlaçması istiqamətində müxtəlif tipli işlər görülür.
Təşkilat tərəfindən informasiyanın, cəmiyyətinin inkişafında yerini və rolunu aydınlaşdırmaq üçün ciddi cəhdlər, keçən əsrin 70-ci illərində olmuşdur. Bu zaman BMT Baş Assambleyası informasiya azadlığı, insan haqları və elmi texniki proqress haqqında qətnamə qəbul etdi. Sonradan informasiya mövzusunu işləyərək texniki və sənayə sahəsində informasiyanın ötürülməsi və saxlanması bankları üçün şəbəkələrin yaradılması, informasiya və telekommunikasiyaların inkişafı ilə müçayiət olunan xüsusi beynəlxalq təhlükəsizlik problemlərinə, informasiya texnologiyalarının cinayət məqsədilə istifadəsi məsələlərinə toxunuldu.
Keçən yüzilliyin sonlarından başlayaraq, BMT çərçivəsində dünya birliyində qlobal kibertəhlükəsizlik və önəmli informasiya infrastrukturlarının müdafiəsinə yönəlmiş işlər da aparılır. Müasir cəmiyyətinin inkişafının əsas faktorlarından biri kimi İKT-ni nəzərdən keçirməklə, onların sosial-iqtisadi inkişaf baxımından potensialı da önəm daşımağa başladı. İnformasiya sahəsinin kompleksliyini etiraf edərək, onun cəmiyyətinin həyatının bir sıra sahələtinə təsir edəcəyi də məlum olur. 2001-ci ildə BMT Baş Assambleyası tərəfindən İnformasiya cəmiyyəti haqqında Ümumdünya Sammiti keçırmək qərarına qəlinmişdir.
Bu qərarın BMT Baş Assambleyası tərəfindən qəbulu nəticəsində 2003-cü il 10-12 dekabr tarixlərində Jenevada Sammitin ilk forumu keçirilmişdir. Forumda BMT Nizamnaməsinin əsas məqsəd və prinsiplərinə uyğun olaraq, informasiya cəmiyyətinin inkişafı əsas məsələ kimi nəzərdən keçirilmiş, iqtisadi inkişaf məqsədilə İKT-dan istifadədə mexanizmlərinin yaradılması üçün Komissiyanın çağırılması ilə bağlı tövsiyələr verilmiş, Prinsiplər Deklarasiyası və Fəaliyyət Planı, İnternetin idarə olunması üçün İşçi Qrup yaradılmışdır.
Jeneva Sammitinin davamı olaraq, iki il sonra, 2005-ci ilin 16-18 noyabr tarixlərində Tunisdə daha bir Sammit keçirilmiş və İnformasiya Cəmiyyəti üçün Tunis Proqramı qəbul edilmişdir.
Tunisdə xüsusi diqqət mərkəzində olan məsələ İnternetin idarə edilməsi idi. O zaman, 2005-ci ilin noyabrında ABŞ-da İnternetin idarəolunmasında iştirak etmək istəyən bir qrup dövlətə qarşı çıxışlar oldu, bu onunla izah olundu ki, bu şəbəkənin idarəolunması texniki məsələlərlə çərçivələnir və adres nömrələrin paylanmasından ibarətdir.
Sammitin yekunun sənədlərində qeyd olunurdu ki, İnternetin idarə olunması sırf texniki bir tədbir deyil, bu həm də iqtisadi və sosial məsələləri də özündə ehtiva edir.
Vahid informasiya məkanının formalaşmasında iştirak edən BMT-nin müvafiq bömələri, informasiya kütləsi, axının istehlakçılarının qiymətləndirilməsi məsələsindən yan keçə bilməzdi. Bu məqsədlə təşkilat çərçivəsində intellektual aktivlərin qiymətləndirilməsi, onların kapitallaşması, həddinin ölçülməsi istiqamətində xüsusi səylər göstərirdi. BMT-nin bu sahəyə cavabdeh olan xüsusi bölmələri ilə yanaşı, vahid informasiya məkanı məsələlərinin müxtəlif ünsürləri ilə bu təşkilatın reqional strukturları da məşğul olmuşdu. Bu, çoxsaylı regional regional proqramların hazırlanması və həyata keçirilməsində özünü xüsusilə göstərir.
Beləliklə, həmin qurumlar üçün onların gücünü və təsiir qüvvəsini dövlət qurumları səviyyəsində qaldıra bilən əsaslar yaanır, onları xüsusi güclü faktora çevirir. Onlar, milli maraqları gözləməklə yanaşı, başqa ölkələrin də iqtisadiyyatına təsir göstərə biləcək göcə malik olurlar.
Dostları ilə paylaş: |